AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Aprelin 29-da Bakı Olimpiya Stadionunda (BOS) AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib.Daha sonra R.Abdullayev FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş icraçı vitse-prezident Elxan Məmmədova İcraiyyə Komitəsi adından uğurlar arzulayıb.Aparılmış müzakirələrdən sonra 2022/2023-cü il mövsümündən etibarən "İmişli", "Mingəçevir" və "Araz-Naxçıvan" komandalarının Birinci Divizionda çıxış etməsinə icazə verilib. Azərbaycan çempionatında legioner limitinin 6+5 sistemi ilə tətbiqinin davam etdirilməsi, Premyer Liqada gənc futbolçular üçün yaş limitinin ləğv olunması, çempionatda əvəzetmə sayının dəyişdirilməməsi (3 əvəzetmə sayı saxlanılsın) barədə qərar qəbul edilib.2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə biləcək. On dörd legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyənləşdirilib. 2023/2024-cü il mövsümündən isə klublar sifariş ərizəsinə 12 legioner futbolçu daxil edəcək. On iki legionerdən əlavə hər legioner üçün sifariş ödənişi 50 min manat müəyyən olunub.AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılıb. Əsasnamə 1 ay ərzində İcraiyyə Komitəsinə təqdim olunmalıdır.xeber100.com  

Aprel 29, 2022 3:15

AFFA kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi elan edir

AFFA kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi elan edir.Qurumun rəsmi saytı xəbər verir ki, müsabiqədə iştirak etmək üçün mayın 15-dək https://qrant.affa.az/formpage.html linki vasitəsilə qeydiyyatdan keçərək müvafiq müraciət formasını doldurmaq lazımdır. Qrant müsabiqəsində “Ən yaxşı kütləvi futbol layihəsi” nominasiyasında kütləvi futbol festivalı, müəyyən yaş qrupu və ya hədəf kütləsinin iştirakı ilə futbol turniri, kütləviliyin artırılması kimi istiqamətlər üzrə layihələr təqdim etmək olar.Qrant müsabiqəsi üçün müraciətlərə AFFA-nın baş katibinin müavini, texniki direktoru, kütləvi futbol, marketinq və sponsorluq departamentlərinin rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qalib səsvermə nəticəsində təyin ediləcək. Qalibin təyin edilməsi üçün münsiflər heyəti tərəfindən layihənin kreativliyi və unikallığı, əsas performans göstəriciləri, davamlılığı, eləcə də gələcəkdə digər şəxslər, qurumlar, təşkilatlar tərəfindən tətbiq edilməsi imkanları əsas götürüləcək. Ən yaxşı layihə üçün 5, ikinci yer üçün 3, üçüncü yer üçün isə 2 min manat məbləğində büdcə ayrılacaq.Azərbaycanda futbolu kompleks şəkildə inkişaf etdirmək üçün AFFA-nın müəyyənləşdirdiyi prioritetlərdən biri kütləvilikdir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, idmanın bu növü ilə məşğul olan uşaq, yeniyetmə, gənclər və daha böyük yaş qruplarına daxil olan şəxslərdə ona maraq oyatmaq üçün daim müxtəlif layihələr icra olunur. Elan edilən qrant ölkəmizdə ən maraqlı kütləvi futbol layihələrini aşkarlamaq və onlara dəstək olmaq məqsədi daşıyır.Qrant müsabiqəsi üçün müraciət qəbulu aprelin 25-dən mayın 15-dək davam edəcək, qaliblər isə iyunda müəyyənləşəcək. Qalibə layihəni reallaşdırmaq üçün altı ay vaxt veriləcək.xeber100.com

Aprel 26, 2022 10:37