03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Beynəlxalq Cüdo Federasiyasının məlumatı əsasında…

Cüdo ölkələrindən biri olan Braziliya komandasının noyabrın 5-7-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, paytaxtımızdakı turnirdə Braziliyanı 16 (9 kişi, 7 qadın) cüdoçu təmsil edəcək. Komandanın heyətində Bakıda 2019-cu ildə keçirilmiş oxşar yarışda qadınlar arasında 57 kiloqram çəki dərəcəsində qızıl medal qazanmış Rafaela Silva da yer alıb. R.Silva ilə yanaşı, bir sıra nüfuzlu yarışların qalib və mükafatçıları Erik Takabatake (66 kq), Qabriel Falkao (73 kq), İgor Morşigue (90 kq), Rafaela Batista (48 kq), Cessika Pereira (57 kq), Qabriella Moraes (63 kq) kimi cüdoçular da “Böyük dəbilqə”də iştirak etmək üçün Bakıya gələcəklər.Qeyd edək ki, turnirdə indiyədək 31 ölkədən 200-dən çox cüdoçu iştirakını təsdiqləyib.xeber100.com

Oktyabr 28, 2021 3:02

Taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub

Oktyabrın 25-27-də taekvondo üzrə məşqçi-müəllimlər üçün seminar təşkil olunub.Azərtac xəbər verir ki, onlayn formatda keçirilən seminar Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, texniki direktor Oh Kvanq Çeolun rəhbərliyi ilə Etibar İbrahimov, Ramal Camalov, Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, Elnur Amanov və Gündüz Abdullayev tərəfindən təşkil edilib.Seminarın ilk günündə Etibar İbrahimov və Ramal Camalov iştirakçıları poomse, sonrakı günündə Ələkbər İmaməliyev, Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və Elnur Amanov döyüş qaydaları, üçüncü günündə isə Gündüz Abdullayev hakimlik qaydaları ilə tanış ediblər.xeber100.com

Oktyabr 27, 2021 2:59

Oktyabrın 27-də “Grand Swiss-2021” turniri start götürüb

Oktyabrın 27-də Riqada kişilər və qadınlar arasında nüfuzlu “Grand Swiss-2021” turniri start götürüb.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçiriləcək turnirdə kişilərin yarışında 108, qadınlar kateqoriyasında isə 50 şahmatçı mübarizəyə qoşulub. Yarışda kişi şahmatçılarımız Rauf Məmmədov, Nicat Abasov, Vasif Durarbəyli, Aydın Süleymanlı iştirak edəcəklər. On bir turdan ibarət turnirin reytinq favoriti ABŞ təmsilçisi Fabiano Karuanadır.“Grand Swiss-2021” turnirinə noyabrın 7-də yekun vurulacaq.xeber100.com

Oktyabr 27, 2021 2:57

“Sabah” futbol klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb

Bakının “Sabah” klubu hücumçu Petar Şkuletiçlə yollarını ayırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, serbiyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Futbolçunun şəxsi məsələləri ilə bağlı klubdan ayrılmaq istəyinə müsbət cavab verilib.Şkuletiçə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.Qeyd edək ki, Bakı təmsilçisi Petar Şkuletiç ilə sentyabrın 14-də ikiillik müqavilə bağlanılmışdı.xeber100.com

Oktyabr 27, 2021 2:54

Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında noyabrın 5-də start götürəcək Avropa çempionatı üçün Azərbaycan komandası heyətini açıqlanıb.Azərtac xəbər verir ki, gənclər arasında keçiriləcək qitə çempionatında ümumilikdə 8 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tckayev, Məhərrəm İmamverdiyev (81 kq), İmran Yusifov (+100 kq) iştirak edəcəklər. Qadınların turnirində isə təmsilçilərimiz Aydan Vəliyeva, Ramilə Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) yarışacaqlar.Noyabrın 7-dək davam edəcək yarışda 39 ölkədən 300-dən çox cüdoçu iştirakını təsdiqləyib.xeber100.com  

Oktyabr 27, 2021 2:52

Futbol üzrə Türkiyə çempionatının X turu çərçivəsində

Futbol üzrə Türkiyə çempionatının X turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Qalatasaray”ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 35-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Aleksandru Cicaldau açıb. Lakin meydan sahiblərinin futbolçusu Kayl Larin 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Matçın 64-cü dəqiqəsində K.Larin komandasının və özünün ikinci qolunu vuraraq "Beşiktaş"ın qələbəsini rəsmiləşdirib.Beləliklə, İstanbul derbisində "Beşiktaş" doğma meydanda "Qalatasaray"ı 2:1 hesabı ilə məğlub edib.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 24 xalla "Trabzonspor" başçılıq edir. Ondan dörd xal geri qalan "Hatayspor" və "Fənərbağça" klubları müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

Oktyabr 26, 2021 3:03

Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 26-da Malta yığması ilə qarşılaşıb.Azərtac xəbər verir ki, "ASK Arena"da keçirilmiş oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.Millimizin qolunu 90-cı dəqiqədə Vüsalə Seyfəddinova vurub.Qeyd edək ki, millimiz daha əvvəl Danimarka (0:8), Rusiya və Monteneqroya (hər iki oyun 0:2) məğlub olub.xeber100.com

Oktyabr 26, 2021 3:01

Kişi boksçular arasında dünya çempionatı davam edir

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin iki üzvü yarışa qələbə ilə başlayıb. Belə ki, boksçumuz Malik Həsənov (63,5 kq) otuz ikidəbir final mərhələsi çərçivəsində Xuan Reyes Donislə (Qvatemala) üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin qələbəsi ilə yekunlaşıb.M.Həsənov on altıdabir finalda ilk görüşdən azad olan Ovannes Baçkovla (Ermənistan) qarşılaşacaq.Digər boksçumuz 51 kiloqram çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə on altıdabir finalda monqolustanlı Enxmandağ Xarxuunu məğlub edərək adını səkkizdəbir finala yazdırıb. Onun bu mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq.Ölkəmiz dünya çempionatında 9 boksçu ilə təmsil olunur.xeber100.com

Oktyabr 26, 2021 2:59

Zəfər Gününə həsr olunmuş şahmat turniri start götürəcək

Noyabrın 6-da Vüqar Həşimov Şahmat Akademiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş şahmat turniri start götürəcək.Azərtac xəbər verir ki, beynəlxalq reytinq xarakterli yarış Vüqar Həşimov Şahmat Akademiyasında keçiriləcək. Yarışın nəticələrinə uyğun olaraq şahmatçılar FIDE reytinqlərini artırmaqla bərabər, idman ustalığına namizəd, 1, 2, 3 və 4-cü idman dərəcələrinin normalarını da yerinə yetirmək imkanı qazanacaqlar.İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq.Turnirə noyabrın 14-də yekun vurulacaq.xeber100.com

Oktyabr 25, 2021 3:09

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub

Oktyabrın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son matçında "Qarabağ" klubu "Səbail"in qonağı olub. "ASCO Arena"dakı oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.Qarşılaşmada hesab 32-ci dəqiqədə açılıb. Nikolas Raysel "dənizçilər"i önə keçirib. On dəqiqə sonra Mirsayib Abbasov fərqi 2 topa çatdırıb. Matçın 65-ci dəqiqəsində qonaqların braziliyalı yarımmüdafiəçi Kadi Borges topu künc nöqtəsindən birbaşa qapıya göndərməklə baxımlı qola imza atıb. Matçda son nöqtəni isə Turan Manafov qoyub. O, əsas vaxta əlavə olunmuş 1-ci dəqiqədə cərimə zərbəsindən əla qolla yekun hesabı müəyyənləşdirib.Bu, "Qarabağ"ın cari mövsümdə ilk məğlubiyyəti olub. Həmçinin "köhlən atlar"ın 16 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.Bu nəticədən sonra "Qarabağ" 17 xalla liderliyini qoruyub. Xallarını 9-a çatdıran "Səbail" isə 5-ci pilləyə yüksəlib.Qeyd edək ki, ilk oyun günündə "Sabah" evdə "Sumqayıt"a 3:0, "Qəbələ" səfərdə "Keşlə"yə 3:2 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan matçda isə "Neftçi" klubu "Zirə"ni məğlub edib - 2:1.xeber100.com

Oktyabr 25, 2021 3:07
    Page 149 of 830« First«...102030...147148149150151...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az