07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə İngiltərə Premyer Liqasının XXX turunda

Futbol üzrə İngiltərə Premyer Liqasında XXX turdan təxirə salınmış "Liverpul" - "Mançester Yunayted" oyunu keçirilib."Enfild" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.Qolları Luis Dias 5-ci, Məhəmməd Salah 22-ci və 85-ci, Sadio Mane 68-ci dəqiqədə vurublar."Liverpul" ilk dövrədə də "Mançester Yunayted"i darmadağın etmişdi - 5:0.Hazırda mersisaydlılar 32 oyundan 76 xalla 1-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan "Mançester Siti" 74 xalla ikinci yerdə gedir. "Mançester Yunayted" isə 33 matçdan 54 xalla 6-cıdır.xeber100.com

Aprel 20, 2022 1:04

İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib

Aprelin 19-da futbol üzrə İtaliya kubokunun ilk yarımfinal mərhələsinin cavab oyunu keçirilib."İnter" klubu öz meydanında "Milan" komandasına qalib gəlib - 3:0. Qolları Lautaro Martines 4-cü və 40-cı, Robin Qonsens 82-ci dəqiqədə vurub. İlk matç qolsuz yekunlaşmışdı.Qeyd edək ki, finalda "İnter" klubu "Fiorentina" - "Yuventus" cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların ilk görüşü turinlilərin səfər qələbəsi ilə başa çatıb - 1:0.xeber100.com

Aprel 20, 2022 12:55

Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.Açılış matçı Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında olacaq. Saat 17:30-da başlayacaq görüşü Kamal Umudlu idarə edəcək.Əyalət təmsilçiləri indiyədək altı dəfə kubok yarışlarında rəqib olublar. Bunlardan dördü dörddəbir finala, biri yarımfinala, digəri isə finala təsadüf edib. Ümumilikdə baş tutan 11 görüşün 2-də meydan sahibləri, 4-də qonaqlar qələbə qazanıblar. Beş oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də Ağdam klubunun üstünlüyü var - 14:8.Digər görüşdə “Neftçi” klubu “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq.İlk dəfə yarımfinalda görüşən paytaxt klublarının yolları dörddəbir finalda üç dəfə kəsişib. Əvvəlki altı oyunun yarısı “Zirə”nin, 2-si “Neftçi”nin xeyrinə başa çatıb. Bir görüşdə qalib müəyyənləşməyib. "Neftçi"nin vurduğu 6 qola "Zirə" 4 topla cavab verib.xeber100.com

Aprel 20, 2022 12:52

Azərbaycan Voleybol Federasiyası “Zəfər kuboku” yarışı təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizə həsr olunan “Zəfər kuboku” yarışı təşkil edəcək.Federasiyanın mətbuat xidməti xəbər verir ki, aprelin 22-də kişi voleybolçular arasında start götürəcək yarışda Yüksək Liqada ilk dörd pillədə qərarlaşan “Murov”, “Neftçi”, MOİK və “Sərhədçi” komandaları mübarizə aparacaqlar.Kubok uğrunda oyunlar 2 gün davam edəcək. Püşkə əsasən, aprelin 22-də “Murov” voleybol klubunun idman zalında təşkil olunacaq yarışın ilk matçında “Neftçi” MOİK-lə gücünü yoxlayacaq. Görüş saat 15:00-da başlayacaq. Ardınca saat 17:00-da isə ev sahibləri “Sərhədçi”ni sınağa çəkəcəklər.Olimpiya sistemi ilə keçiriləcək turnirdə məğlub komandalar mübarizəni dayandıracaqlar. Kubokun final matçı aprelin 23-də saat 15:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.Qeyd edək ki, kubok yarışının final oyunundan sonra Azərbaycan Yüksək Liqasında, Super Liqada, həmçinin I Liqada fərqlənənlərin mükafatlandırma mərasimi keçiriləcək. Ardınca 2021/2022-ci il mövsümünün rəsmi bağlanışı olacaq.xeber100.com

Aprel 20, 2022 12:49

Güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək

Aprelin 19-da güləş üzrə U-17 Azərbaycan çempionatına start veriləcək. Yarışın ilk günündə 45, 51, 60, 71, 92, ikinci günündə isə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində yer alan sərbəst güləşçilər mübarizə aparacaqlar.Çempionatın keçiriləcəyi FHN İdman Sağlamlıq Mərkəzində sərbəst güləş üzrə məşqçilərin iştirakı ilə iclas keçirilib.Tədbirdə Azərbaycan Güləş Federasiyasının baş katibi Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, eləcə də Gənclər və İdman Nazirliyinin aparıcı mütəxəssisi Yaşar Rzayev çıxış edərək yarışla bağlı fikir və tövsiyələrini çatdırıblar. Öz növbəsində məşqçilər müəyyən məsələlərlə bağı təkliflərini səsləndiriblər.İclas başa çatdıqdan sonra sərbəst güləş üzrə yarışlarım püşkatma mərasimi keçirilib.xeber100.com

Aprel 19, 2022 10:18

Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir

Bolqarıstanın paytaxtı Sofiyada gənclər arasında boks üzrə Avropa birinciliyi davam edir.Yarışın altıncı günündə - aprelin 19-da Kənan Babayev (48 kq), Amin Məmmədzadə (51 kq) və Sərxan Budaqov (80 kq) dörddəbir finalda mübarizə aparacaqlar.Avropa birinciliyində 40 ölkədən 400-dən çox boksçu qüvvəsini sınayır. Azərbaycan millisi oğlanların yarışına tam heyətlə qatılıb.Çempionatın qalibləri aprelin 21-də məlum olacaq.xeber100.com

Aprel 19, 2022 10:16

Futbol üzrə PSV və “Ayaks” komandaları üz-üzə gəlib

Futbol üzrə Niderland kuboku yarışının finalında PSV və “Ayaks” komandaları üz-üzə gəlib.Rotterdamda keçirilən həlledici görüşə “Ayaks” futbolçuları daha yaxşı başlayıblar. Birinci hissə Rayan Qravenberxin vurduğu qolla paytaxt təmsilçisinin üstünlüyü ilə bitib. Amma fasilədən sonra Eyndhoven komandası hesabı xeyrinə dəyişib. Erik Qutyeres və Kodi Qakpo qapını dəqiq nişan alıb.Beləliklə, 2:1 hesabı ilə qalib gələn PSV 10 ildən sonra turnirdə fəxri mükafata sahib çıxıb. Eyndhoven klubu tarixində 10-cu dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Bu nominasiyada rekord 20 dəfə titula yiyələnən “Ayaks”a məxsusdur.xeber100.com

Aprel 19, 2022 10:14

Azərbaycan Voleybol Federasiyasının məlumatına görə…

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2021/2022-ci il mövsümünün başa çatacağı vaxt bəlli olub. Dörd dövrəlik mübarizədə 5 klubun iştirakı ilə təşkil olunan yarışda son turun oyunları aprelin 20-də baş tutacaq.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, günün ilk matçında “Neftçi” və “Murov” komandaları üz-üzə gələcəklər. Oyun saat 15:00-da başlayacaq.“Murov” voleybol klubunun idman zalında təşkil ediləcək XX turun və mövsümün son qarşılaşması isə “Sərhədçi” – MOİK komandaları arasında olacaq. Oyunun start fiti saat 17:00-da veriləcək.Qeyd edək ki, XIX turdan sonra “Murov” 41 xalla turnir cədvəlinə liderlik edir. “Neftçi” 36 xalla ikinci, MOİK 25 xalla üçüncü, 6 xala malik, lakin rəqibini set fərqində qabaqlayan “Sərhədçi” dördüncü, “Ekspress” isə beşinci pillədə qərarlaşıb.xeber100.com

Aprel 19, 2022 9:58

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turuna yekun vurulur.Turun son oyun günündə iki qarşılaşması keçiriləcək.Günün ilk matçında 36 xalla üçüncü pillədə qərarlaşan “Zirə” 14 xalla sonuncu olan “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionundakı matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 11-də meydan sahibləri, 3-də qonaqlar qələbə qazanıblar. Dörd görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Rəşad Sadıqovun baş məşqçi olduğu kollektivin xeyrinədir - 25:10.“Zirə” doqquz oyundur uduzmur. “Səbail” son dörd matçda xal qazanmayıb.Turun son oyununda “Neftçi” klubu “Bakcell Arena”da “Sabah” komandası ilə qarşılaşacaq. Hazırda “ağ-qaralar” 41 xalla ikinci, “ağ-göylər” isə 32 xalla beşincidir. Görüşün baş hakimi Kamal Umudlu olacaq.İki komanda bunadək Premyer Liqada öz aralarında 14 oyun keçirib. On bir qarşılaşmada meydan sahibləri, 1 matçda qonaqlar qələbə qazanıblar. İki görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də flaqmanın üstünlüyü var - 27:8.xeber100.com

Aprel 16, 2022 7:00

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə…

Bu gün Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı (ACF) ilə 15 yaşadək (U-15) yeniyetmələr arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi start götürüb.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, 2008-2010-cu il təvəllüdlü idmançılar arasında təşkil edilən yarış Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. “Şuşa İli”nə həsr olunan turnirdə 300-dən çox idmançı 20 çəki dərəcəsi üzrə mübarizə aparır.İki gün davam edəcək yarışın təşkilində əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdonu daha da populyarlaşdırmaq və kütləviləşdirməklə yeni istedadları üzə çıxarmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsilə sağlam həyat tərzini təbliğ etməkdir.xeber100.com

Aprel 16, 2022 6:58
    Page 111 of 831« First«...102030...109110111112113...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az