11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Fevralın 24-25-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, yarışda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edəcək.İki günlük yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.Yarışların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.xeber100.com

Fevral 10, 2022 12:12

“Palmeyras” komandası klublararası dünya çempionatının finalına yüksəlib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib.İlk yarımfinal oyununda Braziliyanın “Palmeyras” komandası Misirin “Əl-Əhli” kollektivi ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Braziliya təmsilçisi turnirin finalına vəsiqə qazanıb.Yarımfinal mərhələsinin digər görüşü - “Əl-Xilyal” (Səudiyyə Ərəbistanı) - “Çelsi” (İngiltərə) matçı bu gün keçiriləcək.Fevralın 12-də yekun vurulacaq çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.xeber100.com

Fevral 9, 2022 2:18

Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransı keçirilib

Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.Daha sonra ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə idarə heyətinin üzvü seçiliblər.Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin diqqətə alınacağını vurğulayıb.xeber100.com

Fevral 9, 2022 2:08

Güləş üzrə Azərbaycan çempionatı davam edir

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı davam edir.Ölkə birinciliyi milli komandalara seçim xarakteri daşıyır.Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 87, 97 və 130, sərbəst güləşdə isə 57, 61, 65 və 70 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək.Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil edəcəyi yarış beynəlxalq və milli dərəcəli hakimlər tərəfindən idarə olunur.Yarışın sonuncu günündə - fevralın 10-da isə 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcələrində ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.xeber100.com

Fevral 9, 2022 2:06

Dünya çempionatına bilet sifarişlərinin birinci mərhələsi başa çatıb

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet sifarişlərinin birinci mərhələsi başa çatıb.Yanvarın 19-dan fevralın 8-dək olan müddətdə FIFA-ya bilet üçün 17 milyon müraciət daxil olub.Qətərdə keçiriləcək mundiala ən böyük maraq təşkilatçı ölkədəndir. Növbəti yerlərdə Argentina, Braziliya, İngiltərə, Fransa, Hindistan, Meksika, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ qərarlaşıb.Azarkeşlər daha çox finala bilet əldə etmək istəyir. Dekabrın 18-dəki qarşılaşma üçün 1,8 milyon müraciət daxil olub.Qeyd edək ki, mundial noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.xeber100.com

Fevral 9, 2022 2:04

Şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.Yarış fevralın 13-dək davam edəcək.Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.xeber100.com

Fevral 8, 2022 2:54

“Böyük dəbilqə” turnirindən sonra cüdoçuların reytinq cədvəli açıqlanıb

Parisdə təşkil edilən “Böyük dəbilqə” turnirindən sonra cüdoçuların dünya reytinq cədvəli açıqlanıb.Yarışda gümüş medal qazanan Uşanqi Kokauri (+100 kq) 4 pillə irəliləyərək 12-ci yerə yüksəlib (2376 xal). Turnirdə ikinci yeri tutan digər cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) isə 1 pillə irəliləyib. İdmançımız 3920 xalla 5-ci yerdədir.İlk onluqda yer alan cüdoçularımızdan Kəramət Hüseynov (60 kq, 2992 xal, 4-cü yer), Orxan Səfərov (66 kq, 3280 xal, 6-cı yer) və Zelim Kotsoyevin (100 kq, 3092 xal, 9-cu yer) mövqeləri dəyişməyib. İlk iyirmilikdə yer alan cüdoçularımızdan isə Hidayət Heydərov (73 kq, 2580 xal, 11-ci yer) əvvəlki mövqeyində qalıb. Murad Fətiyev (81 kq, 2384 xal, 13-cü yer) 1, İrina Kindzerska (+78 kq, 2570 xal, 14-cü yer), Rüstəm Orucov (73 kq, 2412 xal, 14-cü yer) hərəyə 2 pillə geriləyiblər.xeber100.com

Fevral 8, 2022 2:51

“Bordo” futbol klubu baş məşqçisi ilə yollarını ayırıb

Fransanın “Bordo” klubu baş məşqçisi Vladimir Petkoviçlə yollarını ayırıb.Bu barədə Fransa mətbuatı məlumat yayıb.İsveçrəli mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.İstefaya komandanın uğursuz çıxışı səbəb göstərilir.“Bordo” Liqa 1-də turnir cədvəlində 19-cu sırada qərarlaşıb və elitada qalmaq uğrunda mübarizə aparır.xeber100.com

Fevral 8, 2022 2:49

Milli Karate Federasiyasının məlumatına görə…

Fevralın 12-14-də uşaq, yeniyetmə və gənclər arasında karate üzrə 22-ci respublika birinciliyi keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin məlumatına görə, yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşadək gənclər mübarizə aparacaqlar.Yarış Bakı İdman Sarayında keçiriləcək.xeber100.com

Fevral 8, 2022 2:46

“Bavariya” futbol klubu “Leyptsiq”i 3:2 hesabı ilə məğlub edib

Münxenin “Bavariya” klubu Almaniya Bundesliqasında “Leyptsiq”i 3:2 hesabı ilə məğlub edib.Həmin oyunda iştirak edən “Bavariya”nın qapıçısı Manuel Noyer yeni uğura imza atıb. “Leyptsiq” üzərindəki qələbə Noyerin Münxen təmsilçisindəki 310-cu qalibiyyəti olub. O, bununla da, keçmiş qapıçı Oliver Kanın qələbə sayındakı rekorduna şərik olub.Kan 310 qələbəyə 557 oyunda nail olub, Noyer isə bu saya 458 oyunda çatıb.xeber100.com

Fevral 7, 2022 11:50
    Page 126 of 831« First«...102030...124125126127128...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az