03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Bu gün Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Digər güləşçimiz Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.Qeyd edək ki, təmsilçimiz yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.xeber100.com

Yanvar 27, 2022 2:50

Şahmat üzrə beynəlxalq turnir davam edir

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov ötən iki turu qələbə ilə başa vurub. Şahmatçımız 2 xalla yerli idmançı Dejan Tasevlə ilk iki pilləni bölüşür.İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.Turnir yanvarın 28-dək davam edəcək.xeber100.com

Yanvar 26, 2022 3:21

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Yanvarın 28-də gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyinə start veriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin  məlumatına görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarış federasiya ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.Yarışda Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idamançılar iştirak edəcəklər.Yarışın təşkilində əsas məqsəd fevralın 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.xeber100.com

Yanvar 26, 2022 3:18

“Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq

Antalya təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq.Bakı təmsilçisi Serbiyanın “Mladost” komandası ilə üz-üzə gələcək. Bu, paytaxt klubunun Türkiyədə sonuncu yoxlama oyunu olacaq.Qeyd edək ki, “Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.xeber100.com

Yanvar 25, 2022 3:32

Cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək

Fevralın 5-6-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirdə Azərbaycanın 8 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov, Əhməd Yusifov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Turnirdə iştirak etmək üçün indiyədək 59 ölkədən 380 idmançı qeydiyyatdan keçib.xeber100.com

Yanvar 25, 2022 3:30

“Qarabağ” futbol klubunun yoxlama oyununun vaxtı dəyişdirilib

Ağdamın “Qarabağ” klubunun Polşanın “Visla” (Krakov) klubu ilə yoxlama oyununun vaxtı dəyişdirilib.Matç əvvəlcədən qeyd edildiyi kimi Bakı vaxtı ilə saat 18:00-da deyil, 15 dəqiqə tez - 17:45-də start götürəcək.İki komanda arasında əldə edilmiş razılığa əsasən, hazırlıq oyunu 3 hissədən ibarət olacaq.Qeyd edək ki, “Qarabağ”ın Çexiyanın “Bohemians” klubu ilə yoxlama oyunu Antalyaya qar yağması səbəbindən ləğv olunub. Hazırda "Gloria Sport Arena"nın meydançası qardan təmizlənir.xeber100.com

Yanvar 25, 2022 3:28

“Ferrari” komandası dördgünlük test yürüşlərinə başlayıb

Bu gün “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb.Xarici KİV-lər xəbər verir ki, komandanın ötən il Formula 1 üzrə dünya çempionatında istifadə etdiyi “SF21” bolidini üç pilot - Karlos Sayns, Çarlz Lekler və “Scuderia”nın sınaq sürücü Robert Şvartsman idarə edəcək.Trasda ilk sınaqlara rusiyalı sürücü - Robert Şvartsman başlayacaq. Daha sonra Çarlz Lekler və Karlos Sayns testlərdən keçəcəklər.“Ferrari” ənənəvi olaraq illərdir ki, Fioranoda sürücüləri və mühəndisləri sınaqdan keçirir.xeber100.com

Yanvar 25, 2022 3:26

Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə…

Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska (68 kq) yeni mövsümə uğurla başlayıb.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, Fransanın paytaxtında keçirilən ənənəvi “Paris Open” beynəlxalq turnirində 4 görüş keçirən İ.Zaretska gümüş mükafat qazanıb. Nüfuzlu yarışda 52 ölkədən 458 idmançı iştirak edib.Milli komandanın digər üzvləri fevralda Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa turirinə hazırlaşırlar. Yeni qaydalara əsasən qarşıdakı turnirdə qadınlardan məhz İ.Zaretskanın iştirakı gözlənilir.xeber100.com

Yanvar 24, 2022 9:19

İngiltərə Premyer Liqasında 24-cü turun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 23-də İngiltərə Premyer Liqasında 24-cü turun mərkəzi qarşılaşması keçirilib."Çelsi" klubu öz meydanında "Stenford Bric" stadionunda "Tottenhem" komandasını qəbul edib.Gərgin keçən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri 47-ci dəqiqədə açıb. Hakim Ziyeş fərqlənib. Qoldan səkkiz dəqiqə sonra "Çelsi" hesab arasındakı fərqi iki topa çatdırıb. Tiaqo Silva komanda yoldaşı Meyson Mountun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu nəticədən sonra xal ehtiyatını 47-ə çatdıraraq "Çelsi" turnir cədvəlində üçüncü, "Tottenhem" isə 36 xalla 7-ci yerdə qərarlaşıb.xeber100.com

Yanvar 24, 2022 9:17

Avropa çempionatının qrup mərhələsində ikinci tura start verilib

Yanvarın 23-də Niderlandda futzal üzrə Avropa çempionatının qrup mərhələsində ikinci tura start verilib.A qrupu çərçivəsində iki oyun keçirilib.Günün ilk matçında Serbiya və Ukrayna milli komandaları üz-üzə gəliblər. Ukrayna millisi rəqibini böyük hesabla məğlub edib - 6:1.Digər oyunda isə son Avropa çempionu Portuqaliya millisi Niderland seçməsi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Portuqaliya futzalçıları 4:1 hesablı qələbə qazanıblar.İlk turda Portuqaliya millisi Serbiyaya 4:2, Niderland yığması isə Ukraynaya 3:2 hesabı ilə qalib gəlib. Hər iki matç Amsterdamdakı "Ziggo Dome" Arenada keçirilib.Qeyd edək ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Seçməmiz növbəti görüşünü yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.xeber100.com

Yanvar 24, 2022 9:10
    Page 129 of 830« First«...102030...127128129130131...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az