Çexiya və Danimarka yığmalarının start heyətləri açıqlanıb

Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda üz-üzə gələcək Çexiya və Danimarka yığmalarının start heyətləri açıqlanıb.Azərtac xəbər verir ki, Çexiya millisinin heyətində meydana Tomaş Vaclik, Yan Boril, Tomaş Kalas, Ondrey Çelustka, Vladimir Soufal, Tomaş Souçek (k), Tomaş Holeş, Petr Şevçik, Antonin Barak, Lukaş Masopust və Patrik Şik çıxacaqlar.Danimarka yığmasının start heyətində isə Kasper Şmeyxel, Yannik Vesterqaard, Simon Kyer (k), Andreas Kristensen, Yoakim Mehle, Tomas Delaney, Pyer-Emil Hoybyerq, Yens Striqer, Mikkel Damsqaard, Kasper Dolberq və Martin Breytveyt yer alıblar.Saat 20:00-da başlayacaq qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edəcək.Xatırladaq ki, “Avro-2020”nin D qrupunda yer alan Çexiya birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Xorvatiya ilə heç-heçə edib – 1:1. Komanda qrupda sonuncu qarşılaşmada İngiltərəyə minimal hesabla uduzub. Çexiya seçməsi səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.Bu oyunda mərhələ keçən komanda yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels – Türkiyə (0:2) və İsveçrə - Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.xeber100.com

İyul 3, 2021 2:27

Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində

Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka yığmaları qarşılaşırlar.Azərtac xəbər verir ki, Çexiya millisinin heyətində meydana Tomaş Vaclik, Yan Boril, Tomaş Kalas, Ondrey Çelustka, Vladimir Soufal, Tomaş Souçek (k), Tomaş Holeş, Petr Şevçik, Antonin Barak, Lukaş Masopust və Patrik Şik çıxıblar.Danimarka yığmasının start heyətində isə Kasper Şmeyxel, Yannik Vesterqaard, Simon Kyer (k), Andreas Kristensen, Yoakim Mehle, Tomas Delaney, Pyer-Emil Hoybyerq, Yens Striqer, Mikkel Damsqaard, Kasper Dolberq və Martin Breytveyt yer alıblar.Qarşılaşmanı niderlandlı Byörn Kuipers idarə edir.Xatırladaq ki, “Avro-2020”nin D qrupunda yer alan Çexiya birinci oyunda Şotlandiyanı 2:0 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Xorvatiya ilə heç-heçə edib – 1:1. Komanda qrupda sonuncu qarşılaşmada İngiltərəyə minimal hesabla uduzub. Çexiya seçməsi səkkizdəbir finalda turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.Mübarizəyə B qrupunda başlayan Danimarka yığması isə ilk iki görüşdə Finlandiyaya (0:1) və Belçikaya (1:2) uduzsa da, sonuncu oyunda Rusiyanı 4:1 hesabı ilə məğlub etdiyindən top fərqinə görə qrup ikincisi kimi səkkizdəbir finala yüksəlib. Danimarkalılar səkkizdəbir finalda Uelsi 4:0 hesabı ilə məğlub edərək dörddəbir finala vəsiqə qazanıblar.Bu oyunda mərhələ keçən komanda yarımfinalda İngiltərə-Ukrayna qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq İngiltərə-Ukrayna oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.Qeyd edək ki, Bakı Olimpiya Stadionu “Avro-2020”nin A qrupu çərçivəsində Uels-İsveçrə (1:1), Uels–Türkiyə (0:2) və İsveçrə-Türkiyə (3:1) oyunlarına ev sahibliyi edib.xeber100.com

İyul 3, 2021 2:24

Avropa çempionatının dörddəbir final mərhələsinə start veriləcək

İyulun 2-də İsveçrə-İspaniya oyunu ilə futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, Sankt-Peterburqda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək.İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.Günün sonuncu görüşündə turnirin əsas favoritləri - Belçika və İtaliya komandaları üz-üzə gələcəklər. Münhendə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.İtaliya millisi səkkizdəbir finalda Avstriyanı (3:1), Belçika seçməsi isə sonuncu Avropa çempionu Portuqaliyanı (1:0) məğlub edib.Bu görüşlərdə qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər.Dörddəbir final mərhələsinin digər iki görüşündə Çexiya millisi Bakı Olimpiya Stadionunda Danimarka, Ukrayna isə Romadakı “Olimpiko” stadionunda İngiltərə seçməsi ilə qarşılaşacaqlar. Bakıdakı oyun saat 20:00-da, Ukrayna-İngiltərə matçı isə saat 23:00-da başlayacaq.“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək.xeber100.com

İyul 2, 2021 2:51

Futbol üzrə respublika turnirinin qalibləri müəyyənləşib

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan futbol üzrə final yarışı keçirilib.Azərtac xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışda hər zonadan I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda – İmişli rayonu, Lənkəran şəhəri, Gəncə şəhəri, Saatlı rayonu, Xaçmaz rayonu, Quba rayonu, Yevlax şəhəri, Göyçay rayonu, Zaqatala rayonu, Binəqədi rayonu, Cəlilabad rayonu, Sabunçu rayonunun məktəbliləri mübarizə aparıblar. Yarışda Cəlilabad rayonu birinci, İmişli rayonu ikinci, Gəncə şəhərinin komandası isə üçüncü yerə layiq görülüb.Olimpiya sistemi üzrə altı zonada keçirilən turnirdə idmanın dörd növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərlərindən 2000-dən çox məktəbli iştirak edib.Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini-futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışırlar.Turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.xeber100.com

İyul 1, 2021 2:38