Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı davam edir

Bədii gimnastika üzrə 27-ci Azərbaycan çempionatı davam edir.Çempionatda fərdi gimnastlar gənclər (2007-2009-cu illər təvəllüdlü) və böyüklər (2006-cı il təvəllüdlü və daha böyük) yaş qruplarında medallar uğrunda mübarizə aparırlar.Gənc gimnastların çöxnövçülük yarışına Nərmin Bayramova liderlik edir. N.Bayramovanın dörd alətdə çıxışı hakimlər tərəfindən 86,900 xalla qiymətləndirilib. Dəniz Əsgərova 80,950 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 80,400 xal olan Nuray Əhmədzadə isə üçüncü pillədə yer alıb.İki gün davam edəcək çempionatda paytaxt üzrə “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu, Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik uğrunda yarışır.Qaliblər həm ayrı-ayrı alətlərdə (top, halqa, gürzlər, lent), həm də çoxnövçülük xalına görə müəyyənləşəcək. Çempionatın ilk günü gənclər və böyüklər arasında çoxnövçülük yarışları, ikinci günü isə alətlər üzrə final mərhələləri baş tutacaq.Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər.xeber100.com

Mart 16, 2022 3:30

Formula 1 Azərbaycan Qran-Prisinə akkreditasiya prosesinə start verilib

Martın 9-da Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verilib. Qeydiyyat prosesi aprelin 14-dək davam edəcək.Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətinin məlumatına görə, iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi də daxil olmaqla 2022-ci il üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən həyata keçirilir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur.Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb ediləcək. 2022-ci ildəki yarışlara COVID-19 virusuna qarşı iki doza vaksin vurdurmuş və peyvənd sertifikatının etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiyadan keçə biləcəklər. Peyvəndin ikinci dozasının üzərindən altı aydan çox keçmiş media nümayəndələrindən “buster” doza vurdurmaları xahiş edilir. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.xeber100.com  

Mart 9, 2022 3:32