29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“YONEX Luxembourg Open 2022” beynəlxalq turnirinə yekun vurulub

Lüksemburqda "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil ediblər.Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 hesabı ilə məğlub ediblər. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 hesabı ilə məğlub olub.Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 hesabı ilə uduzub.Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 hesabı ilə məğlub etsə də, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 hesabı ilə uduzub.xeber100.com

May 9, 2022 2:50

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yerləri tutublar.Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində qələbə qazanıb. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda qalib olublar. Qoşaların turnirində isə Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə qazanıb.Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.Qeyd edək ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.xeber100.com

May 9, 2022 2:48

“Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib.Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Görüş şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Bu təmsilçimizin turnirdə ikinci məğlubiyyətidir.Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.xeber100.com

May 9, 2022 2:46

Cüdoçular arasında Avropa kuboku yarışı start götürüb

Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.Turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir. Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar. Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.İki gün davam edəcək turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparır.xeber100.com

May 8, 2022 6:38

Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.İlk oyun günündə iki qarşılaşma keçiriləcək.Avrokuboklara vəsiqə qazanmaq istəyən “Sabah” klubu “Səbail” ilə üz-üzə gələcək. “Dənizçilər” 15 xalla sonuncu - 8-ci, qonaqlar 36 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 14 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Sabah”, 5-də meydan sahibləri qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində qonaqlar üstündür - 16:13.Günün ikinci matçı çempionluğu təmin edən “Qarabağ” klubu ilə “Zirə” arasında baş tutacaq. Paytaxt klubu qalib gəlsə, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək. “Köhlən atlar” 59 xalla liderdir, “qartallar” 42 xalla 3-cü sıradadır. Premyer Liqadakı əvvəlki 26 oyunun 18-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 8-i heç-heçə ilə bitib. “Zirə” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:12.Qeyd edək ki, tura mayın 9-da oynanılacaq “Qəbələ”- “Neftçi” və “Sumqayıt” – “Şamaxı” matçları ilə yekun vurulacaq.xeber100.com

May 8, 2022 6:37

Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

Mayın 8-də Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Fransa yığmasına 34:45 hesabı ilə uduzub.Beş və altıncı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn sablyaçılarımız ardınca Polşa yığmasını 45:42 hesabı ilə məğlub edərək dünya kubokunda 5-ci olub.xeber100.com

May 8, 2022 6:34

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Şabran şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən stolüstü tennis üzrə açıq rayon birinciliyi keçirilib.Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) məlumatına görə, federasiya və Şabran Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış iştirakçıları əvvəlcə Ulu Öndərin Şabran şəhərindəki abidəsini ziyarət edib, onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.Sonra yarışa start verilib. Maraqlı mübarizə şəraitində keçən rayon birinciliyində beş şəhərin 100-dən çox idmançısı bacarığını göstərib. Yekun nəticələrə görə, “Şabran-1”, “Bakı” və “Şabran-2” komandaları ilk üç yerdə qərarlaşıblar.Fərqlənən komandalar kubok və diplomlarla mükafatlandırılıblar.Turnirin yüksək səviyyədə təşkilinə və bu idman növünün təbliğinə görə, Şabran rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Zeynal Zeynalov və ASTF-nin baş katibi Könül Mikayılova fəxri fərman və diplomla təltif olunublar.xeber100.com

May 7, 2022 6:41

“Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi olub

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bağlanış mərasimi olub.Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou təqdim edilib.Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.Daha sonra səmaya dilək şarları buraxılıb.Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.Qeyd edək ki, iki gün davam edən reqatada Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparıb. Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan birinci olub. Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.xeber100.com

May 7, 2022 6:38

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Mayın 7-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışı start götürəcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, iki gün davam edəcək yarışda Azərbaycan yığması qadınların mübarizəsində altı idmançı ilə təmsil olunacaq. Belə ki, məşqçi Vüqar Hüseynovun rəhbərliyi ilə turnirdə Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva, Diana Şoranova (63 kq), Südabə Ağayeva, Günel Həsənli (70 kq), Aytəkin Paşazadə (78 kq) iştirak edəcəklər.Yarışda dünyanın 27 ölkəsindən 252 idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaqlar.xeber100.com

May 6, 2022 3:11

“Qarabağ” futbol klubu müdafiəçisi ilə müqavilənin müddətini artırır

Ağdamın “Qarabağ” futbol klubu müdafiəçisi Kevin Medina ilə müqavilənin müddətini artırır. İtaliya və Yunanıstan klublarından təkliflər alan müdafiəçi daha 3 il Azərbaycanda qalacaq. Kolumbiyalı legioner gələn ilin yayında bitəcək müqaviləsini 2 il müddətinə yeniləməyə razılıq verib. Bunun qarşılığında onun qazancı indiki ilə müqayisədə 100-150 min dollar civarında artırılacaq.“Tank” ləqəbli arxa xətt oyunçusu 2020-ci ilin iyulunda "Çaves"dən transfer olunub.xeber100.com

May 6, 2022 3:10
    Page 107 of 831« First«...102030...105106107108109...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az