03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

FIFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində

FIFA dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Braziliya arasındakı matçın təkrar oynanılacağını təsdiqləyib.Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.Oyun ötən il sentyabrın 5-də San-Pauloda keçirilməli idi. Ancaq demək olar ki, start fitindən dərhal sonra matç dayandırılıb. Buna səbəb Argentina millisinin futbolçuları Covani Lo Selso, Kristian Romero və Emiliano Martinezin meydana daxil olması olub. Braziliyanın səhiyyə orqanlarının məlumatına görə, futbolçular son iki həftədə qaldıqları yerlər barədə yanlış məlumatlar təqdim etdikləri üçün koronavirusla bağlı ölkəyə giriş qaydalarını pozublar.Qarşılaşmanın təkrar oynanılacağı tarix daha sonra açıqlanacaq.Qeyd edək ki, Argentina və Braziliya yığmaları artıq Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.xeber100.com

May 10, 2022 2:43

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə…

Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.İdarədən Azərtac-a bildiriblər ki, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsində təşkil olunan yarışın nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin komandası birinci olub. 276 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, 283 nömrəli tam orta məktəbin şagirdləri isə üçüncü pillədə başa vurublar.Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak ediblər.xeber100.com

May 10, 2022 2:39

“Səbail” futbol klubu daha bir futbolçunu heyətində saxlamaq niyyətindədir

“Səbail” futbol klubu daha bir futbolçunu heyətində saxlamaq niyyətindədir. Söhbət Nikolas Rayseldən gedir.Baş məşqçi Aftandil Hacıyevin qalmasını istədiyi legionerlə artıq danışıqlara başlanılıb. Razılıq verəcəyi halda bu futbolçu ilə birillik yeni müqavilə imzalanacaq.xeber100.com

May 10, 2022 2:34

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq

Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək.Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” klubu 6 matçdır meydanı qolsuz tərk etmir.Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. Otuz səkkiz xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.xeber100.com

May 9, 2022 2:53

“YONEX Luxembourg Open 2022” beynəlxalq turnirinə yekun vurulub

Lüksemburqda "YONEX Luxembourg Open 2022" beynəlxalq turnirinə yekun vurulub.Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, turnirdə çıxış edən Ezmi Qovimuramadhoni və Era Maftuha şəxsi və qarışıq qoşa kateqoriyalarında ölkəmizi təmsil ediblər.Ezmi Qovimuramadhoni-Era Maftuha tandemi qarışıq qoşa yarışında təsnifatdan əsas mərhələyə yüksəlməyi bacarıb. İlk görüşündə Nikolas Frankonville-Vera Appenzeller (İsveçrə) qoşasına 2:1 hesabı ilə qalib gələn badmintonçularımız növbəti qarşılaşmada Oskar Reuterhall-Fiona Hallberg (İsveç) tandemini 2:0 hesabı ilə məğlub ediblər. Ezmi və Era 1/16 finalda indoneziyalı Putra Muh-Rosalia Puspa qoşasına 0:2 hesabı ilə məğlub olub.Ezmi kişi badmintonçuların şəxsi kateqoriyasında əsas mərhələdə keçirdiyi ilk görüşdə danimarkalı Yager Jonasa 1:2 hesabı ilə uduzub.Era isə qadın badmintonçuların şəxsi kateqoriyasında təsnifat mərhələsində ilk görüşündə Sesilia Vanqı (İsveç) 2:1 hesabı ilə məğlub etsə də, əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə Odijk Diedeyə (Niderland) 0:2 hesabı ilə uduzub.xeber100.com

May 9, 2022 2:50

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatına görə…

Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turnir başa çatıb.Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, yarışda veteran idmançılar bacarıqlarını göstəriblər. Turnirin yekun nəticələrinə görə, qadınların mübarizəsində Billurə Eminova qalib gəlib. Rüfət Əliyeva 2-ci, Xəyalə Qiyasova 3-cü yerləri tutublar.Zaur Mikayılov 40-49 yaşlı kişilərin turnirində qələbə qazanıb. Məzahir Həsənov 50-59, İlham Ağayev 60 və yuxarı yaş qrupunda qalib olublar. Qoşaların turnirində isə Rəhim Hüseynov – Əli Heydəri tandemi qələbə qazanıb.Yarışın qalibləri Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılıblar.Qeyd edək ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən turnirin əsas məqsədi veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.xeber100.com

May 9, 2022 2:48

“Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin beşinci turunun oyunları keçirilib.Yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ idmançısı Fabiano Kauana ilə qarşılaşıb. Görüş şahmatçımızın məğlubiyyəti ilə başa çatıb. Bu təmsilçimizin turnirdə ikinci məğlubiyyətidir.Qeyd edək ki, şahmatçımız birinci turda ABŞ-ın digər şahmatçısı Uesli Soya uduzub, növbəti üç görüşdə macarıstanlı Riçard Rapport, Maksim Vaşye-Laqrav (Fransa) və yerli idmançı Boqdan Daneel-Dyak ilə heç-heçə edib.Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dolları təşkil edir.Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.xeber100.com

May 9, 2022 2:46

Cüdoçular arasında Avropa kuboku yarışı start götürüb

Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.Turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir. Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar. Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.İki gün davam edəcək turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparır.xeber100.com

May 8, 2022 6:38

Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək

Mayın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura start veriləcək.İlk oyun günündə iki qarşılaşma keçiriləcək.Avrokuboklara vəsiqə qazanmaq istəyən “Sabah” klubu “Səbail” ilə üz-üzə gələcək. “Dənizçilər” 15 xalla sonuncu - 8-ci, qonaqlar 36 xalla 5-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 14 dəfə üz-üzə gəliblər. Bunların 6-da “Sabah”, 5-də meydan sahibləri qələbə qazanıb. 3 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində qonaqlar üstündür - 16:13.Günün ikinci matçı çempionluğu təmin edən “Qarabağ” klubu ilə “Zirə” arasında baş tutacaq. Paytaxt klubu qalib gəlsə, UEFA Konfrans Liqasına vəsiqəni rəsmiləşdirəcək. “Köhlən atlar” 59 xalla liderdir, “qartallar” 42 xalla 3-cü sıradadır. Premyer Liqadakı əvvəlki 26 oyunun 18-də Ağdam təmsilçisi qələbə qazanıbsa, 8-i heç-heçə ilə bitib. “Zirə” indiyədək rəqibinə qalib gələ bilməyib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var - 55:12.Qeyd edək ki, tura mayın 9-da oynanılacaq “Qəbələ”- “Neftçi” və “Sumqayıt” – “Şamaxı” matçları ilə yekun vurulacaq.xeber100.com

May 8, 2022 6:37

Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

Mayın 8-də Tunisin Hammamet şəhərində qılıncoynatmanın sablya növü üzrə qadınların dünya kubokunda komanda yarışına yekun vurulub.Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Anna Başta, Sevil Bünyatova, Səbinə Kərimova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv ilk görüşdə Özbəkistan komandasına 45:32 hesabı ilə qalib gələrək ən güclü 16-lığa yüksəlib. Növbəti görüşündə İspaniyanı təmsil edən seçmə kollektivlə qarşılaşan qadın sablyaçılarımız güclü rəqiblə gərgin və maraqlı mübarizə şəraitində keçən görüşü 45:44 hesablı qələbə ilə başa vurub.Komandamız yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Fransa yığmasına 34:45 hesabı ilə uduzub.Beş və altıncı yerlər uğrunda keçirilən görüşlərdə Bolqarıstan komandasına 45:37 hesabı ilə qalib gələn sablyaçılarımız ardınca Polşa yığmasını 45:42 hesabı ilə məğlub edərək dünya kubokunda 5-ci olub.xeber100.com

May 8, 2022 6:34
    Page 106 of 830« First«...102030...104105106107108...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az