03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq

Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə yanvarın 10-dan 15-dək Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Rizvan Fərzəliyev, Amir Shojaei (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Bayterek”, Qazaxıstan), Cavad Məmmədov (“Neftçi”), Emin Kürdov, Tofiq Mikayılov (hər ikisi EKOL), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Palma Futsal”, İspaniya), Fineo De Araujo (“Sportinq Paris”, Fransa), Thiago Teles Martins (ACCS FUTSAL, Fransa), Everton Cardoso (“Levante U.D.”, İspaniya) və Oliveira Villiams (“Sporting Paris”, Fransa) dəvət olunublar.Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.xeber100.com

Yanvar 7, 2022 3:12

FIFA 2021-ci ilin ən yaxşı qapıçısı adına namizədlərin siyahısını açıqlayıb

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin qısa siyahısını açıqlayıb.Kişilər arasında bu ada Fransanın PSJ klubundan Canluici Donnarumma, İngiltərənin "Çelsi" klubundan Eduar Mendi və Almaniya "Bavariya"sından Manuel Noyer iddia edirlər.Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə Ann-Katrin Berger (Almaniya / "Çelsi"), Kristiana Endler (Çili / PSJ / "Lion") və Stefani Labbedir (Kanada / "Rusenqord" / PSJ).Qeyd edək ki, "The Best" mükafatı 2022-ci il yanvarın 17-də təqdim ediləcək.xeber100.com

Yanvar 6, 2022 9:53

“Etnikos” klubu millimizin futbolçusu ilə yollarını ayırıb

Kiprin "Etnikos" klubu millimizin futbolçusu Araz Abdullayevlə yollarını ayırıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Tərəflər müqaviləyə qarşılıqlı razılaşmaya əsasən xitam veriblər.Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ötən ilin iyununda "Etnikos"la birillik müqavilə imzalamışdı.xeber100.com

Yanvar 6, 2022 9:51

“Manchester Evening News”ın məlumatına görə…

Tarixin ən varlı boksçularının adları açıqlanıb."Manchester Evening News" xəbər verir ki, ABŞ-dan olan beşqat dünya çempionu Floyd Meyvezer 479 milyon avroluq sərvəti ilə birinci pillədə qərarlaşıb. Onun həmyerlisi ağır çəkidə sabiq dünya çempionu Corc Forman (266 milyon avro) ikinci olub.Filippinli Menni Pakyao (195 milyon avro) isə üçüncü sırada yer alıb.xeber100.com

Yanvar 6, 2022 9:22

“Barselona” klubunun futbolçusu yeni rekorda imza atıb

“Barselona”nın futbolçusu Dani Alves yeni rekorda imza atıb. O, buna İspaniya kubokunun 1/16 final mərhələsində “Linares”lə matçda (2:1) iştirak edərək nail olub. Braziliyalı müdafiəçi görüşdə start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Otuz səkkiz yaş 244 günlüyündə olan Dani Kataloniya təmsilçisində rəsmi matçda oynayan ən yaşlı oyunçu olub.Klubun əvvəlki rekordçusu qapıçı Xose Pinto olub. O, "Barselona"nın heyətində son matçını 38 yaş 190 günlüyündə keçirib.Xatırladaq ki, Alves 2008-2016-cı illərdə də Kataloniya klubunda çıxış edib. Onun "Barselona" ilə hazırkı müqaviləsi bu mövsümün sonunadəkdir.xeber100.com  

Yanvar 6, 2022 9:19

“Venetsiya” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

İtaliyanın “Venetsiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.A Seriyası təmsilçisi Almaniyanın “Bayern” klubundan Mikael Kyuizansı heyətinə qatıb. Bu barədə “Venetsiya”nın mətbuat xidməti məlumat yayıb.Fransalı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.“Venetsiya” 22 yaşlı futbolçu üçün “Bayern”ə 5 milyon avro ödəyib.xeber100.com

Yanvar 4, 2022 2:08

İtaliyada şahmat festivalı start götürüb

İtaliyada şahmat festivalı start götürüb.Yarışın ən güclü A turnirində Azərbaycanın iki şahmatçısı – Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparırlar. Təmsilçilərimiz yarışa qələbə ilə başlayıblar. Belə ki, hər iki şahmatçımız birinci turda qalib olaraq aktivlərinə 1 xal yazdırıblar. A turnirində 30-u qrossmeyster olmaqla 124 şahmatçı mübarizə aparır.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.xeber100.com

Yanvar 3, 2022 6:54

Dünya futbol məşqçilərinin reytinq cədvəli açıqlanıb

Dünya futbol məşqçilərinin reytinq cədvəli açıqlanıb.Planetin ən yaxşı 500 mütəxəssisi arasında Azərbaycan bir məşqçi - "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov ilə təmsil olunub. Hesabında 1592 xal olan Q.Qurbanov 223-cü pillədə qərarlaşıb.Ağdam klubunun baş məşqçisi Ole-Qunnar Sulşer, Miçel, Raymond Domenek, Eusebio di Françesko, Murat Yakın, Aleksey Mixayliçenko, Ərtoğrul Sağlam, Viktor Qoncarenko, Miodraq Bojoviç, Valeri Karpin, Paulu Souza, Tomas Doll, Filippo İnzaqi kimi tanınmışları arxada qoyub.Qeyd edək ki, siyahının ilk üç pilləsində Pep Qvardiola (2194), Yurgen Klopp (2088) və Joze Mourinyo (2065) qərarlaşıblar.xeber100.com

Yanvar 3, 2022 6:52

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni ilin ilk ayı - yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.Dünya reytinqində ön sıralarda olan Şəhriyar Məmmədyarov (2767 xal) və Teymur Rəcəbovun (2753 xal) mövqeləri dəyişməyib. Ş.Məmmədyarov 9-cu, T.Rəcəbov isə 14-cü sırada yer alıblar.Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz var. Belə ki, Qədir Hüseynov (2661 xal) 77-ci, Rauf Məmmədov isə (2656 xal) 87-ci pillədə qərarlaşıblar.Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen (2865 xal) başçılıq edir. İkinci pillədə Fransanı təmsil edən gənc istedad Alireza Firuzca (2804 xal), üçüncü yerdə isə çinli Liren Dinq (2799 xal) yer alıblar.Qadınların reytinq cədvəlində isə ilk yüzlükdə şahmatçılarımız Günay Məmmədzadə 2470 xalla 24-cü, Gülnar Məmmədova (2387 xal) 68-ci, Xanım Balacayeva (2376 xal) 79-cu pillədə qərarlaşıblar.Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2610 xal) və hindistanlı Hampi Koneru (2586 xal) ilk üçlüyü tamamlayıblar.xeber100.com

Yanvar 3, 2022 6:51

Macarıstanın paytaxtı Budapeşt şəhərində beynəlxalq turnir başllayıb

Macarıstanın paytaxtı Budapeşt şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb.Yarışda Azərbaycanı təmsil edən Azər Mirzəyev liderliyə yüksəlib. Təmsilçimiz 7 turdan sonra rəqiblərini xeyli qabaqlayaraq birinci pillədə qərarlaşıb. Belə ki, onun ən yaxın izləyiciləri olan yerli idmançılar Vilmos Balint və Marcell Borhy 4,5 xala malikdirlər. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.xeber100.com

Yanvar 2, 2022 6:57
    Page 133 of 830« First«...102030...131132133134135...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az