05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək

Avqustun 2-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək.Azərtac xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaqlar. Avqustun 1-də keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.R.Hüseynov səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. R.Hüseynov rəqibinə qalib gələrsə, dörddəbir finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. Bu görüş B xalçasında baş tutacaq. E.Manolova dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.Bu çəki dərəcələrində ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.xeber100.com

Avqust 1, 2021 10:56

Azərbaycan atleti təsnifat mərhələsində 69,57 metrlik nəticə göstərib

Tokio Olimpiadasının çəkicatma yarışında mübarizə aparan Azərbaycan atleti Anna Skidan təsnifat mərhələsində 69,57 metrlik nəticə göstərib.Azərtac xəbər verir ki, bu göstərici təmsilçimizin növbəti mərhələyə yüksəlməsi üçün kifayət etməyib. A.Skidan 16 atletin mübarizə apardığı A qrupunda səkkizinci yeri tutaraq Olimpiadada mübarizəni dayandırıb.Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası ilk medalını “Tokio-2020”nin səkkizinci günündə qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib. İdmançımız finala vəsiqə uğrunda bu gün kubalı Arlen Lopez ilə qarşılaşacaq.xeber100.com

Avqust 1, 2021 10:50

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalında

İyulun 30-da Azərbaycan boksçusu Alfonso Dominges “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının yarımfinalına yüksəlib.Azərtac xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz dörddəbir finalda türkiyəli Bayram Malkana 5:0 hesabı ilə qalib gəlib.Bununla da boksçumuz Tokio Olimpiadasında ən azı bürünc medalı təmin edib.Xatırladaq ki, Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan A.Dominges birinci görüşdə özbəkistanlı Dilşodbek Ruzmetova 4:1 hesabı ilə qalib gəlib.Yarımfinal mərhələsindəki qarşılaşma avqustun 1-də keçiriləcək.Qeyd edək ki, “Tokio-2020”də mübarizəni davam etdirən digər boksçumuz Cavid Çələbiyev (63 kq) isə iyulun 31-də səkkizdəbir finalda Ermənistan təmsilçisi Hovhannes Baçkov ilə qarşılaşacaq.xeber100.com

İyul 30, 2021 1:27

“Sumqayıt” klubu II təsnifat mərhələsində cavab oyununa çıxıb

"Sumqayıt" klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.Azərtac xəbər verir ki, sumqayıtlılar doğma azarkeşlər önündə Serbiyanın "Çukariçki" komandasını qəbul edib. "Kapital Arena" stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Beləliklə, iki oyunun nəticəsinə görə "Sumqayıt" klubu UEFA Konfrans Liqasında mübarizəsini dayandırıb.xeber100.com

İyul 30, 2021 1:24

“Qarabağ” klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

Ağdamın "Qarabağ" klubu UEFA Konfrans Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb.Azərtac xəbər verir ki, ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən qarşılaşmada "Aşdod" (İsrail) - “Qarabağ” (Azərbaycan) matçı başa çatıb. Görüşün 5-ci dəqiqəsində Ağdam təmsilçisinin yarımmüdafiəçisi Filip Ozobiç komandasının qələbə qolunu vurub."Qarabağ"ın start heyətində Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Patrik Andrade, Toral Bayramov, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç və Ramil Şeydayev yer alıb."Aşdod"un heyətində isə Yoav Jafari, Gil Kohen, Nenad Cvetkoviç, Tom Ben Zaken, Montari Kamaheni, Feras Abu Akal, Oz Bilevi, Yakov Brihon, Martin Rainov, Moussa Baqayokovə və Abdul Muqese Zakaria meydana çıxıb.xeber100.com

İyul 30, 2021 1:22

“Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib

İyulun 15-dən Tbilisidə təlim-məşq toplanışında olan “Sabah” futbol klubu toplanış çərçivəsində sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız “Zestafoni” təlim-məşq bazasının stadionunda yerli “Saburtalo” klubu ilə qarşılaşıb.Güclü yağışın müşayiəti ilə keçirilən matçda hesabı meydan sahibləri açıblar. Akaki Şulaya görüşün 41-ci dəqiqəsində penaltidən fərqlənərək komandasını hesabda önə keçirib. Oyunun 68-ci dəqiqəsində komandamız da 11 metrlik cərimə zərbəsi qazansa da, Coy-Lens Mikelsin zərbəsindən sonra top qapı tirinə dəyərək çölə çıxıb. Matçda 74-cü dəqiqədə isə gənc futbolçumuz Veysəl Rzayev Mixeil Erqemlidzenin ötürməsindən sonra matçda bərabərliyi təmin edən qola imza atıb. Görüş elə bu hesabla da başa çatıb. Qalib oyunsonrası penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasını dəqiq yerinə yetirən “Saburtalo” 4:2 hesabı ilə qalib gəlib.Qeyd edək ki, “Sabah” Tbilisi toplanışı çərçivəsində daha əvvəl “Şukura” (1:0), “Samqurali” (0:1) və “Telavi” (1:3) klubları ilə qarşılaşıb.xeber100.com

İyul 29, 2021 1:30

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində iyulun 29-da Bakıda üz-üzə gələcək “Keşlə” və “Soçi” komandalarının start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, “ASK Arena”da baş tutacaq görüşdə “Keşlə” klubunun start heyətində Stanislav Namaşko, Tərlan Quliyev, Muyuşko Boyoviç, İlkin Qırtımov, Azər Salahlı, Merab Qiqauri, Rəhman Hacıyev, Turan Vəlizadə, Felipe Santos, Amil Yunanov və Aldair Neto yer alıblar.“Soçi” komandasının ilk onbirliyində isə meydana Nikolay Zabalotnı, Timofey Marqasov, Danila Ploxin, Rodriqao, Mateo Baraç, Kiril Zaika, Nikita Burmistrov, Kristian Noboi, İbrahim Callaqov, Artur Yusipov və Marko Duqanjiç çıxacaqlar.Saat 20:00-da başlayacaq görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Viktor Şimusik olacaq. Ona həmyerliləri Anton Qusev və Sergey Kosovets kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Vitali Sevostyanik yerinə yetirəcək.Qeyd edək ki, bu komandaların arasında Soçidə keçirilən görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.xeber100.com

İyul 29, 2021 1:27

“Minay” futbol klubu heyətinə 3 yeni futbolçu cəlb edib

Ukraynanın “Minay” klubu heyətinə 3 yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, onlardan biri Azərbaycan millisinə namizəd olan Eldar Quliyevdir.Yerli “Mariupol” komandasından transfer olunan 19 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, hazırda “Minay”da Azərbaycan millisinin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də çıxış edir.xeber100.com

İyul 27, 2021 2:11

Tokioda Yay Olimpiya Oyunları davam edir

Tokioda Yay Olimpiya Oyunları davam edir.Azərtac xəbər verir ki, Azərbaycan taekvondoçusu Milad Beiqi Hərçəqani (80 kq) dörddəbir final mərhələsində özbəkistanlı Nikita Rafaloviç ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 1:12 hesabı ilə məğlub olub.Qeyd edək ki, digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) startda ABŞ təmsilçisi Peyc Makfersona uduzub.Xatırladaq ki, Milad Beiqi Hərçəqani Rio Olimpiadasında bürünc medal qazanıb.Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Komandamız medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan millimiz 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.xeber100.com

İyul 26, 2021 2:20

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Olimpiakos” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.Azərtac xəbər verir ki, qiyməti 5, 10 və 20 manat təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21:00-dək işləyəcək.Xatırladaq ki, iyulun 28-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Olimpiakos” oyunu saat 21:00-da başlayacaq.xeber100.com

İyul 26, 2021 1:55
    Page 171 of 830« First«...102030...169170171172173...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az