Formula 1 Qran-Prisinə akkreditasiya prosesi sona yaxınlaşır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesi sona yaxınlaşır. Qeydiyyat prosesinə aprelin 14-də yekun vurulacaq.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətinin məlumatına görə, iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi də daxil olmaqla 2022-ci il üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən həyata keçirilir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur.Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb ediləcək. 2022-ci ildəki yarışlara COVID-19 virusuna qarşı iki doza vaksin vurdurmuş və peyvənd sertifikatının etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiyadan keçə biləcəklər. Peyvəndin ikinci dozasının üzərindən altı aydan çox keçmiş media nümayəndələrindən “buster” doza vurdurmaları xahiş edilir. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.xeber100.com

Aprel 13, 2022 1:49

İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaması keçirilb

Aprelin 10-da futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaması keçirilib.Çempionatın lideri "Mançester Siti" doğma meydanda əzəli rəqibi, ikinci pillədə qərarlaşan "Liverpul" komandasını qəbul edib. Görüş 2:2 hesablı heç-heçə başa çatıb. Qarşılaşmada hesabı meydan sahibləri erkən qolla açıblar. Belə ki, 5-ci dəqiqədə Kevin De Brüyne komandasını önə keçirib. Lakin "şəhərlilər"in üstünlüyü cəmi 8 dəqiqə çəkib. Dioqu Jota hesabı bərabərləşdirib. Daha sonra - 36-cı dəqiqədə Qabriel Jezus "Liverpul"u yenidən meydanın mərkəzinə dəvət edib. "Liverpul"un heyətində Sadio Mane 46-cı dəqiqədə yekun hesabı müəyyənləşdirib.Bu nəticədən sonra xallarını 74-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. Liderdən 1 xal geri qalan "Liverpul" isə 2-ci pillədə qərarlaşıb.Ötən gün turun açılış matçında "Mançester Yunayted" səfərdə "Everton" komandasının qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi 27-ci dəqiqədə Entoni Qordon olub. Bu qələbə sayəsində "Everton" xal ehtiyatını 51-ə çatdıraraq turnir cədvəlində 17-ci, "Mançester Yunayted" isə 51 xalla 7-ci yerdə qərarlaşıb.Günün ən məhsuldar görüşü "Southemton" və "Çelsi" komandaları arasında qeydə alınıb. London təmsilçisi səfərdə rəqibinə altı cavabsız qolla qalib gəlib. "Çelsi"nin heyətində Meyson Mount və Timo Verner dublu ilə yadda qalıb. Digər qolları Markos Alonso və Kay Haverts vurub. "Çelsi" 62 xalla üçüncü, "Southemton" isə 36 xalla 13-cü yerdədir.Turun digər görüşlərində "Arsenal" öz meydanında "Brayton"a (1:2), "Uotford" isə "Lids Yunayted"ə (0:3) məğlub olub. Dördüncü pillədə qərarlaşan "Tottenhem" isə səfərdə "Aston Villa"nı darmadağın edib - 0:4.xeber100.com

Aprel 10, 2022 10:20