03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa Voleybol Konfederasiyasının məlumatına görə…

Qadın və kişi voleybolçulardan ibarət Azərbaycan milli komandaları Avropa Liqası yarışlarında mübarizə aparacaqlar.Bu barədə Avropa Voleybol Konfederasiyası (CEV) məlumat yayıb.Qadınlardan ibarət millimiz Qızıl Avropa Liqasında, kişilərdən ibarət komandamız isə Gümüş Avropa Liqasında gücünü yoxlayacaq.Yarışların 2022-ci ilin may-iyun aylarında keçiriləcəyi planlaşdırılır.xeber100.com

Dekabr 2, 2021 10:06

“Atalanta” futbol klubu baş məşqçisi ilə müqaviləni yeniləyib

İtaliyanın “Atalanta” futbol klubu baş məşqçisi Can Pyer Qasperini ilə müqaviləni yeniləyib.63 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin yayınadək uzadılıb.Qeyd edək ki, italyan məşqçi 2016-cı ildən A seriyası təmsilçisində çalışır. Onun komandası hazırda A seriyasında 31 xalla 4-cüdür.xeber100.com  

Dekabr 1, 2021 10:21

İspaniyanın “Levante” klubu baş məşqçisi ilə yolları ayırıb

İspaniyanın “Levante” klubu baş məşqçisi Xavier Pereyra ilə yolları ayırıb.Bu barədə klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.Əlli beş yaşlı ispaniyalı çalışdırıcı uğursuz çıxışların ardından bu postundan gedib. Pereyra bu ilin oktyabrından “Levante”yə rəhbərlik edirdi.Qeyd edək ki, mütəxəssisin rəhbərliyi altında "Levante" La Liqada oynadığı 7 matçın 4-də məğlub olub, 3 oyunda isə heç-heçə edib.xeber100.com

Dekabr 1, 2021 10:19

Argentina millisinin sabiq futbolçusu məşqçiliyə başlayıb

Argentina millisinin sabiq futbolçusu Xavyer Maskerano məşqçiliyə başlayıb.“Barselona” və “Liverpul”un keçmiş yarımmüdafiəçisi ölkəsində fəaliyyət göstərəcək. Otuz yeddi yaşlı mütəxəssis Argentinanın 20 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi təyin olunub. Fernando Batista Venesuela yığmasının baş məşqçisi postuna gətirilən Xose Pekermanın məşqçilər korpusuna daxil olduğundan, U-20 millisi Maskeranoya tapşırılıb.Qeyd edək ki, Xavyer Maskerano ötən ilin noyabrında “Estudiantes”in heyətində karyerasını başa vurub.xeber100.com

Dekabr 1, 2021 10:17

“Bavariya” klubunun futbolçusu ilin hücumçusu seçilib

Polşa millisinin və Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski ilin hücumçusu seçilib.32 yaşlı forvard 2021-ci ildə vurduğu 53 qolla bütün rəqiblərini qabaqlayıb.xeber100.com

Noyabr 30, 2021 11:13

“France Football” nəşri “Qızıl top” mükafatının qalibini müəyyənləşdirib

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.Bu mükafata Fransanın “Paris Sen-Jermen” klubunun hücumçusu Lionel Messi layiq görülüb.xeber100.com

Noyabr 30, 2021 11:11

Taekvondo üzrə Azərbaycan birinciliyi start götürüb

Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi start götürüb.Azərtac xəbər verir ki, yarışda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edirlər. Belə ki, turnirdə 372 taekvondoçu mübarizə aparır. Onlardan 281-i oğlan, 91-i isə qızdır.Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə keçirilir.Turnir iki gün davam edəcək.xeber100.com

Noyabr 30, 2021 11:07

İspaniya La Liqasının növbəti turu çərçivəsində

İspaniya La Liqasının növbəti turu çərçivəsində “Real Madrid”in “Sevilya”nı 2:1 hesabı ilə məğlub etdiyi oyun madridlilərin fransalı hücumçusu Kərim Benzema üçün əlamətdar olub.Həmin oyunda karyerasında 361-ci dəfə fərqlənən Benzema ən çox qol vuran fransalı futbolçu kimi tarixə düşüb. O, 360 qolla indiyədək bu rekordun sahibi olan Tyeri Anrini geridə qoyub.Benzema bununla bağlı tviterdəki paylaşımında Fransanın ən yaxşı bombardiri olması ilə fəxr etdiyini bildirib.xeber100.com

Noyabr 29, 2021 11:18

“Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib

“Mançester Yunayted” klubunun yeni baş məşqçisi müəyyənləşib.Ule Qunnar Sulşerin istefasından sonra klubun baş məşqçisi vəzifəsinə almaniyalı Ralf Ranqnik gətirilib.Rusiyanın “Lokomotiv” klubunun idman və inkişaf şöbəsinin rəhbəri olmuş 63 yaşlı mütəxəssis ilə mövsümün sonunadək müqavilə imzalanıb. Müqavilənin müddəti başa çatandan sonra Ralf Ranqnik İngiltərə klubunda daha iki il müddətində məsləhətçi kimi fəaliyyətini davam etdirəcək.Xatırladaq ki, Ralf Ranqnik bu ilin fevralında “Lokomotiv” ilə əməkdaşlıq etməyə başlayıb. Birinci yarımildə klubun məsləhətçisi olan mütəxəssis sonradan idman və inkişaf şöbəsinin rəhbəri olub.xeber100.com  

Noyabr 29, 2021 11:16

Klublararası dünya çempionatının püşkü atılıb

2022-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə ilk üç mərhələdə, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.UEFA Çempionlar Liqasının son qalibi olan İngiltərənin "Çelsi" klubu və Libertadores Kubokunun son sahibi Braziliyanın "Palmeyras" komandası mübarizəyə yarımfinal mərhələsindən başlayacaq.Püşkatma tam olaraq aşağıdakı kimidir: I mərhələ 1. "Əl-Cəzirə" (Birləşmiş Ərəb Əmirlikləri) - "Oklend Siti" (Yeni Zelandiya) II mərhələ 2. "Əl-Əhli" (Misir) - "Monterrey" (Meksika) III mərhələ 3. "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) - 1-ci cütün qalibi Yarımfinal 4. "Palmeyras" (Braziliya) - 2-ci cütün qalibi 5. 3-cü cütün qalibi - "Çelsi" (İngiltərə) Qeyd edək ki, klublararası dünya çempionatı fevralın 3-dən 12-dək keçiriləcək. Oyunların dəqiq tarixi hələlik bəlli deyil. Turnirin son qalibi Almaniyanın "Bavariya" klubudur.xeber100.com

Noyabr 29, 2021 11:15
    Page 141 of 830« First«...102030...139140141142143...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az