Güləş üzrə Avropa çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.Çempionatda 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər arasında finalçılar müəyyənləşib.İslam Bazarqanov (61 kq) ilk görüşdə almaniyalı Viktor Lizenə qalib gəlib - 4:0. Təmsilçimiz dörddəbir finalda bolqarıstanlı Georgi Vangelova uduzub - 2:5.Turan Bayramov (74 kq) səkkizdəbir finalda bolqarıstanlı Ali Umarpaşayevə qalib gəlib - 4:3. Təmsilçimiz dörddəbir finalda estoniyalı Aymar Andruseni tam üstünlüklə məğlub edib - 10:0. Güləşçimiz yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabı ilə məğlub olub. Həmyerlimiz bürünc medal uğrunda Kamil Ribiçki (Polşa) - Zurab Kaprayev (Rumıniya) görüşünün qalibi ilə güləşəcək.Abubakr Abakarov (86 kq) səkkizdəbir finalda moldovalı Denis Balaura vaxtından əvvəl qalib gəlib - 12:1. A.Abakarov dörddəbir finalda latviyalı İvars Samusonoksa da heç bir şans tanımayıb - 7:0. Güləşçimiz yarımfinalda polşalı Sebastyan Yejierjanskini 4:2 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına yüksələn beşinci güləşçimiz olub. A.Abakarov həlledici görüşdə San-Marino təmsilçisi Miles Nazim Aminlə mübarizə aparacaq.Yarışa dörddəbir finaldan start verən Osman Nurmaqomedov (92 kq) polşalı Radoslav Marçinkieviçi tam üstünlüklə (10:0) yolundan kənarlaşdırıb. Millimizin üzvünün yarımfinalda Bolqarıstan təmsilçisi Ahmed Batayevlə görüşü dramatik alınıb. Qələbəni son saniyədə sonuncu xal prinsipinə əsasən (4:4) əldən verən güləşçimiz bürünc medal uğrunda ispaniyalı Damian İqlesias Vilelayla güləşəcək.Aydın Əhmədov (125 kq) debütdə alban Paris Karepidən güclü olub - 5:0. Həmyerlimiz dörddəbir finalda polşalı Robert Barana məğlub olub - 0:11.Qeyd edək ki, bu çəki dərəcələrində medal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.xeber100.com  

Mart 30, 2022 11:32

Azərbaycan Gimnastika Federasiyası: Dünya kuboku yarışları başlayır

Sabah Bakıda kişi və qadın idman gimnastikası üzrə dünya kuboku yarışları start götürəcək.Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi dördüncü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 35 ölkədən 151 idmançı qüvvəsini sınayacaq. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.Aprelin 3-dək davam edəcək turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (haqla), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.Ən güclü idmançıların çətin və əzmli mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 7 manat təşkil edir. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.xeber100.com

Mart 30, 2022 11:25

Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında…

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin məlumatına görə. qitə birinciliyinin birinci günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb. Belə ki, təmsilçimiz Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya güləşçisi Levan Metreveliyə 7:0 hesabı ilə qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Ə. Rzazadə yarımfinalda gürcü Beka Bujiaşvili ilə qarşılaşacaq.Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. Millimizin lideri bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz finala gedən yolda moldovalı Maksim Sakultanı sınağa çəkəcək.Komandamızın digər üzvü Zirəddin Bayramov (70 kq) səkkizdəbir finalda macarıstanlı Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcü Zurabi Yakobişvili ilə mübarizə aparacaq. Əşrəf Aşırov (79 kq) isə ilk mərhələdə bolqarıstanlı Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz dörddəbir finalda Ermənistan təmsilçisi Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcüstanlı Vladimeri Qamkrelidze olacaq.Maqomedxan Maqomedov (97 kq) isə qitə çempionatına litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbə (12:2) ilə start verib. Təmsilçimiz dörddəbir finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. M.Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovski ilə qarşılaşacaq.Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.xeber100.com

Mart 28, 2022 3:05