İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir

Fevralın 5-də futbol üzrə İtaliya çempionatının 24-cü turunun mərkəzi qarşılaşması keçirilir.“Cuzzepe Meazza” stadionunda baş tutan görüşdə iki əzəli rəqib - “İnter” və “Milan” komandaları qarşılaşıb. Gərgin keçən derbidə "Milan" klubu əzmkar qələbə qazanıb - 1:2.Oyunu daha fəal başlayan "İnter" klubu hesabı matçın 38-ci dəqiqəsində açıb. Hakan Çalxanoğlunun künc ötürməsindən sonra İvan Perişiç qapıya birbaşa zərbə endirib - 1:0.Qoldan sonra irəli atılan meydan rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, komandalar fasiləyə minimal hesabla yollanıb.Qarşılaşmanın ikinci hissəsində "Milan" klubu daha istəkli görsənirdi. Matçın 78-ci dəqiqəsində qonaqlar hesabı bərabərləşdirib. Təcrübəli hücumçu iki dəqiqə sonra komandasının qələbə topunu vurmağa da nail olub - 1:2. Beləliklə, "Milan" derbidə geri dönüş edərək qələbə qazanıb. Bu qələbə sayəsində "rossoneri"lər xal ehtiyatını 52-yə çatdıraraq ikinci pilləyə yüksəlib. "İnter" isə 53 xalla liderdir.Qeyd edək ki, Milan derbisi 179-cu dəfə baş tutub. Bu matçların 69-da “İnter”, 54-də isə “Milan” qalib gəlib. Bundan başqa, 56 görüş heç-heçə nəticələnib. “Della Madonnina” adlanan Milan derbilərinin sonuncusu İtaliya A Seriyasının 10-cu turuna təsadüf etmişdi. Həmin oyunda qalib müəyyənləşməyib – 1:1.xeber100.com

Fevral 5, 2022 12:31

Futbol üzrə final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib

Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.Üç günü əhatə edəcək mərhələyə fevralın 11-də “Keşlə” – “Qarabağ” oyunu ilə start veriləcək. Saat 18:00-da başlayacaq görüş “ASK Arena”da keçiriləcək.Fevralın 12-də bir görüş təşkil ediləcək. “Bank Respublika Arena” stadionunda “Sabah” komandası “Neftçi” ilə üz-üzə gələcək. Qarşılaşmanın vaxtı 16:00-da təyin olunub.Növbəti gün iki görüşlə yarımfinal mərhələsinə adlayan bütün iştirakçıların adları məlum olacaq. Günün il görüşündə “Qəbələ” öz meydanında “Sumqayıt” klubunu qəbil edəcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 15:00-da başlayacaq.Son oyunda isə “Səbail” öz meydanında “Zirə” klubu ilə görüşəcək. Saat 18:00-da keçiriləcək qarşılaşma “ASCO Arena” oynanılacaq.Mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.Xatırladaq ki, bu mərhələnin ilk oyunlarında “Zirə” öz meydanında “Səbail”i darmadağın edib (4:0). “Qarabağ” evdə “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” klubu “Sabah”la bərabərə qalıb (1:1). “Qəbələ” isə səfərdə “Sumqayıt”a qalib gəlib (1:0).Qeyd edək ki, Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” komandası “Keşlə”yə qarşı keçirəcəyi səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.Yarışların əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”-“Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirib.xeber100.com

Fevral 3, 2022 10:04