07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Şahmat üzrə Avropa çempionatının 10-cu turunun oyunları keçiriləcək

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 10-cu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, təmsilçilərimiz Gülnar Məmmədova Aleksandra Maltsevskaya (Rusiya), Günay Məmmədzadə Lara Şulze (Almaniya), Gövhər Beydullayeva Olqa Qirya (Rusiya), Ülviyyə Fətəliyeva Qerqana Peiçeye (Avropa Şahmat İttifaqı), Zeynəb Məmmədyarova Lilit Mkrtçyan (Ermənistan), Xanım Balacayeva Yekaterina Pavlidou (Yunanıstan), Turkan Məmmədyarova Anna Gvantseladze (Rusiya), Xəyalı Abdulla Stephanie Matasaru (Rumıniya), Nəsrin Babayeva Dina Belenkaya (Rusiya) ilə mübarizə aparacaqlar.Doqquz turdan sonra G.Məmmədova 6, G.Məmmədzadə, Ü.Fətəliyeva, G.Beydullayeva 5,5, X.Balacayeva, Zeynəb Məmmədyarova 5, T.Məmmədyarova 4,5, N.Babayeva, X.Abdulla 4, A.Allahverdiyeva 3,5 xal toplayıblar. Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.xeber100.com

Avqust 19, 2021 3:32

Şahmat üzrə Avropa çempionatının 9-cu turunun oyunları keçiriləcək

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 9-cu turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, təmsilçilərimiz Gülnar Məmmədova Nataliya Buksa (Ukrayna), Günay Məmmədzadə Mai Narva (Estoniya), Xanım Balacayeva Olqa Badelka (Belarus), Gövhər Beydullayeva Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyeva Stavrula Tsulakidou (Yunanıstan), Zeynəb Məmmədyarova Mişel Katkov (İsrail), Türkan Məmmədyarova Ellen Nielsen (Danimarka), Xəyalə Abdulla Marina Makropolou (Yunanıstan), Nəsrin Babayeva Yasmin Sxlofer (Avstriya), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) ilə mübarizə aparacaqlar.Səkkiz turdan sonra G.Məmmədzadə, G.Məmmədova 5, G.Beydullayeva 4,5, Ü.Fətəliyeva, X.Balacayeva 4, Zeynəb Məmmədyarova 3,5, T.Məmmədyarova, N.Babayeva 3, X.Abdulla, 2,5, A.Allahverdiyeva 2 xal toplayıblar. Turnir cədvəlinə ukraynalı Yuliya Osmak başçılıq edir.Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.xeber100.com

Avqust 18, 2021 7:42

Güləşçilər arasında dünya çempionatı davam edir

Rusiyanın Ufa şəhərində gənc güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışın son 3 günündə mübarizəyə qoşulacaq yunan-Roma güləşçilərimiz bu gün Rusiyaya yollanıblar.Heyətdə böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Elcan Məmmədov (77 kq), Murad Əhmədiyev (82 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) yer alıblar.Avqustun 20-də 55, 63, 77, 87 və 130 kiloqram çəki dərəcələrində yer alan güləşçilər xalçaya çıxacaqlar. Növbəti gün digər çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulacaqlar.xeber100.com

Avqust 18, 2021 7:40

Futbol üzrə 2021/2022-ci il mövsümünün püşkatma mərasimi keçirilib

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunun 2021/2022-ci il mövsümünün püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkə əsasən, ilk turda “Sumqayıt-2” – “Qaradağ Lökbatan”, “Kəpəz” – “Qəbələ-2”, “Neftçi-2” – “Sabah-2”, “Keşlə-2” – “Zaqatala”, “Turan Tovuz” – MOİK və “Səbail-2” – “Zirə-2” matçları təşkil olunacaq.İlk turda “Qarabağ-2” komandası istirahət edəcək. birinci turun görüşləri sentyabrın 13-14-də baş tutacaq.xeber100.com

Avqust 18, 2021 7:38

“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib

Ağdamın "Qarabağ" klubu heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.Son klubu Norveçin "Haugesund" komandası olan 26 yaşlı forvardla üçillik müqavilə imzalanıb.Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.xeber100.com

Avqust 18, 2021 7:35

“Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Kasımpaşa” komandasının yeni baş məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Cihat Arslan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Əlli bir yaşlı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, Cihat Arslan bu vəzifədə ölkə çempionatının ilk turundan sonra istefaya göndərilən Şenol Canı əvəzləyib.xeber100.com

Avqust 17, 2021 7:44

“Volfsburq” futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb

"Volfsburq" futbol klubu Almaniya kuboku yarışlarından kənarlaşdırılıb.Azərtac Bundesliqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, buna komandanın əvəzetmə qaydalarını pozması səbəb olub. Baş məşqçi Van Bommel "Proyssen"ə qarşı səkkizdəbir final matçında 6 əvəzetmə edib.Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. "Volfsburq" əlavə vaxtda 3:1 hesablı qələbə qazanıb."Proyssen"in etirazından sonra Almaniya Futbol İttifaqı komandanı 2:0 hesablı qələbəyə layiq görüb.xeber100.com

Avqust 17, 2021 7:42

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) – “Aberdin” (Şotlandiya) matçının təyinatları açıqlanıb.Azərtac xəbər verir ki, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Rade Obrenoviç olacaq. Ona Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Asmir Saqrkoviç yerinə yetirəcək.“Qarabağ” – “Aberdin” matçı avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 26-da Şotlandiyadakı “Pittodrie Stadium”da baş tutacaq və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.xeber100.com

Avqust 16, 2021 2:07

“Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsində

ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turnirinə yekun vurulub.Azərtac xəbər verir ki, Ş.Məmmədyarov turnirin blits yarışının son 9 turunda 3 qələbə qazanıb, 2 heç-heçə edib, 4 turda məğlub olub.Şahmatçımız rapid və blits turnirlərində ümumi nəticəyə görə, 17 xalla 6-cı yeri tutub.Mərhələnin mükafat fondu 150 min ABŞ dolları təşkil edib.Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.xeber100.com

Avqust 16, 2021 1:11

Şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək

Avqustun 16-da Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə Aqzamov memorialının birinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, yarışın güclü A turnirində Azərbaycanın 3 şahmatçısı - Misrətdin İsgəndərov, Məhəmməd Muradlı və Vüqar Rəsulov iştirak edir.Hər üç idmançımız yerli şahmatçılarla mübarizə aparacaqlar. Belə ki, M.İsgəndərov Muxiddin Madaminov, M.Muradlı Qayrat Halilov, V.Rəsulov Umida Omonovla üz-üzə gələcəklər.Yarış avqustun 22-dək davam edəcək.xeber100.com

Avqust 16, 2021 1:08
    Page 167 of 831« First«...102030...165166167168169...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az