05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Avropa çempionatı start götürəcək

Noyabrın 12-də Sloveniyada komandalar arasında şahmat üzrə Avropa çempionatı start götürəcək.Kişilərin yarışında Azərbaycan yığmasının heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abasov çıxış edəcəklər. Qadınlar arasında turnirdə komandamızın tərkibində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva mübarizə aparacaqlar.Avropa çempionatında kişilərin yarışında 18, qadınların mübarizəsində isə 30 komanda iştirak edəcək.Kişilər arasında Azərbaycan komandası reytinq üzrə ikinci sırada qərarlaşıb. Turnirin reytinq favoriti isə Rusiya komandasıdır.Çempionata noyabrın 21-də yekun vurulacaq.xeber100.com

Oktyabr 14, 2021 12:44

Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

Oktyabrın 15-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında Avropa çempionatı start götürəcək.Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.Yığmamız çempionata baş məşqçi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 9 boksçu ilə yollanıb. Yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Kamil Babayev (54 kq), Tacı Tağızadə (57 kq), Zaur Qəhrəmanov (60 kq), Qulu Quliyev (63,5 kq), Nicat Qurbanov (71 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) qüvvələrini sınayacaqlar.Budvada Fuad Aslanov isə hakim kimi ədaləti qoruyacaq.Qeyd edək ki, bu gün səfərə çıxan komandamız oktyabrın 24-də Bakıya qayıdacaq.xeber100.com

Oktyabr 13, 2021 2:54

XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb

XXI əsrdə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb.“Transfermarkt” portalının hazırladığı siyahıda ilk beşliyin birinci pilləsində Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo qərarlaşıb. Belə ki, o, indiyədək 58 het-trik edib.Lionel Messi (55 het-trik), Luis Suares (29 het-trik), Robert Levandovski (26 het-trik) və Neymar (20 het-trik) ilk beşlikdə qərarlaşıblar.xeber100.com

Oktyabr 13, 2021 2:52

“Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində

Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.Azərtac xəbər verir ki, şahmatçımız Vüqar Rəsulov 8,5 xalla 9-cu yeri tutub. Digər şahmatçımız Azər Mirzəyev isə 7,5 xalla 37–ci pillədə qərarlaşıb.Turnirin qalibi isə 9,5 xalla niderlandlı Jorden Van Forrest olub.xeber100.com

Oktyabr 13, 2021 2:50

UEFA Konfrans Liqasının ikinci turunda ən yaxşı qollar açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin ikinci turunda vurulan ən yaxşı qolları açıqlayıb.Ağdamın “Qarabağ” klubunun futbolçusu Kadi Borgesin Kiprdə “Omoniya”ya vurduğu hər iki qol ən yaxşılar siyahısında yer alıb.Daha əvvəl 24 yaşlı braziliyalının 52-ci dəqiqədəki uzun məsafədən dəqiq zərbəsini azarkeşlər həftənin ən yaxşı qolu adına layiq görüblər.Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.xeber100.com

Oktyabr 13, 2021 2:49

Peşəkar Futbol Liqasının məlumatı əsasında…

Futbol üzrə Azərbaycan kuboku yarışlarının 2021-2022-ci il mövsümünün iştirakçıları müəyyənləşib.Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaqlar.Ölkə kuboku yarışlarının püşkatma mərasimi noyabrın 10-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq və pandemiya qaydalarına riayət olunmaqla baş tutacaq.xeber100.com    

Oktyabr 12, 2021 7:21

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda Serbiya - Azərbaycan oyunu başlayıb.“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu Belçikadan olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erik Lambrextsdir. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edirlər. Dördüncü hakim funksiyasını Natan Verbumen yerinə yetirir.Matçın VAR hakimi Laurens Visser, onun köməkçisi Conatan Landotdur.Serbiya millisinin start heyətində Predraq Raykoviç, Miloş Velkoviç, Matiya Nastasiç, Luka Yoviç, Stefan Mitroviç, Saşa Lukiç, Filip Kostiç, Duşan Vlahoviç, Sergey Milinkoviç-Saviç, Marko Qruyiç və Darko Lazoviç yer alıblar.Yığmamızın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Maksim Medvedev, Emin Mahmudov, Renat Dadaşov, Abbas Hüseynov, Anton Krivotsyuk, Filip Ozobiç və Araz Abdullayev çıxıblar.Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.xeber100.com

Oktyabr 12, 2021 6:58

Azərbaycan Futzal Federasiyasının məlumatı

Futzal üzrə Yüksək Liqanın üçüncü turunun oyun cədvəli açıqlanıb.Azərbaycan Futzal Federasiyası xəbər verir ki, oktyabrın 15-də keçiriləcək turun qarşılaşmaları “Olimpik Star”da təşkil olunacaq.Tur çərçivəsində “Xilə” - EKOL, “Record club” – “Baku Fire”, “Neftçi” – “Alyans” və U-19 - Araz-Naxçıvan” matçları təşkil olunacaq.Hesabında 6 xal EKOL, “Araz-Naxçıvan” və “Baku Fire” komandaları turnir cədvəlinin ilk üç pilləsində yer alıblar. “Record club” və “Xilə” 3 xalla 4-5-ci pilləni bölüşürlər. U-19, “Alyans” və “Neftçi” klublarının hesabında xal yoxdur.xeber100.com

Oktyabr 11, 2021 8:47

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.Müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın "Sassuolo" klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.xeber100.com

Oktyabr 11, 2021 8:01

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq İsrail komandasının heyəti açıqlanıb. Belə ki, qadınların turnirində Şira Rişoni (48 kq), Gefen Primo (52 kq), Kerem Primo (57 kq), İnbal Şemeş (63 kq), İnbar Lanir (78 kq) və Raz Herşko (+78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, indiyədək “Böyük dəbilqə” turnirində 12 ölkədən 56 idmançının iştirakı təsdiqlənib. Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com

Oktyabr 11, 2021 7:59
    Page 152 of 830« First«...102030...150151152153154...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az