“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında

Azərbaycan karateçisi İrina Zaretska “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında ölkəmizin aktivinə növbəti - üçüncü gümüş medalı yazdırıb.Azərtac xəbər verir ki, 61 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Olimpiya çempionu adı uğrunda görüşdə Misir karateçisi Feryal Abdelazizə uduzaraq (0:2) gümüş medala sahib olub.Qrup mərhələsində İ.Zaretska ilk döyüşündə Yaponiya idmançısı Ayumi Uekusaya 4:1 hesabı ilə qalib gəlib. O, növbəti görüşündə italiyalı Silvia Semerarodan üstün olub - 3:2. Üçüncü qarşılaşmada qazaxıstanlı Sofiya Berultsevaya 4:5 hesabı ilə uduzan karateçimiz sonuncu döyüşdə türkiyəli Məltəm Hocaoğlunu 4:0 hesabı ilə məğlub edib.Qrupda keçirdiyi görüşlərin üçündə qələbə qazanan və bir qarşılaşmada uduzan İ.Zaretska 6 xalla qrup birincisi kimi yarımfinala adlayıb. Yarımfinalda çinli Qun Lini 7:2 hesabı ilə məğlub edən karateçimiz həlledici mərhələdə iştirak hüququ qazanıb.Xatırladaq ki, İ.Zaretska 2018-ci ildə Madriddə keçirilən dünya çempionatının qalibi olub. Karateçimiz bu il Xorvatiyanın Poreç şəhərində təşkil olunan Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, “Bakı-2015” ilk Avropa Oyunlarının və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının da çempionu olub.Beləliklə, Azərbaycan idmançılarının “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında mübarizəsi başa çatıb. Olimpiadaya 44 idmançı ilə qatılan komandamız 3 gümüş və 4 bürünc medal qazanıb. Gümüş medalları Azərbaycanın aktivinə karateçilər Rafael Ağayev və İrina Zaretska, həmçinin sərbəst güləşçi Hacı Əliyev yazdırıblar. Bürünc medallara isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges, yunan-Roma güləşçisi Rafiq Hüseynov və qadın pəhləvanımız Mariya Stadnik sahib olublar.Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Atlanta-1996”dan sonra ilk dəfə olimpiadaları qızıl medalsız başa vurub.xeber100.com

Avqust 7, 2021 8:26

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə

Avqustun 6-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 15-ci günündə 89 ölkənin idmançıları medal qazanıblar.Azərtac xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 36 qızıl, 26 gümüş və 17 bürünc medal qazanıblar. İkinci pillədə 31 qızıl, 36 gümüş və 31 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 24 qızıl, 11 gümüş və 16 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.Böyük Britaniya 18 qızıl, 20 gümüş, 20 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 17 qızıl, 23 gümüş və 22 bürünc medalla beşincidir. İlk onluğu Avstraliya (17-6-21), İtaliya (10-10-18), Almaniya (9-11-16), Niderland (9-10-12) və Fransa (7-11-9) tamamlayır.Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin 15-ci günündə bir gümüş medal qazanıb. Karateçimiz kumite yarışlarının finalında uduzaraq gümüş medalla kifayətlənməli olub. Bundan başqa, millimizin üç idmançısı - qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov komandamızın aktivinə bürünc medallar yazdırıblar. Həmçinin sərbəst güləşçimiz Hacı Əliyev 65 kiloqram çəki dərəcəsində yarışın finalına yüksəlməklə ən azı gümüş medalı təmin edib.Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

Avqust 6, 2021 8:42