Ölkə çempionatlarının açılış mərasimi keçirilib

Dekabrın 17-də qadın və kişi voleybolçular arasında ölkə çempionatlarının açılış mərasimi keçirilib.“Murov” idman klubunda təşkil olunan mərasimdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Federasiya prezidenti Cavid Qurbanov mərasimdə çıxış edərək ölkəmizdə və dünyada tüğyan edən koronavirus pandemiyasının bütün sahələrə, o cümlədən idmana, eləcə də voleybola təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, bu səbəbdən voleybol üzrə sonuncu ölkə çempionatı da yarımçıq dayandırılıb.Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Qələbədən söhbət açan C.Qurbanov bildirib: "Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük Qələbəyə imza ataraq tarixi torpaqlarını işğaldan azad edib. Torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq”.O, otuz ilə yaxın müddətdə ata-baba yurdunun həsrətini çəkən xalqımızın bu şanlı Zəfər sayəsində artıq doğma torpaqlarına qovuşduqlarını bildirib.Federasiya prezidenti yaxın gələcəkdə voleybolun inkişafı istiqamətində bir sıra işlərin görüləcəyini vurğulayıb.Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti Faiq Qarayev çıxışında son illərdə ölkəmizdə voleybolun inkişaf etdiyini bildirib. Qeyd edib ki, gələcəkdə regionlardan gənc və perspektivli voleybolçuların, eləcə də əcnəbi idmançıların oyunçuların cəlb olunması planlaşdırılır.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionat açıq elan olunub.Qeyd edək ki, mövsümə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start verilib. Daha sonra kişi voleybolçular meydana çıxacaqlar. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcəklər. Qarşılaşmalardan əvvəl çempionatların rəsmi açılış mərasimi təşkil olunacaq.Super Liqada “Murov” və “Abşeron” ilə yanaşı, “Azərreyl” və UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Express” və “Sərhədçi” komandaları qüvvələrini sınayacaqlar. Qadın voleybolçuların yarışı 6, kişilərin mübarizəsi 4 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək. Koronavirus pandemiyası ilə əlaqədar karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz keçiriləcək .Qeyd edək ki, dekabrda qadınlar və kişi voleybolçular arasında Birinci liqa yarışlarına da start veriləcək.xeber100.com

Dekabr 17, 2021 8:00

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək

Dekabrın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turuna start veriləcək.İlin sonuncu turu iki qarşılaşma ilə başlayacaq.Günün birinci matçı Qəbələdə keçiriləcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Meydan sahibləri 25 xalla ikinci, qonaqlar isə 21 xalla dördüncü pillədə qərarlaşıblar.Komandalar çempionatda 52 dəfə üz-üzə gəliblər. Bunların 16-da bölgə təmsilçisi, 24-də paytaxt klubu qələbə qazanıb. On iki qarşılaşmada heç-heçə qeydə alınıb. Top nisbətində də “ağ-qaralar”ın üstünlüyü var - 77:64. “Neftçi” 17 oyundur ki, rəqibi ilə görüşdə meydanı qolsuz tərk etmir. “Qəbələ” isə son on Premyer Liqa matçında “Neftçi”yə qalib gələ bilməyib.Günün ikinci oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi 12 xalla altıncı, paytaxt klubu 11 xalla yeddinci yerdədir. Çempionatdakı əvvəlki 36 görüşün 16-da qonaqlar, 10-da isə meydan sahibləri meydanı 3 xalla tərk edib. On qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də “Keşlə” üstündür - 51:37. Buna baxmayaraq, bu il ölkə kubokunun finalında “Sumqayıt”a qalib gələn komanda çempionatdakı son dörd matçda qələbə qazana bilmir. “Gənclik şəhəri” təmsilçisi isə evdəki 4 qarşılaşmada 3 xala həsrət qalıb.Tura dekabrın 16-da oynanılacaq “Səbail” – “Sabah” və “Qarabağ” – “Zirə” görüşləri ilə yekun vurulacaq.Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinə 30 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 25 xal olan “Qəbələ” ikinci, 22 xal olan “Zirə” üçüncü, bir xal az toplayan “Neftçi” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sabah” (14), “Sumqayıt” (12), “Keşlə” (11) və “Səbail” (10) yer alıblar.xeber100.com

Dekabr 15, 2021 12:56

7-ci beynəlxalq super turnir start götürəcək

Dekabrın 17-də Bakıda beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turnir start götürəcək.Səkkiz şahmatçının iştirakı ilə baş tutacaq turnir rapid və blits üzrə təşkil olunacaq. İndiyədək yarışda 14 ölkədən 28 şahmatçı qalib adı uğrunda mübarizə aparıb. Builki yarışda Macarıstan təmsilçisi Riçard Rapport debüt edəcək. 2017-ci ildə 13 yaş, 11 ay, 6 günlüyündə Macarıstan çempionu olan qrosmeyster “Vüqar Həşimov Memoralı-2021”in rapid yarışlarında 2750 əmsalla 8 şahmatçı arasında üçüncü, blits üzrə isə 2754 əmsalla dördüncüdür.R.Rapport ilə yanaşı, turnirdə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) qalib adı uğrunda yarışacaqlar.Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.xeber100.com

Dekabr 14, 2021 2:57