Azərbaycan Cüdo Federasiyası loqotipini yeniləyib

Azərbaycan Cüdo Federasiyası (ACF) inkişaf strategiyasına uyğun olaraq loqotipini yeniləyib.ACF-in mətbuat xidmətinin məlumatına görə, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdonun yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və idmanın bu növü üzrə mövcud son trendlər əsas götürülüb.Federasiyanın baş katibi Rəşad Rəsullu əsasını müasirlik, peşəkarlıq və sadəlik təşkil edən loqotipin hazırlanması zamanı bir sıra prinsiplərin əsas götürüldüyünü bildirib: “Sözsüz ki, ilk növbədə loqotip cüdo idman növü ilə assosiasiya edilməlidir və bu baxımdan yeni loqotipdə cüdo fəndi əks etdirilib. Bundan başqa, Azərbaycan bayrağının rənglərindən biri ilə assosiativ çalardan istifadə edilib. Yeni loqotip minimalist üslubda hazırlanmaqla bu sahədə mövcud olan ən son meyllərə də əməl edilib”.Loqonun modern cizgiləri özündə “A” və “J” hərflərini əks etdirir ki, bu da “Azerbaijan Judo” deməkdir. Təsvirin yaradılmasına fərqli yanaşma nəticəsində cüdoda ən vacib fəndlərdən biri olan “tai-otoshi” - iki cüdoçunun çiyin atışı fəndi loqoda unikal şəkildə vizuallaşdırılıb.Ölkəmizdə ən sevilən idman növlərindən biri olan cüdonun yeni korporativ kimlik qazanması Azərbaycan cüdosunun beynəlxalq səviyyədə daha çox tanınması və ölkə daxilində cüdonun populyarlaşdırılmasına töhfə verəcək.Yeni loqotip federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprelin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.xeber100.com

Fevral 24, 2022 3:09

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin məlumatına görə…

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən “Bakı Marşal Klubu” (BMK) iyunun 10-12-də keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə marşal qeydiyyat proqramını uğurla başa vurub.BŞH-dən Azərtac-a bildiriblər ki, yanvarın 10-dan başlayan seçimlərdə 3 minə yaxın şəxs namizədliyini irəli sürərək, qeydiyyatdan keçib.Fevralən əvvəlində başlayan müsahibə mərhələsi isə ayın 20-də yekunlaşıb. Artıq 440-a yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Müraciətlər arasında yerli namizədlərin sayı – 2300 nəfərə çatıb ki, onlardan 950-si öncəki yarışlarda uğurla iştirak etmiş, təcrübəli marşallardır. Xarici ölkələrdən olan marşalların müraciət sayı isə 360-a çatıb. Ümumilikdə, 2016-ci ildən etibarən qeydiyyatdan keçmiş təcrübəli marşalların sayı 3 min 400-ü keçib.Mart ayından etibarən isə marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində keçiriləcək. Bu prosesin iyunadək davam etməsi nəzərdə tutulur.Formula 1 Azərbaycan Qran-Prisində marşal fəaliyyətini uğurla başa çatdıran hər bir şəxsə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin Formula 1 Qran-Prisinə ev sahibliyi edən digər ölkələrdə keçirilən yarışlara qatılmaq hüququ verəcək.Formula 1 yarışlarında marşallar böyük əhəmiyyət daşıyır. F-1 aləmində marşallara “yarış rəsmiləri” də deyilir. Onların fəaliyyəti F-1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.Qeyd edək ki, “Bakı Marşal Klubu” BŞH tərəfindən 2016-cı il təsis olunub.xeber100.com

Fevral 24, 2022 2:55