Xəbər verdiyimiz kimi, çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində "EBSL-2021" Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Millimiz seçmə mərhələdə iyunun 17-də Portuqaliya, ertəsi gün Ukrayna, iyunun 19-da isə Almaniya komandası ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, millimiz Avropa çempionatının seçmə oyunlarından sonra iyunun 21-27-də dünya çempionatının seçmə mərhələsində iştirak edəcək və püşkə əsasən İsveçrə və Fransa milli komandaları ilə qarşılaşacaq.Komandamızın seçmə mərhələlər üçün heyətinə Elçin Qasımov, Vaqif Şirinbəyov, Elşad Manafov, Renat Sultanov, Orxan Məmmədov, Əbdül Əliyev, Comərd Baxşəliyev, Amid Nəzərov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev və Sabir Allahquliyev dəvət olunublar.xeber100.com