Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) yeni yarış mövsümünə start verib.İştirakçılar şose velosipedi üzrə Azərbaycan kuboku yarışının birinci mərhələsində mübarizə aparırlar.Yarışda müxtəlif klub və cəmiyyətlərin üç yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”, – deyən federasiya prezidenti gənclərimizin sağlam olması və idmanda böyük nailiyyətlər qazanması üçün çalışdıqlarını vurğulayıb.Yarışın birinci günündə velosipedçilər 14 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında keçirilən yarışda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında birinci yerə layiq görülüb. U23 və elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Lalə Əbdürrəhmanova və Müdafiə Sənayesi Nazirliyinin velosiped idman klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.Azərbaycan kubokunun birinci mərhələsinin ikinci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.xeber100.com  

Fevral 12, 2022 7:28

Azərbaycan kubokunda dörddəbir final mərhələsinin oyunu keçirilib

Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin daha bir cavab oyunu keçirilib.“Neftçi” komandası “Sabah”ı qəbul edib.“Bank Respublika Arena”da keçirilən görüş “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Matçın 41-ci dəqiqəsində Xuan Kamara fərqlənib. İlk hissə bu hesabla başa çatıb.İkinci hissədə “Neftçi” rəqibinin səhvlərindən istifadə edərək ardıcıl iki qol vurub. Oyunun 61-ci dəqiqəsində kapitan Emin Mahmudov, bir dəqiqə sonra isə Roman Maçado “Sabah”ın qapısından topu keçirib. Otuz bir yaşlı braziliyalı hücumçu 68-ci dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.Görüşdə baş hakim Rəvan Həmzəzadə “Sabah”ın futbolçuları Aleksey İsayevi və Səlahət Ağayevi qırmızı vərəqə ilə cəzalandırıb. Hakimə etirazlardan sonra referi “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan uzaqlaşdırıb. “Neftçi”nin futbolçusu Eddi İsrafilova və baş məşqçisi Samir Abasova isə sarı vərəqə göstərilib.İlk matç 1:1 hesabı ilə yekunlaşdığı üçün "Neftçi" yarımfinala yüksəlib.Qeyd edək ki, dörddəbir finalın digər iki cavab oyunu fevralın 13-də olacaq. "Qəbələ" evdə "Sumqayıt"ı, "Səbail" isə "Zirə"ni qəbul edəcək. "Neftçi" yarımfinalda "Səbail" - "Zirə" görüşünün güclüsü ilə qarşılaşacaq.Ölkə kubokunda ilk yarımfinalçı ötən gün səfərdə "Keşlə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ" olub. Ağdam komandası növbəti mərhələdə "Qəbələ" - "Sumqayıt" cütünün ən yaxşısı ilə görüşəcək.xeber100.com

Fevral 12, 2022 7:25

Azərbaycan Kubokunda final mərhələsinin cavab qarşılaşmalarına start verilib

Futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.İlk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0.Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Ramil Şeydayev 43-cü dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. İki dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. Matçın 84-cü dəqiqəsində fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi "Keşlə" isə mübarizəni dayandırıb.Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" klubu "Sumqayıt"ı, "Səbail" komandası isə "Zirə"ni qəbul edəcək.xeber100.com

Fevral 11, 2022 7:28