15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Beşiktaş” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

“Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Artıq Türkiyədə olan 31 yaşlı futbolçu yeni klubu ilə üçillik müqavilə bağlayıb.Qeyd edək ki, “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən Teyşeyra son olaraq Çinin “Tszyansu” komandasında oynayıb. O, son mövsümdə 20 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə edib.xeber100.com

Avqust 10, 2021 3:05

Olimpiadalar tarixində qazanılan medalların sayına görə ölkələrin siyahısı açıqlanıb

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarından sonra olimpiadalar tarixində qazanılan medalların ümumi sayına görə ölkələrin siyahısı açıqlanıb.Azərtac xəbər verir ki, siyahıda 1896-cı ildən keçirilən Yay Olimpiya Oyunlarında medal qazanan komandalar yer alıblar.Cədvəldə komandalar turnirdə iştirak etdiyi vaxtda adlandırıldığı kimi göstərilib. Yəni, heç bir komanda fərqli adlanan yığmanın varisi hesab olunmayıb.İlk dəfə 1996-cı ildə keçirilən “Atlanta-1996”da iştirak edən və həmin vaxtdan 7 Olimpiadaya qatılan Azərbaycan qazanılan medalların sayına görə siyahıda 63-cü yerdədir. İdmançılarımız ümumilikdə 49 medal - 7 qızıl, 14 gümüş və 28 bürünc qazanıblar.İndiyədək 154 komanda aktivinə medal yazdırıb. ABŞ 2636 medalla birinci pillədə qərarlaşıb. SSRİ 1010 medalla ikinci, Böyük Britaniya isə 916 medalla üçüncüdür.xeber100.com  

Avqust 10, 2021 3:03

UEFA Avropa Konfrans Liqasının oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasının oyununa təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Fola” (Lüksemburq) – “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.Matç avqustun 12-də Lüksemburq şəhərindəki “Josiy Barthel” stadionunda keçiriləcək.xeber100.com

Avqust 9, 2021 10:38

Şahmat üzrə Avropa çempionatı start götürür

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı start götürür.Azərtac xəbər verir ki, qitə birinciliyində 29 ölkədən 117 şahmatçı iştirak edəcək.Ölkəmizi Avropa çempionatında 10 şahmatçı - Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarova bacıları, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Ayan Allahverdiyeva və Nəsrin Babayeva təmsil edəcək.Bu gün çempionatın ilk turunun oyunları keçiriləcək. Şahmatçılarımız Günay Məmmədzadə Mariya Qevorgyan (Ermənistan), Gülnar Məmmədova Stella Sankova (Slovakiya), Xanım Balacayeva Ayan Allahverdiyeva, Türkan Məmmədyarova Ronit Levitan (İsrail), Gövhər Beydullayeva Petronella Parasçiv (Rumıniya), Zeynəb Məmmədyarova Diana Mirza (İtaliya), Nəsrin Babayeva Miruna Lehaçi (Rumıniya), Xəyalə Abdulla Aureliana Pancu (Rumıniya), Ülviyyə Fətəliyeva Stefani Matasaru (Rumıniya) ilə oynayacaq.Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.xeber100.com  

Avqust 9, 2021 10:36

Tokio XXXII Yay Olimpiya Oyunları başa çatır

Avqustun 8-də Tokio XXXII Yay Olimpiya Oyunları başa çatır.Azərtac xəbər verir ki, yarışların son günündə kişilər arasında marafon qaçışında keniyalı Eliud Kipçoqe Olimpiya çempionu adını saxlamağa nail olub. “Rio-2016”nın qalibi olmuş 36 yaşlı idmançı marafonu inamla qaçaraq, yarışı 2 saat 8 dəqiqə 38 saniyə nəticə ilə birinci başa vurub.E.Kipçoqe Olimpiya mərhələsində dalbadal iki qızıl medal qazanan üçüncü qaçışçı olub. Kişilər arasında marafon qaçışının dünya rekordu da ona məxsusdur – 2 saat 1 dəqiqə 39 saniyə.Olimpiya Oyunlarında bu idman növü üzrə ikinci yeri niderlandlı Abdi Naqiay, üçüncü yeri isə Belçika idmançısı Bəşir Abdi tutub.Tokioda isti hava şəraitinə görə yarış Yaponiyanın Hokkaydo adasında yerləşən Sapporo şəhərində keçirilib. Buna baxmayaraq, marafon qaçışına qatılan 100-dən artıq idmançıdan yalnız 30-u finişə çata bilib.xeber100.com

Avqust 8, 2021 10:47

“Sabah” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Bakının “Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla üçillik müqavilə bağlayıb.İyirmi səkkiz yaşlı oyunçu “Sabah”da 11 nömrəli formada çıxış edəcək.Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos karyerası ərzində İngiltərənin “Tottenhem”, “Çarlton", Portuqaliyanın “Aroka”, Belçikanın “Sent-Trüden”, Qətərin “Al-Vakra” və “Qətər” klublarında çıxış edib.xeber100.com

Avqust 8, 2021 10:45

Cüdo üzrə Avropa kuboku yarışı keçirilib

Orenburqda (Rusiya) cüdo üzrə Avropa kuboku yarışı keçirilib.Azərtac xəbər verir ki, avqustun 7-də start götürən turnirin ikinci günü komandamız aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.Qeyd edək ki, yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Beləliklə, cüdo komandamız yarışı iki medalla başa vurub.İki gün davam edən turnirdə on dörd ölkədən 200-ə yaxın cüdoçu iştirak edib.xeber100.com

Avqust 8, 2021 10:43

Azərbaycan millisi “Savaria” turnirində sonuncu oyununu keçirib

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq “Savaria” turnirində sonuncu oyununu keçirib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan yığmamız 0:3 hesabı ilə uduzub.Beləliklə, seçməmiz turnirdə sonuncu olub.xeber100.com

Avqust 8, 2021 10:42

“Neftçi” futbol klubu qapıçı axtarışlarını davam etdirir

UEFA Avropa Liqasında mübarizə aparan Bakının “Neftçi” klubu qapıçı axtarışlarını davam etdirir.Azərtac xəbər verir ki, Bakı təmsilçisi yaxın günlərdə Fransanın “Klermon” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının qapıçısı Eldar Tağızadəni heyətinə qata bilər.Azərbaycan çempionunun 18 yaşlı qapıçını icarəyə götürəcəyi ehtimal olunur.Qeyd edək ki, E.Tağızadə “Neftçi”nin yetirməsidir. 2019-cu ildə İspaniyanın “Market” klubuna keçən gənc qapıçı bu ilin əvvəlində “Klermon”la 2024-cü ilədək müqavilə imzalayıb.xeber100.com    

Avqust 7, 2021 8:30

“Keşlə” klubu baş məşqçi ilə bağlı yeni qərar qəbul edib

Bakının “Keşlə” klubunun rəhbərliyi baş məşqçi Sənan Qurbanov ilə bağlı yeni qərar qəbul edib.Azərtac xəbər verir ki, 41 yaşlı mütəxəssis qarşıdakı mövsümdə də qəsəbə təmsilçisini çalışdıracaq. Amma S.Qurbanova ilk dövrənin sonunadək şans veriləcək. Komanda bu müddət ərzində ümidləri doğruldacağı halda, Bakı təmsilçisi mövsümün sonunadək mütəxəssislə əməkdaşlığı davam etdirəcək.Xatırladaq ki, ötən mövsüm S.Qurbanovun başçılığı altında “Keşlə” ölkə kubokunun qalibi olmuşdu.xeber100.com

Avqust 7, 2021 8:28
    Page 169 of 830« First«...102030...167168169170171...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az