07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə Avropa birinciliyi start götürəcək

Latviyanın paytaxtı Riqada avqustun 17-də Azərbaycan cüdoçularının da qatılacağı yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi start götürəcək.Azərtac xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Belə ki, oğlanlar arasında Xəyal Həsənov, Babarəhim Mirzəyev (50 kq), İslam Rəhimov (55 kq), Zahir Ağazadə, Aydın Rzayev (60 kq), Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə, Toğrul İbrahimov (73 kq), İsmayıl Zamanov (81 kq) və Əlirza Şıxəlizadə (90 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qızların yarışında isə Leyla Dəmirova, Fəridə Mirzəyev (44 kq), Könül Əliyeva və Aydan Vəliyeva (48 kq) iştirak edəcəklər.Avqustun 19-dək davam edəcək turnirə 37 ölkədən cüdoçular qatılacaqlar.xeber100.com

Avqust 16, 2021 1:03

Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə…

Yeniyetmə və gənc karateçilərimiz avqustun 20-22-də Finlandiyanın Tampere şəhərində Avropa çempionatında iştirak edəcəklər.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, qitə çempionatında federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandanın heyətində 14-15 yaşlı yeniyetmələr arasında 10, 16-17 yaşlı gənclərdə 8, 18-21 yaşadək gənclər arasında isə 10 karateçi yer alıb.Turnirə kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçilərdən Seymur Xudaverdiyev, Nağı Mehdiyev, Şahin Atamov, Niyazi Əliyev və Anar Əhmədov (kata) yollanır.Beynəlxalq hakimlər Cahangir Babayev, Şahin Xudaverdiyev, Vüqar Kərimov və Mais Mədətov yarışın hakimləri arasında olacaq. Hakimlərdən dərəcəsini artırmaq üçün M.Mədətov, beynəlxalq kateqoriya almaq üçün isə Vüsal İsrafilov və Seymur Məmmədov Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə imtahan verəcəklər.Yeniyetmə və gənclərin 48-ci, 21 yaşadək gənclərin isə 13-cü Avropa çempionatında 45 ölkədən 1008 idmançı mübarizə aparacaq.xeber100.com

Avqust 16, 2021 1:01

Çimərlik güləşi üzrə “Kings of sand” kuboku yarışları keçirilib

Bilgəhdə çimərlik güləşi üzrə "Kings of sand" kuboku yarışları keçirilib.Azərtac xəbər verir ki, yarış 4 çəki dərəcəsi üzrə baş tutub.Azərbaycan Güləş Federasiyası (AGF) və Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə keçirilən turnirdə ilk 3 yeri tutan güləşçilərə medal, diplom və pul mükafatları təqdim olunub.Görüşlər AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında milli və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunub.Çimərlik güləşi üzrə yığmanın baş məşqçisi Oyan Nəzəriani, məşqçi Ağahüseyn Mustafayev və yeniyetmələrdən ibarət millinin böyük məşqçisi Əsgərxan Novruzovun nəzarəti altında keçirilən yarışda Ruslan Abdullayev (50 kq), Rübail İbrahimli (70 kq), Fərid Cabbarov (80 kq) və İbrahim Yusubov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

Avqust 15, 2021 2:44

Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib

Avqustun 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının birinci turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında "Zirə" komandası "Qarabağ"ı qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.Baş hakim Rauf Cabbarov idarə etdiyi oyunda "Zirə"nin heyətində Təmkin Xəlilzadə, rəqib komandadan isə İsmayıl İbrahimli fərqləniblər.Tura "Neftçi"-"Qəbələ" matçı ilə yekun vurulacaq. "Bakcell Arena"da keçirilən qarşılaşmanı baş hakim Elçin Məsiyev idarə edir.Qeyd edək ki, turun ilk oyun günündə "Səbail" klubu "Sabah"ı 1:0, "Sumqayıt" isə "Keşlə"ni 2:0 hesabı ilə məğlub edib.xeber100.com  

Avqust 15, 2021 2:42

“Neftçi” (Bakı) – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) – “Makkabi” (Hayfa) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Villi Delajo olacaq. Ona Mehdi Rahmuni və Ervan Kristofe Fincin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.Matçın UEFA nümayəndəsi Mişel Şafrot (İsveçrə), hakim-inspektor isə Aleksandr Qvardis (Rusiya) olacaq.Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-sı İsraildəki “Sammi Ofer” stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.xeber100.com

Avqust 14, 2021 2:50

Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.Azərtac xəbər verir ki, Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib. Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək.AFFA tərəfindən ayrılan maliyyə vəsait təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.xeber100.com    

Avqust 13, 2021 2:55

Futbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib

Avqustun 12-də futbol üzrə UEFA Super kubokun qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, "Uindzor Park" stadionunda keçirilən görüşdə İngiltərənin "Çelsi" klubu İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gəlib.Oyunda hesabı 27-ci dəqiqədə ingilislər açıb. Kay Havertzin ötürməsindən sonra Hakim Ziyeş fərqlənib. Qoldan sonra hücumları artıran "Çelsi" rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlər yaradıb.Buna baxmayaraq fasiləyə komandalar London təmsilçilərin minimal hesablı üstünlüyü ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində "Vilyarreal" hesaba tarazlıq gətirib. Matçın 73-cü dəqiqəsində Jerar Moreno hesabı bərabərləşdirib.Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər.Bu hissədə 6:5 hesabı ilə qalib gələn "Çelsi" komandası UEFA Super kubokunun qalibi olub. Londonlular tarixində ikinci dəfə bu titula yiyələnirlər.xeber100.com    

Avqust 12, 2021 11:44

“Saint Louis Rapid and Blitz 2021” turniri start götürüb

ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" şahmat seriyasının dördüncü mərhələsi - "Saint Louis Rapid and Blitz 2021" turniri start götürüb.Azərtac xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov turnirin birinci günündə ilk 3 turda mübarizə aparıb. Şahmatçımız birinci turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib. İkinci turda rusiyalı Petr Svidlerə qalib gələn Ş.Məmmədyarov üçüncü oyunda vyetnamlı Quaqn Lyem Liyə uduzub.Turnir 9 rapid və 18 blits turdan ibarət olacaq. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edəcək.Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"nın qalibi olub.xeber100.com

Avqust 12, 2021 11:41

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində

Bu gün Bakının “Neftçi” komandası UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab görüşünə çıxacaq.Azərtac xəbər verir ki, Bakı təmsilçisi Finlandiyanın paytaxtı Helsinkidəki “Bolt Arena”da HİK komandasının qonağı olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüşü almaniyalı referi Deniz Aytekin idarə edəcək.Komandalar arasında avqustun 3-də Bakıda keçirilən ilk oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.“Neftçi” və HİK bunadək Çempionlar Liqasının ikinci təsnifat mərhələsində çıxış ediblər. Azərbaycan klubu Yunanıstanın “Olimpiakos” (0:1; 0:1), HİK isə İsveçin “Malmö” (1:2; 2:2) komandası ilə görüşlərin yekununda uduzaraq, mübarizəni Avropa Liqasında davam etdirib.Qeyd edək ki, cütün qalibi Avropa Liqasının pley-off mərhələsində Türkiyənin “Fənərbağça” komandası ilə qarşılaşacaq. Məğlub klub isə mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək. Rəqib isə “Torshavn" (Farer adaları) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi olacaq. Bu komandalar arasındakı ilk görüşdə "Makkabi" böyük hesabla qalib gəlib - 7:2.xeber100.com

Avqust 12, 2021 11:40

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqlaması

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Azərbaycan futbol tarixinin rəmzi komandasını açıqlayıb.Azərtac IFFHS-ə istinadla xəbər verir ki, rəmzi komanda 4-2-4 taktiki sxemi ilə hazırlanıb.Heyətdə qapıçı - Sergey Kramarenko, müdafiəçilər - Rafiq Quliyev, Vladimir Bruxti, Vyaçeslav Semiqlazov, Yaşar Babayev, yarımmüdafiəçilər - İqor Ponomaryov, Nazim Süleymanov, hücumçular - Kazbek Tuayev, Anatoli Banişevski, Ələkbər Məmmədov və Yuri Kuznetsov yer alıblar.xeber100.com  

Avqust 12, 2021 11:37
    Page 168 of 831« First«...102030...166167168169170...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az