07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futzal üzrə Avropa çempionatının final mərhələsində

Futzal üzrə Avropa çempionatının final mərhələsində yanvarın 29-da Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq Azərbaycan millisi Qroningen şəhərindən Amsterdama gəlib. Komandamız matçın baş tutacağı “Ziggo Dome”də bərpa məşqi keçirib.Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, milli bu gün oyun öncəsi çalışmasını Bakı vaxtı ilə saat 15:30-da reallaşdıracaq. Məşqdən əvvəl baş məşqçi Joze Alesio Da Silvanın və İsa Atayevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Qaydalara uyğun olaraq həm rəsmi məşq, həm də oyun günü komanda üzvlərindən antigen test götürüləcək.Heyətlə bağlı da müəyyən dəyişikliklər var. İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje cəzalı duruma düşüb və qrupun sonuncu oyununda komandamıza kömək edə bilməyəcək. Əvəzində bir həftə əvvəl COVID-19 anticisim və PCR analizləri pozitiv çıxan və qaldıqları hotel otağında karantinə alınan, Gürcüstan və İspaniyaya qarşı matçlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli bu gündən sərbəstdirlər. Buna görə də hər iki futzalçı Amsterdama gələrək komandaya qoşulub.xeber100.com

Yanvar 28, 2022 2:48

Serbiyanın Novi Sad şəhərində keçirilən şahmat üzrə turnir davam edir

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov növbəti – altıncı turda rusiyalı İgor Naumkin ilə mübarizə aparıb. Şahmatçımız rəqibi ilə heç-heçəyə razılaşıb. Ötən turların nəticəsinə görə, təmsilçimiz 5,5 xalla liderliyini daha da möhkəmləndirib. Onun ən yaxın izləyicisi Dejan Tasev 3,5 xala malikdir. İsveçrə sistemi üzrə keçirilən turnir səkkiz turdan ibarətdir.Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da dördü qrossmeysterdir.xeber100.com

Yanvar 28, 2022 2:46

Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində

Yanvarın 26-da futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib.İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb.Qrupun digər oyununda isə Gürcüstan millisi Bosniya və Herseqovina seçməsinə 2:1 hesabı ilə qalib gəlib.Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. İspaniya seçməsi isə Bosniya və Herseqovinanı məğlub edib - 5:1.Millimiz qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək.Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu olan İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur.xeber100.com

Yanvar 27, 2022 3:00

Şahmat üzrə beynəlxalq turnir davam edir

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov dördüncü turun oyununu heç-heçə ilə başa vurub. Ötən turların nəticəsinə görə, şahmatçımız 3,5 xalla liderliyini davam etdirir. İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.xeber100.com

Yanvar 27, 2022 2:57

“Neftçi” futbol klubu panamalı futbolçu ilə bağlı qərarını açıqlayıb

Bakının “Neftçi” klubu Antalyadakı təlim-məşq toplanışı zamanı baxışa çağırdığı panamalı futbolçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarını açıqlayıb.21 yaşlı hücumçunun çıxışı məşqçilər heyətini razı salmayıb. Bu səbəbdən gənc forvard komandadan göndərilib.xeber100.com

Yanvar 27, 2022 2:53

Azərbaycan Güləş Federasiyasının məlumatına görə…

Bu gün Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turniri start götürüb.Azərbaycan Güləş Federasiyası xəbər verir ki, ilk yarış günündə qadınlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.Şəhanə Nəzərova (50 kq) ilk görüşdə rusiyalı Darima Sanjeyevaya minimal fərqlə uduzub - 2:3. Digər güləşçimiz Alyona Kolesnik (59 kq) startda rusiyalı Yuliya Artışkoya “tuşe” ilə qalib gəlib. Yığmamızın təcrübəli üzvü dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjavı sonuncu xal prinsipinə əsasən (6:6) üstələyərək yarımfinala yüksəlib. Kolesnik yarımfinalda da Rusiya nümayəndəsi ilə qarşılaşıb. Yuliya Alborova üzərində tam üstünlüklə qələbə (14:1) qazanan Alyona adını finala yazdırıb.Qeyd edək ki, təmsilçimiz yanvarın 28-də həlledici görüşdə rusiyalı Jarqalma Tsırenova ilə qarşılaşacaq.xeber100.com

Yanvar 27, 2022 2:50

Şahmat üzrə beynəlxalq turnir davam edir

Serbiyanın Novi Sad şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.Yarışda Azərbaycanı təmsil edən Fərid Orucov ötən iki turu qələbə ilə başa vurub. Şahmatçımız 2 xalla yerli idmançı Dejan Tasevlə ilk iki pilləni bölüşür.İsveçrə sistemi üzrə keçirilən turnir 8 turdan ibarətdir. Yarışda 12 şahmatçı iştirak edir ki, onlardan da 4-ü qrosmeysterdir.Turnir yanvarın 28-dək davam edəcək.xeber100.com

Yanvar 26, 2022 3:21

Azərbaycan Cüdo Federasiyasının məlumatına görə…

Yanvarın 28-də gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyinə start veriləcək.Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin  məlumatına görə, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarış federasiya ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.Yarışda Bakının müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparacaq.İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idamançılar iştirak edəcəklər.Yarışın təşkilində əsas məqsəd fevralın 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.xeber100.com

Yanvar 26, 2022 3:18

“Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq

Antalya təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu bu gün növbəti yoxlama matçına çıxacaq.Bakı təmsilçisi Serbiyanın “Mladost” komandası ilə üz-üzə gələcək. Bu, paytaxt klubunun Türkiyədə sonuncu yoxlama oyunu olacaq.Qeyd edək ki, “Sabah” bunadək “Pakş” (Macarıstan) və “Zarya” (Ukrayna) ilə görüşüb. Hər iki matç 1:1 hesabı ilə başa çatıb.xeber100.com

Yanvar 25, 2022 3:32

Cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək

Fevralın 5-6-da Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, turnirdə Azərbaycanın 8 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov, Əhməd Yusifov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoev (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.Turnirdə iştirak etmək üçün indiyədək 59 ölkədən 380 idmançı qeydiyyatdan keçib.xeber100.com

Yanvar 25, 2022 3:30
    Page 129 of 831« First«...102030...127128129130131...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az