Bakının “Neftçi” futbol klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Finlandiyanın HİK komandası iştirak ərizəsini UEFA-ya göndərib.Azərtac xəbər verir ki, Helsinki təmsilçisi Bakı klubu ilə oyunlara 22 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 5-i yarımmüdafiəçi, 6-sı hücumçudur.Heyətdə qapıçılar: Yakob Tonnander (İsveç), Hüqo Keto, Matias Niemela, müdafiəçilər - Yanne Saksela, Markus Halsti, Deniel O Şonessi, Luis Karlos Murilyo (Kolumbiya), Miro Tenho, Valtteri Moren, Dilan Marneyn (İtaliya), Kevin-Kuassivi Benisson, yarımmüdafiəçilər - Jair (Braziliya), Lukas Linqman, Sebastyan Dalström, Tim Sparv, Devid Braun (Papua Yeni Qvineya), hücumçular - Luis Enrike (İtaliya), Riku Riski, Roope Riski, Filip Valençiç (Sloveniya), Entoni Olusanya və Atomu Tanaka (Yaponiya) yer alıblar.Qeyd edək ki, “Neftçi” və HİK arasında ilk oyun avqustun 3-də Bakıda, cavab görüşü isə avqustun 12-də Helsinkidə olacaq.xeber100.com