07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Fransa çempionatının Rusiyada yayımlanmasına qadağa qoyulub

Fransa Peşəkar Futbol Liqası (LPF) Liqa 1-in Rusiyada yayımlanmasını qadağan edib.Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.LPF Fransa çempionatının oyunlarının “Matç TV” kanalında yayımlanması ilə bağlı müqaviləni dayandırıb.

Mart 5, 2022 2:30

Futbol üzrə Türkiyə Birinci liqasında 28-ci turun oyunları keçirilib

Futbol üzrə Türkiyə Birinci liqasında 28-ci turun oyunları keçirilib.Azərbaycanlı futbolçu Vüsal İsgəndərli formasını geyindiyi “Keçiörengücü”də növbəti matçına çıxıb.Komanda səfərdə “Kocaelispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.V.İsgəndərli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.“Keçiörengücü” 28 turdan sonra 34 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.xeber100.com

Mart 5, 2022 2:28

“Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb

Rusiyanın “Krasnodar” futbol klubunun 8 legioneri komandadan ayrılıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Vanderson Masiel, Kayo, Erik Butheym, Kristian Ramires, Junior Alonso, Con Kordoba, Viktor Klasson və Remi Kabella "Krasnodar"la müqaviləni ləğv edib.Xatırladaq ki, UEFA Rusiyanın klublarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Buna görə də artıq əcnəbi futbolçular Rusiya klublarını tərk edirlər.xeber100.com

Mart 4, 2022 2:36

İngiltərə kubokunun dörddədir final mərhələsinin püşkü atılıb

Martın 4-də futbol üzrə İngiltərə kubokunun dörddədir final mərhələsinin püşkü atılıb.Dörddəbir finalda aşağıdakı komandalar üz-üzə gələcəklər: “Southemton” – “Mançester Siti” “Kristal Palas” – “Everton” “Nottihem Forest”/”Xaddersfild” – “Liverpul” “Midlsbro” – “Çelsi”. Qeyd edək ki, dörddəbir final mərhələsinin görüşləri martın 19-da və 20-də keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:33

Futbol üzrə yarımfinal mərhələsinin ilk oyunları keçirilib

Futbol üzrə Portuqaliya kuboku yarışında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Tondela” doğma meydanda “Mafra” ilə qarşılaşıb. Matç “Tondela”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov görüşün 79-cu dəqiqəsində meydana daxil olub.Komandalar arasında cavab oyunu aprelin 20-də “Mafra”nın meydanında keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:30

Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda ölkəmizi Daniel Abbasov, Murad Rəfiyev, Sabir Ağayev, Ağasəf Rəhimov, Mehriban Salamova və Raziyə Seyidli təmsil edəcəklər.Dünya çempionatı martın 10-dan 13-dək Milli Gimnastika Arenasında keçiriləcək.xeber100.com

Mart 4, 2022 2:27

Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

Gənc oğlan boksçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.Azərbaycan Boks Federasiyasının (ABF) qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.İndiyədək qadınlardan ibarət yığmada baş məşqçi funksiyasını yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq. Onun ilk sınağı aprelin 10-22-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bu günlərdə təlim-məşq toplanışına başlayacaq.xeber100.com

Mart 3, 2022 3:39

Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.Onlayn formatda keçirilən vebinarda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. İclasda bir sıra mühüm qərarlar qəbul olunub.Ali qurum Beynəlxalq Olimpiya Komitəsinin fevralın 28-də beynəlxalq idman federasiyalarına çağırışına cavab olaraq, Rusiya və Belarus güləşçilərini bütün yarışlardan qeyri-müəyyən müddətə uzaqlaşdırıb. Bu ölkələrin rəsmi nümayəndələri də heç bir beynəlxalq turnirdə qonaq qismində iştirak edə bilməyəcək. Həmçinin Rusiya və Belarusda beynəlxalq yarışlar da keçirilməyəcək. Bu səbəbdən təqvimdə bu ölkələrdə baş tutması planlaşdırılan beynəlxalq turnirlər ləğv olunub.UWW bəzi mühüm yarışların təşkilatçılığı ilə bağlı qərarlar da qəbul edib. Belə ki, bu il noyabrın 5-6-da yunan-Roma güləşi üzrə dünya kuboku yarışının Bakıda keçirilməsi rəsmiləşib. Paytaxtımız 2024-cü ildə 23 yaşadək güləşçilərin Avropa çempionatına da ev sahibliyi edəcək. Gələn il böyüklər arasında baş tutacaq qitə birinciliyinin təşkilatçılığı isə Xorvatiyaya həvalə olunub.xeber100.com

Mart 3, 2022 3:37

Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları davam edir

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları davam edir.12-18 yaş kateqoriyasında temp hərəkətində mübarizə aparan qarışıq cütlüyümüz - Milana Əliyeva və Nizam Xamidulinin çıxışı hakimlər tərəfindən 27 xalla qiymətləndirilib. Cütlüyümüz hazırda üçüncü pillədə qərarlaşıb.Martın 6-dək davam edəcək yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları, qadın qrupları proqramında qüvvələrini sınayacaqlar.Turnirdə Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli, Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam Xamidulindən ibarət qarışıq cütlük, Anahita Başiri, Zəhra Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.Qeyd edək ki, yarış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun, tamaşaçı iştirakı olmadan keçirilir.xeber100.com

Mart 3, 2022 3:35

FIDE Qran-Pri seriyasının üçüncü turunda

Belqradda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirak etdiyi FIDE Qran-Pri seriyasının martın 3-də ikinci mərhələsinin üçüncü turunun oyunları keçiriləcək.D qrupunda çıxış edən təmsilçimiz üçüncü görüşdə rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək. Şahmatçımız ağ fiqurlarla oynayacaq.Ş.Məmmədyarov ikinci turda Maksim Vaşye-Laqrav (Fransa) ilə heç-heçə edib. Qrupda hər şahmatçının aktivində 1 xal var.Xatırladaq ki, seriyada ümumilikdə 24 şahmatçı iştirak edir. Hər turnirdə isə 16 oyunçu mübarizə aparır. Şahmatçıların hər biri seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov, həmçinin seriyanın üçüncü mərhələsində də iştirak edəcək.Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Ümumi hesabda ən çox xal toplayacaq iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.xeber100.com

Mart 3, 2022 3:30
    Page 119 of 831« First«...102030...117118119120121...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az