11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.Müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın "Sassuolo" klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.xeber100.com

Oktyabr 11, 2021 8:01

Beynəlxalq Cüdo Federasiyasının məlumatına görə…

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq İsrail komandasının heyəti açıqlanıb. Belə ki, qadınların turnirində Şira Rişoni (48 kq), Gefen Primo (52 kq), Kerem Primo (57 kq), İnbal Şemeş (63 kq), İnbar Lanir (78 kq) və Raz Herşko (+78 kq) mübarizə aparacaqlar.Qeyd edək ki, indiyədək “Böyük dəbilqə” turnirində 12 ölkədən 56 idmançının iştirakı təsdiqlənib. Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.xeber100.com

Oktyabr 11, 2021 7:59

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Polşa – San-Marino oyunu meydan sahiblərinin qapıçısı Lukaş Fabianski üçün əlamətdar olub.AZƏRTAC xəbər verir ki, 36 yaşlı qapıçı Polşa millisinin heyətində vida matçını keçirib. O, bu oyuna start heyətdə başlayıb və 67-ci dəqiqədə əvəzlənib. Qarşılaşma Polşanın 5:0 hesablı qələbəsi ilə başa çatıb.Hazırda İngiltərənin “Vest Hem” komandasının uğurları üçün çalışan Fabianski Polşa yığmasında 57 oyun keçirib. O, daha əvvəl ölkəsində “Lex” və “Legiya” klublarının, həmçinin İngiltərədə “Arsenal” və “Suonsi Siti”nin də formasını geyinib.xeber100.com

Oktyabr 11, 2021 7:55

Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib

Oktyabrın 10-da Formula 1 Türkiyə Qran-Prisinin qalibi müəyyənləşib.“İstanbul-Park” avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında “Mercedes”in pilotu Valtteri Bottas birinci olub. İlk üçlüyü “Red Bull Racing”in pilotları Maks Ferstappen və Serxio Peres tamamlayıblar.V.Bottas mövsümdə birinci, karyerasında isə onuncu qələbəsini qazanıb. Türkiyə Qran-Prisi Formula 1 tarixinə düşüb. Belə ki, yarışın tarixində 12-ci dəfədir ki, bütün pilotlar yarışı başa vurmağı bacarıblar.Beləliklə, Formula 1 üzrə dünya çempionatının Avropa mərhələsinə yekun vurulub.Pilotların siyahısına 262,5 xalla M.Ferstappen başçılıq edir. Luis Hamilton ("Mercedes") 256,5 xalla ikinci, V.Bottas isə 177 xalla üçüncü pillədə yer alıb.Konstruktorlar kubokunda "Mercedes" 433,5 xalla birincidir. Hesabında 397,5 xal olan "Red Bull Racing" ikinci, "McLaren" isə 240 xalla üçüncü yerdə qərarlaşıb.Növbəti yarış iki həftə sonra ABŞ-da təşkil olunacaq.Qeyd edək ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.xeber100.com

Oktyabr 10, 2021 9:00

Güləş üzrə dünya çempionatının səkkizinci yarış günündə

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Səkkizinci yarış günündə - oktyabrın 9-da 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.Bu gün millimizin 3 güləşçisi xalçaya çıxacaq. Belə ki, Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ idmançısı Peyton Omaniya, İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.xeber100.com

Oktyabr 9, 2021 12:38

Milli komandaların tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb

UEFA-ya üzv olan ölkələrin milli komandalarının tarixinin ən gənc futbolçularının siyahısı açıqlanıb.Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 55 yığmanın hər birinin rekordçusunu təqdim edib.Azərbaycan millisi də siyahıda yer alıb. Komandamızın mütləq rekordçusu Araz Abdullayevdir. Yarımmüdafiəçinin millidəki debütü 16 yaş 172 günlüyündə gerçəkləşib. 2008-ci il oktyabrın 11-də ilk dəfə milli forma geyinən futbolçu iki gündən sonra yığma karyerasının 13 illiyini tamamlayacaq.Azərbaycan millisi debütantının gəncliyinə görə Avropada 13-cüdür. Yəni yalnız 12 yığmada daha gənc oyunçular olub.Avropa rekordu serbiyalı Antun Rudinskiyə məxsusdur. O, 15 yaş 32 günlüyündə milli forma geyinib.Serbiyadan başqa, Şimali İrlandiya, Macarıstan, Lüksemburq, Norveç, Çexiya, Belçika, Türkiyə, Yunanıstan, İtaliya, Ermənistan və Andorrada da daha gənc debütant olub.xeber100.com

Oktyabr 9, 2021 12:36

Azərbaycan milli komandası növbəti oyununu keçirib

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də növbəti oyununu keçirib.Sumqayıtdakı “Kapital Bank Arena”da Finlandiya yığması ilə qarşılaşan millimiz meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.U-21-in heyətində 86-cı dəqiqədə Rauf Hüseynli fərqlənib.Millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 12-də Sumqayıtda “Kapital Bank Arena”da Xorvatiya yığmasına qarşı keçirəcək.xeber100.com

Oktyabr 9, 2021 12:32

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan və İrlandiya milli komandaları qarşılaşacaqlar.Saat 20:00-da başlayacaq oyun “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Espen Eskas olacaq. Ona Kim Thomas Haglund və Oystein Ytterland kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kai Erik Steen yerinə yetirəcək.Matçın VAR hakimi Abdulkadir Bitigen, köməkçi hakim isə Ali Palabıyık (hər ikisi Türkiyə) olacaq.Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 2 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.xeber100.com

Oktyabr 9, 2021 12:27

“Mançester Yunayted” klubunun hücumçusu ən yaxşı oyunçu seçilib

“Mançester Yunayted” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sentyabrda İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.Azərtac xəbər verir ki, Ronaldo Premyer Liqada keçirdiyi 3 oyunda 3 qol vurduğuna görə bu ada layiq görülüb. Otuz altı yaşlı hücumçu bu nominasiyada Joao Kanselo (“Mançester Siti”), Antonio Rudiger (“Çelsi”), Məhəmməd Salah (“Liverpul”), Allana Sent-Maksimin (“Nyukasl”) və İsmaila Sarrı (“Uatford”) qabaqlayıb.Xatırladaq ki, Ronaldo Premyer Liqada beşinci, “Mançester Yunayted”ə qayıdışından sonra isə ilk dəfə bu mükafata sahib olur.xeber100.com

Oktyabr 8, 2021 12:52

Osloda güləş üzrə dünya çempionatı davam edir

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir. Mundialın sonuncu 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.Oktyabrın 6-da püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Murad Məmmədov (60 kq) Kriştian Keçkemeti (Macarıstan), Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ təmsilçisi Peyton Omaniya (ABŞ), Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya), Sənan Süleymanov (77 kq) Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) Ranet Kaljola (Estoniya), İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze, Murad Lokyayev (97 kq) İsveç idmançısı Pontus Lund, Beka Kandelaki (130 kq) isə çexiyalı Stepan David ilə qarşılaşacaq.Qeyd edək ki, oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalçaya çıxacaqlar. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.xeber100.com

Oktyabr 6, 2021 3:14
    Page 154 of 831« First«...102030...152153154155156...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az