11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan kubokunda final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.Günün ilk matçında “Zirə” klubu “Səbail”i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Görüşü Kamal Umudlu idarə edəcək. Komandalar indiyədək ölkə kubokunda iki dəfə qarşılaşıb. Hər iki dueldə mərhələni “Zirə” adlayıb. “Səbail” isə qələbə qazana bilməyib. Dörd oyunundan üçü “Zirə”nin xeyrinə başa çatıbsa, bir görüşdə qalib müəyyənləşməyib.Günün son oyunu ötən mövsümün finalçısı “Sumqayıt” klubu ilə “Qəbələ” arasında olacaq. “Kapital Bank Arena”dakı qarşılaşma saat 19:15-də start götürəcək. Matçın baş hakimi FIFA referisi Rauf Cabbarov olacaq. Azərbaycan kubokunda indiyədək yalnız bir dəfə üz-üzə gələn rəqiblər üç il əvvəl finalda görüşüblər. Həmin matçda “Qəbələ” bir qolla qalib gəlib.Xatırladaq ki, mərhələnin ilk oyun günündə iki qarşılaşma keçirilib. “Qarabağ” klubu “Keşlə” komandasını 1:0 hesabı ilə məğlub edib. “Sabah”-“Neftçi” oyunu isə 1:1 hesablı heç-heçə ilə başa çatıb.Qeyd edək ki, dörddəbir final matçının cavab görüşləri fevralın 11-də və 12-də keçiriləcək.xeber100.com

Fevral 2, 2022 11:00

“Everton” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Mersisayd təmsilçisi “Mançester Yunayted”dən Donni van de Beki icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Niderlandlı yarımmüdafiəçi mövsümün sonunadək “Everton”da çıxış edəcək.Qeyd edək ki, “Ayaks”ın yetirməsi olan futbolçu 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir.xeber100.com

Fevral 1, 2022 11:30

“Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib

Polşanın “Legiya” klubu daha bir azərbaycanlı futbolçu transfer edib.Varşava təmsilçisi gənc müdafiəçi Ramil Mustafayevi heyətinə qatıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Polşanın ikinci divizionda mübarizə aparan “Stal” klubundan transfer olunan 18 yaşlı futbolçu ilə müddəti 2025-ci il yayınadək olan müqavilə imzalanıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.2019-cu ildən “Stal”da çıxış edən R.Mustafayev bu mövsüm 13 oyuna 3 qol vurub.“Legiya” ötən yay Azərbaycan millisinin hücumçusu Mahir Emrelini də transfer etmişdi. Lakin o, Varşava təmsilçisinin azarkeşləri ilə yaşadığı problemlə əlaqədar bu klubdan ayrılmağa qərar verib.xeber100.com

Fevral 1, 2022 11:10

Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XV turunun oyun cədvəli açıqlanıb.Peşəkar Futbol Liqasının (PFL) saytı xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 7-də “Keşlə” – “Zirə” oyunu ilə start veriləcək. “ASK Arena” stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.Turun ikinci görüşü “Bakcell Arena”da oynanılacaq. Mərkəzi qarşılaşmada “Neftçi” klubu lider “Qarabağ” komandasını qəbul edəcək.Fevralın 8-də ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. “Qəbələ” klubu səfərdə “Sabah” komandasının qonağı olacaq. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.Turun son oyunu isə “ASCO Arena”da saat 19:15-də “Səbail” və “Sumqayıt” komandaları arasında baş tutacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.On dörd turdan sonra turnir cədvəlinə 33 xalla “Qarabağ” klubu başçılıq edir. İyirmi altı xal toplayan olan “Qəbələ” ikinci, 22 xalları olan “Neftçi” və “Zirə” klubları isə 3-4-cü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Sabah” (17), “Keşlə” (14), “Sumqayıt” (12) və “Səbail” (10) klubları qərarlaşıblar.xeber100.com

Fevral 1, 2022 11:07

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir başlayıb

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir start götürəcək.Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 10 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək.Yarış fevralın 6-dək davam edəcək.xeber100.com

Yanvar 31, 2022 3:09

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Fevralın 5-də Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirdə Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Yarış iki gün davam edəcək.Turnirdə iştirak etmək üçün indiyədək 58 ölkədən 344 idmançı qeydiyyatdan keçib.xeber100.com

Yanvar 31, 2022 3:07

İsveç milli komandası XV Avropa çempionatının qalibi olub

Kişi həndbolçulardan ibarət İsveç milli komandası XV Avropa çempionatının qalibi olub.İsveçlilər Budapeştdə keçirilən qitə çempionatının finalında İspaniya yığmasına 27:26 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.Bu qələbə ilə İsveç millisi kişilər arasında həndbol üzrə Avropa çempionatında beşinci dəfə qalib gəlməklə özlərinə məxsus əvvəlki rekordu yeniləyiblər. Fransa millisi üç, İspaniya, Almaniya və Danimarka yığmaları iki, Rusiya seçməsi isə bir dəfə Avropa çempionu adını qazanıblar.Qeyd edək ki, növbəti Avropa çempionatı 2024-cü ildə Almaniyada keçiriləcək.xeber100.com

Yanvar 31, 2022 2:59

Sərbəst güləş üzrə “Fəcr” kuboku uğrunda yarış keçirilib

İranın Urmiya şəhərində sərbəst güləş üzrə “Fəcr” kuboku uğrunda yarış keçirilib.Yeniyetmələr arasında baş tutan komanda yarışında millimiz də iştirak edib.Keçirdiyi 22 görüşdən 20-də qələbə qazanan yığmamız birinci yeri tutub və kuboka sahib çıxıb. İkinci yeri Xoy, üçüncü yeri isə Naxçıvan komandası tutub.xeber100.com

Yanvar 31, 2022 2:56

Niderlandda keçirilən “Tata Steel Masters” şahmat turnirində

Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirində Şəhriyar Məmmədyarov ikinci yeri tutub.Azərbaycan təmsilçisi 13-cü turda ABŞ şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib. Yekun nəticədə Ş.Məmmədyarov 8 xalla ikinci yeri tutub.Turnirin qalibi 9,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.Dairəvi sistem üzrə keçirilən yarışda 14 şahmatçı iştirak edib.xeber100.com

Yanvar 30, 2022 3:21

Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə…

Sablya üzrə qadınlardan ibarət komandamız dünya kubokunun finalına yüksəlib.Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatına görə, Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova və Polina Kaspiaroviçdən ibarət kollektiv Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında finala yüksəlib. Komandamız yarımfinalda Bolqarıstan millisini 45:32 hesabı ilə məğlub edib.Qılıncoynadanlarımız finalda Fransa seçmə kollektivi ilə qarşılaşacaq.xeber100.com

Yanvar 30, 2022 3:16
    Page 128 of 831« First«...102030...126127128129130...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az