11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər

Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər.Azərtac xəbər verir ki, şahmatçımız Vüqar Rəsulov 8,5 xalla 13-cü yeri tutub. Digər şahmatçılarımız Murad İbrahimli və Xəzər Babazadə 8 xal toplayıblar.Turnirin qalibi isə 9,5 xalla ABŞ təmsilçisi Kristofer Yu olub.xeber100.com

Oktyabr 6, 2021 3:12

İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşmasında

Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.Qələbə sayəsində xallarının sayını 17-yə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cu yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var.Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaqlar.xeber100.com

Oktyabr 3, 2021 7:09

“Champions Chess Tour”un 8-ci turunun oyunları keçiriləcək

Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək. 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.Qeyd edək ki, ötən turun nəticələrinə görə Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.xeber100.com

Oktyabr 3, 2021 7:07

Osloda güləş üzrə dünya çempionatı davam edir

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.Mundialın üçüncü günündə - oktyabrın 4-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçimiz çempionatda çıxış edəcək. Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) Osloda xalçaya çıxacaqlar.Oktyabrın 3-də keçirilən püşkatma mərasimindən sonra qadın güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, T.Nəsirova Nataliya Varakina, A.Kolesnik Kristina Sazıkina (hər ikisi Belarus), E.Manolova isə fransalı Koumba Larrok ilə qarşılaşacaq.Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyur.xeber100.com

Oktyabr 3, 2021 7:05

“YARAT” Müasir İncəsənət Məkanı proqramını uğurla davam etdirir

“YARAT” Müasir İncəsənət Məkanı “ART könüllü” proqramını uğurla davam etdirir.Proqram müxtəlif layihələrdə iştirak etməklə yanaşı, təsviri incəsənət, teatr, kino, musiqi və digər sahələr üzrə təcrübə qazanmaq üçün əlverişli imkan yaradır.Təcrübə dövrü 3 ay olan proqramın iş qrafiki həftədə 2 dəfə olmaqla, 4 saat çəkir.Proqramda 18-35 yaş arası namizədlər iştirak edə bilər. Namizədlərin Azərbaycan dili ilə yanaşı, ən azı bir xarici dil (ingilis, rus və s.) bilməsi vacibdir.xeber100.com

Oktyabr 2, 2021 7:28

Futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının oktyabrın 1-dən 12-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.Millimiz hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Yığmamız oktyabrın 8-də və 11-də qırğızıstanlı yaşıdları ilə qarşılaşacaq. Millimizin heyətinə Eldar Tağızadə (“Clermont Foot”, Fransa), Həsən Həsənli (“Qəbələ”), Rza Cəfərov, Hüseyn Babayev (“Neftçi”), Mirəli Əhmədov (“Sabah”), Xəyal Səmədov (“Qəbələ”), Rəşad Həsənov (“Keşlə”), İbrahim Ramazanov (“Qəbələ”), David Orucov (“Neftçi”), Nihad Ağayev (“Sumqayıt”), Nikita Pesotski (“Stroqino”, Rusiya), Rauf Rüstəmli, Gülağa Əsədov (“Qəbələ”), Seymur Məmmədov, Xəyal Əliyev (“Sabah”), Məhəmməd Səfərov (“Zirə”), Vüsal Qənbərov, Kamal Kazımov (“Keşlə”), Mahmud Ağayev (“Zirə”), Cavanşir Şahbazlı (“Neftçi”), Yusuf Oral (“Beşiktaş”, Türkiyə), Ege Bilsel (“Antalyaspor”, Türkiyə), Mehrac Baxşəli (“Qəbələ”) və Mirmövsüm Canıyev (“Qarabağ”) dəvət olunublar.xeber100.com

Oktyabr 1, 2021 2:48

UEFA Avropa Liqasının ikinci turun oyunlarına yekun vurulub

Sentyabrın 30-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turun oyunlarına yekun vurulub.Türkiyə təmsilçisi "Qalatasaray"ın Fransada "Marsel"lə oyununa təsadüf edib. Görüş qolsuz yekunlaşıb. Bununla da "sarı-qırmızılar" xallarını 4-ə çatdıraraq, vahid liderə çevriliblər. Qrupun digər matçında "Latsio" İtaliyada Rusiya "Lokomotiv"i üzərində inamlı qələbə qazanıb.xeber100.com

Oktyabr 1, 2021 2:46

Azərbaycan Premyer Liqasının hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının VI turunun üç oyunu üçün hakim təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, bu gün keçiriləcək “Zirə” – “Sumqayıt” matçının baş hakimi Rauf Cabbarov olacaq. Oktyabrın 2-də “Keşlə” – “Sabah” qarşılaşmasını Rəşad Əhmədov, “Səbail” – “Neftçi” oyununu isə FIFA referisi Vüqar Həsənli idarə edəcəklər. Görüşlər müvafiq olaraq saat 19:30-da, 17:00-da və 19:15-də baş tutacaq.Turun digər görüşündə - oktyabrın 3-də “Qarabağ” öz meydanında “Qəbələ”ni qəbul edəcək.xeber100.com

Oktyabr 1, 2021 2:41

Şahmat üzrə açıq çempionat davam edir

Bolqarıstanın Plovdiv şəhərində gənclər (U-21) arasında şahmat üzrə açıq çempionat davam edir.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçıları Vüqar Əsədli, Məhəmməd Muradlı və Nail Bəşirli 6 turdan sonra 4,5 xalla 3-8-ci yerləri bölüşürlər. Digər şahmatçımız Gövhər Beydullayeva 2,5 xalla 35-ci sıradadır.İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.xeber100.com

Oktyabr 1, 2021 2:38

“Bavariya” klubunun futbolçusu tarixi nailiyyətə imza atıb

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında tarixi nailiyyətə imza atıb.Xarici KİV xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinin ikinci turunda “Bavariya”nın “Dinamo Kiyev” komandasını 5:0 hesabı ilə məğlub etdiyi görüş polşalı hücumçu üçün əlamətdar olub. Qarşılaşmada dubl edən Robert Levandovski turnirdə meydana çıxdığı görüşlərdə ardıcıl 18 qələbə qazanan ilk futbolçu kimi tarixə düşüb.Hazırda 6 xalla E qrupuna liderlik edən “Bavariya” qrup mərhələsinin birinci turunda səfərdə “Barselona”nı 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Komanda üçüncü turda Portuqaliyada “Benfika”nın qonağı olacaq.xeber100.com

Sentyabr 30, 2021 2:05
    Page 155 of 831« First«...102030...153154155156157...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az