11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmatçılar arasında dörddəbir final mərhələsi start götürəcək

Sentyabrın 30-da İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının dörddəbir final mərhələsi start götürəcək.Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda qrup oyunlarını birinci yerdə başa vurmuş Gürcüstan komandası ilə qarşılaşacaq.Azərbaycan komandası dörddəbir finala vəsiqəni qrup oyunlarında 4 xal toplayaraq əldə edib.Dörddəbir finalın digər oyunlarında ABŞ - Rusiya, Ukrayna - Ermənistan və Hindistan - Qazaxıstan qarşılaşmaları keçiriləcək. Dünya çempionatına oktyabrın 3-də yekun vurulacaq.xeber100.com

Sentyabr 30, 2021 2:02

“Champions Chess Tour”un beşinci turunun oyunları keçirilib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.xeber100.com

Sentyabr 29, 2021 2:16

“Champions Chess Tour”un final mərhələsinin oyunları keçiriləcək

Bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin dördüncü turunun oyunları keçiriləcək.Yarışda Azərbaycanı qrosmeysterlərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər. Dördüncü turda Ş.Məmmədyarov fransala Maksim Vaşe-Laqrav, T.Rəcəbov polşalı Yan-Kşiştov Duda ilə mübarizə aparacaqlar.Qeyd edək ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.xeber100.com

Sentyabr 28, 2021 3:21

UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb

AFFA-nın Futbol akademiyasında UEFA-nın B kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.Sentyabrın 30-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov və Osman Rəhimovun iştirakı ilə keçirilir.Kursun ikinci mərhələsi oktyabrın 18-21-də, üçüncü mərhələsi noyabrın 8-11-də, dördüncü mərhələsi isə dekabrın 13-24-də keçiriləcək.xeber10

Sentyabr 28, 2021 3:19

Futbol üzrə Kipr çempionatında dördüncü turun oyunları keçirilib

Futbol üzrə Kipr çempionatında dördüncü turun oyunları keçirilib. UEFA Avropa Konfrans Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Omoniya” da növbəti matçına çıxıb.Komanda doğma meydanda “Pafos”la qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.“Omoniya” 4 turdan sonra 4 xalla 12 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.“Qarabağ”ın “Omoniya” ilə ilk oyunu sentyabrın 30-da səfərdə, ikinci qarşılaşması isə noyabrın 25-də Bakıda baş tutacaq.xeber100.com  

Sentyabr 27, 2021 3:41

Şahmatçılar arasında dünya çempionatı start götürür

Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatı start götürür.Turnirdə iki turun oyunları keçiriləcək. Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı Azərbaycan komandası birinci turda Hindistan yığması ilə mübarizə aparacaq. İkinci turda isə yığmamız Ermənistan komandası ilə üz-üzə gələcək.Dünya çempionatı oktyabrın 3-dək davam edəcək.xeber100.com

Sentyabr 27, 2021 3:39

Sloveniyanın paytaxtında Avropa voleybol qalası təşkil olunub

Sloveniyanın paytaxtı Lyublyanada Avropa voleybol qalası təşkil olunub.Tədbirdə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin üzvü, Azərbaycan Voleybol Federasiyasının (AVF) baş katibi Cəlil Cəfərov iştirak edib.Qalada 2022-ci ildə qadın və kişi voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Püşkatma mərasimində qruplar isveçrəli voleybol ulduzu Coana Haydrix və italiyalı Paola Eqonunun köməyi ilə müəyyən olunub.xeber100.com  

Sentyabr 27, 2021 3:38

Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə

Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə ilk qolsuz oyun keçirilib. Bu, V tura təsadüf edib. Turun ikinci günündəki “Sumqayıt” – “Qəbələ” görüşü 0:0 hesabı ilə başa çatıb. Cari mövsümün əvvəlki 19 qarşılaşmasında 4 bərabərlik qeydə alınsa da, onların üçündə 1:1, birində 2:2 hesabına təsadüf olunub. Ölkə çempionatları tarixində bir dəfə 0:0 hesabı daha gec qeydə alınıb. Bu, 2003/2004-cü il mövsümünə təsadüf edib. Həmin vaxt ilk qolsuz matç VI turda gerçəkləşib. 2018/2019-cu və 2019/2020-ci il mövsümlərində isə ilk 0:0 hesabı indiki kimi V tura təsadüf edib.xeber100.com

Sentyabr 27, 2021 3:36

“Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər

Bakının “Sabah” klubu heyətini daha bir futbolçu ilə gücləndirə bilər.Hazırda klubun düşərgəsində braziliyalı legioner baxışdan keçir. Bu, “Fluminense”nin yetirməsi İqor Qabrieldir.İyirmi iki yaşlı müdafiəçi ilə bağlı son qərarı məşqçilər heyəti verəcək.xeber100.com

Sentyabr 25, 2021 9:50

İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib

Sentyabrın 25-də futbol üzrə İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi qarşılaşması keçirilib.“Stenford Bric” stadionunda baş tutan görüşdə “Çelsi” klubu “Maçester Siti” komandasını qəbul edib.Görüş qonaqların minimal hesablI qələbəsi ilə yekunlaşıb - 1:0.Oyunda yeganə qolun müəllifi matçın 53-cü dəqiqəsində Qabriel Jesus olub. O, Joao Kanselonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb.Bu qələbə sayəsində Mançester təmsilçisi xal ehtiyatını 13-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Çelsi” isə eyni xalla üçüncü yerdə qərarlaşıb.Paralel keçən görüşdə “Mançester Yunayted” öz meydanında gözlənilmədən “Aston Villa”ya məğlub olub - 1:0.xeber100.com

Sentyabr 25, 2021 9:47
    Page 156 of 831« First«...102030...154155156157158...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az