03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Əlli bir yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, Cihat Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib.xeber100.com

Avqust 17, 2021 7:44

“Volfsburq” futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb

"Volfsburq" futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb.Azərtac Bundesliqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub. Baş məşqçi Van Bommel "Proyssen"ə qarşı səkkizdəbir final matçında 6 əvəzetmə edib.Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Volfsburq" əlavə vaxtda 3:1 hesablı qələbə qazanıb."Proyssen"in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.xeber100.com

Avqust 17, 2021 7:42

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Aberdin” (Şotlandiya) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.“Qarabağ” – “Aberdin” matçı avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-da Şotlandiyadakı “Pittodrie Stadium”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Avqust 16, 2021 2:07

“Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsində

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Ş.Məmmədyarov turnirin blits yarışının son 9 turunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 4 turda məğlub olub.Şahmatçımız rapid və blits turnirlərində ümumi nəticəyə görə, 17 xalla 6-cı yeri tutub.Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edib.Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.xeber100.com

Avqust 16, 2021 1:11

Şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək

Avqustun 16-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycanın 3 şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edir.Hər üç idmançımız yerli şahmatçılarla mübarizə aparacaqlar. Belə ki, M.İsgəndərov Muxiddin Madaminov, M.Muradlı Qayrat Halilov, V.Rəsulov Umida Omonovla üz-üzə gələcəklər.Yarış avqustun 22-dək davam edəcək.xeber100.com

Avqust 16, 2021 1:08

Cüdo üzrə Avropa birinciliyi start götürəcək

Latviyanın paytaxtı Riqada avqustun 17-də Azərbaycan cüdoçularının da qatılacağı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.Azərtac xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.Avqustun 19-dək davam edəcək turnirə 37 ölkədən cüdoçular qatılacaqlar.xeber100.com

Avqust 16, 2021 1:03

Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə…

Yeniyetmə və gənc karateçilərimiz avqustun 20-22-də Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcəklər.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qitə çempionatında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə 10 karateçi yer alıb.Turnirə kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və Anar Əhmədov (kata) yollanır.Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçün isə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.xeber100.com

Avqust 16, 2021 1:01

Çimərlik güləşi üzrə “Kings of sand” kuboku yarışları keçirilib

Bilgəhdə çimərlik güləşi üzrə "Kings of sand" kuboku yarışları keçirilib.Azərtac xəbər verir ki, yarış 4 çəki dərəcəsi üzrə baş tutub.Azərbaycan Güləş Federasiyası (AGF) və Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən turnirdə ilk 3 yeri tutan güləşçilərə medal, diplom və pul mükafatları təqdim olunub.Görüşlər AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.Çimərlik güləşi üzrə yığmanın baş məşqçisi Oyan Nəzəriani, məşqçi Ağahüseyn Mustafayev və yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzovun nəzarəti altında keçirilən yarışda Ruslan Abdullayev (50 kq), Rübail İbrahimli (70 kq), Fərid Cabbarov (80 kq) və İbrahim Yusubov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

Avqust 15, 2021 2:44

Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib

Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında "Zirə" komandası "Qarabağ"ı qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Baş hakim Rauf Cabbarov idarə etdiyi oyunda "Zirə"nin heyətində Təmkin Xəlilzadə, rəqib komandadan isə İsmayıl İbrahimli fərqləniblər.Tura "Neftçi"-"Qəbələ" matçı ilə yekun vurulacaq. "Bakcell Arena"da keçirilən qarşılaşmanı baş hakim Elçin Məsiyev idarə edir.Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" klubu "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.xeber100.com  

Avqust 15, 2021 2:42

“Neftçi” (Bakı) – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Villi Delajo olacaq. Ona Mehdi Rahmuni və Ervan Kristofe Fincin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi Mişel Şafrot (İsveçrə), hakim-inspektor isə Aleksandr Qvardis (Rusiya) olacaq.Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-sı İsraildəki “Sammi Ofer” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.xeber100.com

Avqust 14, 2021 2:50
    Page 167 of 830« First«...102030...165166167168169...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az