15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula 1 Qran-Prisinin təqvimində müəyyən dəyişikliklər gözlənilir

Formula 1 Rusiya Qran-Prisinin ləğvindən sonra təqvimdə müəyyən dəyişikliklər gözlənilir. Hazırda Soçidə keçirilməli olan yarışı əvəz edə biləcək Qran-prilər arasında seçim edilir.İspaniya mətbuatı xəbər verir ki, Formula 1 rəhbərliyi daha çox iki variant üzərində düşünür. Bunlar Portuqaliya və Türkiyə variantlarıdır. Xatırladaq ki, ötən mövsüm həm “Portimao”, həm də “İstanbul Park”da yarış təşkil edilmişdi.Formula 1-in rəhbəri Stefano Domenikali yaxın gələcəkdəki təqvimlə bağlı planlardan danışarkən hətta 30-dək Qran-Pri təşkil edə biləcəklərini deyib: “Fikrimcə, indiki zamanda 24 yarış təşkil etmək imkanımız var. Hətta siyahı 30 Qran-Priyədək artırıla bilər. Bütün dünyada Formula 1-ə olan marağı görürük. İndiki məqamda isə doğru balansı tapmalıyıq. Hazırda Formula 1 yarışı təşkil etmək istəyənlər arasında təkcə Las-Veqas ön sırada dayanmayıb. ABŞ və Çinlə yanaşı, Afrika qitəsində də Qran-prilərə ev sahibliyi etmək istəyən ölkələr var”.Xatırladaq ki, noyabrın 20-dək davam edəcək mövsümdə 23 yarışın keçirilməsi planlaşdırılır. Artıq Bəhreyn Qran-Prisi geridə qalıb və bu gün Formula 1 pilotları Səudiyyə Ərəbistanının Ciddə şəhərində mübarizə aparacaqlar.xeber100.com

Mart 27, 2022 2:58

Cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Göygöl şəhərində yeniyetmə cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir.Göygöl Olimpiya İdman Kompleksində keçirilən təlim-məşq toplanışına Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Niderland və Sloveniyadan 100-dən çox yeniyetmə idmançı qatılıb. Hazırlıqda, həmçinin ölkəmizin müxtəlif rayon və şəhərlərindən klub, cəmiyyət və idman təşkilatlarından 200-ə yaxın cüdoçu iştirak edir.Martın 27-dək davam edəcək təlim-məşq toplanışında əsas məqsəd idmançıların bacarıqlarını təkmilləşdirməklə yanaşı, yaxın gələcəkdə beynəlxalq yarışlarda yüksək nəticə əldə etməkdir.xeber100.com

Mart 26, 2022 2:57

Azərbaycan Cüdo Federasiyasının məlumatı əsasında…

Cüdoçularımız martın 26-27-də Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək gənclər arasında Avropa kuboku turnirində iştirak edəcəklər.Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərlik etdiyi heyət təmsil edəcək. Belə ki, qızlar arasında Könül Əliyeva, Gülşən Bəşirova (48 kq), Rita Əliyeva (58 kq), Səbinə Əliyeva (57 kq), Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.Gənc oğlanlardan ibarət yığma komandanın heyətində isə Nicat Məmmədli, Nurlan Kərimli, Samir Piriyev (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov, Aydın Rzayev (66 kq), Məmmədrza Hacızadə (73 kq), İsmayıl Zamanov, Maqerram İmamverdiyev (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq) yer alıblar.Yarışda dünyanın 28 ölkəsindən 314 idmançı iştirak edəcək.xeber100.com

Mart 25, 2022 1:12

Voleybolçular arasında növbəti turun keçirilmə vaxtı dəqiqləşib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, XIII turun oyunları martın 26-da təşkil olunacaq.Günün ilk qarşılaşmasında saat 15:00-da “Neftçi” və “Sərhədçi” üz-üzə gələcək. Bu matçdan 2 saat sonra “Ekspress” – MOİK oyununa start veriləcək.Hər iki görüş “Murov” voleybol klubunun idman zalında baş tutacaq.xeber100.com

Mart 25, 2022 1:11

Boksçular arasında Avropa çempionatı başa çatıb

Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatı başa çatıb.11 gün davam edən yarışın yekununa əsasən, medal əldə edən ölkələrin siyahısı açıqlanıb.Avropa çempionatında 13 çəkidən 7-də təmsil olunan yığmamız 4 medala yiyələnib. Hesabına 1 qızıl, 1 gümüş və 2 bürünc mükafat yazdıran komandamız sıralamada qitə birinciliyini dördüncü pillədə başa vurub. Millimiz bu yerə Bolqarıstan və Gürcüstanla şərikdir.Ümumilikdə, 20 ölkə Xorvatiyada medal qazanmağı bacarıb. Onlardan cəmi 11-i çempionluq sevinci yaşayıb.Siyahıda birinci yeri İtaliya yığması tutub. İlk “üçlük”də Türkiyə və Ukrayna milliləri yer alıblar.Qeyd edək ki, yığmamızın heyətində Nicat Hüseynov (51 kq) qızıl, Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal qazanıblar.xeber100.com

Mart 24, 2022 7:04

Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib

Sloveniyada təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.Sloveniyalı yaşıdları ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub.Millimizin heyətində Nəriman Axundzadə fərqlənib.Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilmiş görüş 1:0 hesabı ilə rəqib komandanın xeyrinə nəticələnmişdi.xeber100.com

Mart 24, 2022 7:02

Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir

Fransanın Monpelye şəhərində fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.Bu gün kişi idmançılar mübarizəyə başlayıblar.Azərbaycan təmsilçisi Vladimir Litvintsev də qısa proqramda çıxışını təqdim edib. Onun çıxışı 85,83 xalla qiymətləndirilib və təmsilçimiz 13-cü olub. Bu, idmançımıza sərbəst proqramda çıxış etmək hüququ verib. Otuz iştirakçıdan yalnız 24-ü martın 26-da medallar uğrunda mübarizəni davam etdirəcək.Qeyd edək ki, martın 25-də təmsilçimiz Yekaterina Ryabova sərbəst proqramla mundialı başa vuracaq. Yekaterina Kuznetsova və Aleksandr Kolosovski dueti buz üzərində rəqslərdə yarışa start verəcək.xeber100.com

Mart 24, 2022 7:01

Milli Gimnastika Arenasında dünya kuboku yarışları keçiriləcək

Martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək. Mötəbər yarışda 35 ölkədən 151 idmançının iştirakı gözlənilir.Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti  xəbər verir ki, dünya kuboku yarışında iştirak edəcək Xorvatiya yığma komandasının heyəti açıqlanıb. Yarışda Xorvatiyanı Aurel Benoviç, Filip Ude, Cakov Vlahek və Tin Srbiç təmsil edəcəklər.Dörd gün davam edəcək yarışların ilk iki günündə təsnifat, sonrakı iki günündə isə final mərhələləri baş tutacaq.Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.Dünya kuboku yarışlarında ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.xeber100.com  

Mart 24, 2022 6:58

Hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir

Azərbaycanda martın 19-na gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3°, gündüz 5-8° isti olacaq, Bakıda gecə 1-3°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 773 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacağı bildirilir.xeber100.com

Mart 18, 2022 2:21

Avropa çempionatında səkkizdəbir final döyüşləri yekunlaşıb

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında səkkizdəbir final döyüşləri yekunlaşıb.Bu mərhələnin yekununa əsasən, Azərbaycan millisinin üzvləri – Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetovun (57 kq) rəqibləri dəqiqləşib. Səkkizdəbir finalda Başkim Bayokunu (Kosovo) 5:0 hesabı ilə məğlub edən Marian Çinio (Rumıniya) mərhələ adladığından ilk döyüşdən azad olan R.Qədirovla qarşılaşacaq. M.Xasmetov isə dörddəbir finalda Taha Akkoyunla (Türkiyə) gücünü yoxlayacaq. Qardaş ölkə təmsilçisi Matteu Teylora (İrlandiya) 5:0 hesabı ilə qalib gəldiyindən boksçumuza rəqib olub.Hər iki görüş martın 19-da olacaq.Həmin gün yığmamızın digər üzvləri Nicat Hüseynov (51 kq), Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) da yarımfinal üçün mübarizə aparacaqlar. Boksçularımız müvafiq olaraq, Antonio Payva (İrlandiya), İqor Kovtun (Ukrayna) və Hüqo Qrau (Fransa) ilə üz-üzə gələcəklər.Qeyd edək ki, Avropa çempionatında qaliblərinin adları martın 23-də məlum olacaq.xeber100.com

Mart 18, 2022 1:43
    Page 115 of 830« First«...102030...113114115116117...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az