Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə…

Karate üzrə Azərbaycan komandası fevralın 18-20-də Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa seriyasından yarışda iştirak edəcək.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətinin məlumatına görə, millinin heyətində 9 idmançı yer alıb. Belə ki, kişilərin yarışında Əminağa Quliyev, Sultan Hüseynov (60 kq), Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Turqut Həsənov, Pənah Abdullayev (84 kq), Asiman Qurbanlı (+84 kq), qadınların turnirində isə İrina Zaretska (68 kq) mübarizə aparacaqlar. Kata üzrə isə ölkəmizi Roman Heydərov təmsil edəcək.Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov, Anar Allahverdiyev və Rənad Əliyev Premyer Liqanı idarə edəcək hakimlər sırasında yer alıblar. R.Əliyev, həmçinin dərəcəsini yüksəltmək üçün Dünya Karate Federasiyasının (WKF) Hakimlər komitəsinə imtahanlara qatılıb.Qeyd edək ki, Karate1 Premyer Liqa turnirləri bu mövsümdən başlayaraq bir sıra dəyişikliklərlə keçirilir. Yarışa, əsasən dünya reytinqində ilk 32 yeri tutan idmançılar qatılır. Qeydiyyat sifarişi limitləri dolmazsa, reytinqin növbəti pillələrində olan daha 32 karateçi yarışda iştirak edə bilər.Yarış formatında da dəyişikliklər edilib. Kumite yarışlarında hər çəki dərəcəsində 8 qrupa bölünən 4 idmançı dairəvi sistemlə yarışacaq. Qruplardan iki nəfər növbəti mərhələyə çıxacaq. Sonra isə fərqlənən idmançılar mübarizəni davam etdirəcəklər. Yarımfinalda məğlub olanlar bürünc medala sahib olacaqlar. Komanda kata yarışları Premyer Liqa turnirlərinin proqramından çıxarılıb.Turnirdə 55 ölkədən 342 idmançı iştirak edəcək.xeber100.com

Fevral 17, 2022 5:42

Azərbaycan Voleybol Federasiyasının məlumatı əsasında…

Qadınlar və kişilər arasında keçirilən voleybol üzrə Azərbaycan çempionatlarında növbəti dövrələrin start vaxtı bəlli olub.Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, fevralın 17-də kişilər arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin ilk turu saat 15:00-da “Neftçi” - “Murov” görüşü ilə başlayacaq. Ardınca saat 17:00-da MOİK və “Sərhədçi” oyunu keçiriləcək. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutacaq.Fevralın 18-də isə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq yeddinci turun ilk matçı saat 16:00-da “Azərreyl” və “Murov” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Abşeron” - UNEC duelinə start veriləcək.Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci dövrənin nəticələrinə əsəsən, ilk 3 pillədə müvafiq olaraq “Murov”, “Neftçi” və MOİK komandaları qərarlaşıblar. Eyni - hərəyə 9 xal toplayan klubların set fərqi də bərabərdir. Ardıcıllıq məhz top fərqinə görə sıralanıb. Dördüncü pilləni 3 xalla “Ekspress”, sonuncu yeri isə “Sərhədçi” komandası tutur.Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında isə ikinci dövrədən sonra xal itirməyən “Abşeron” 18 xalla turnir cədvəlinə başçılıq edir. Səkkiz xala malik “Azərreyl” ikinci, ondan 2 xal geri qalan “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.xeber100.com  

Fevral 16, 2022 12:49

Velosiped İdmanı Federasiyası yeni yarış mövsümünə start verib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) yeni yarış mövsümünə start verib.İştirakçılar şose velosipedi üzrə Azərbaycan kuboku yarışının birinci mərhələsində mübarizə aparırlar.Yarışda müxtəlif klub və cəmiyyətlərin üç yaş kateqoriyası üzrə 50 idmançısı iştirak edir.Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev mətbuat nümayəndələrinə müsahibəsində bildirib ki, təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan gənclərə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Mən dünyada elə bir ölkə tanımıram ki, orada gənclərə bizdə olduğu kimi diqqət və qayğı göstərilsin. Bugünkü tədbirimiz sadəcə yarış deyil. Bizim gənclərimiz yeni qələbələrə imza atmağa hazırlaşırlar”, – deyən federasiya prezidenti gənclərimizin sağlam olması və idmanda böyük nailiyyətlər qazanması üçün çalışdıqlarını vurğulayıb.Yarışın birinci günündə velosipedçilər 14 kilometr məsafəyə fərdi ötüşmə növündə mübarizə aparıblar. 17 yaşadək idmançılar arasında keçirilən yarışda Respublika Olimpiya Velosiped Məktəbinin üzvləri Radha Şabanova və Tamerlan Vitovski ən yaxşı göstərici ilə bütün rəqiblərini qabaqlayıblar. Bu məktəbin digər təmsilçiləri Diana Sidorenko və Kamran Mirzəxanov gənclər arasında birinci yerə layiq görülüb. U23 və elit yaş kateqoriyasında isə 7 saylı Olimpiya Velosiped Məktəbinin üzvü Lalə Əbdürrəhmanova və Müdafiə Sənayesi Nazirliyinin velosiped idman klubunun nümayəndəsi Musa Mikayılzadə hamıdan yaxşı nəticə göstərib.Azərbaycan kubokunun birinci mərhələsinin ikinci yarış günündə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar.xeber100.com  

Fevral 12, 2022 7:28