“Champions Chess Tour” seriyasının altıncı mərhələsi start götürəcək

Mayın 23-də şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsi - “The FTX Crypto Cup” start götürəcək.Azərtac xəbər verir ki, yarışda Azərbaycanı iki şahmatçı - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər. Şahmatçılarımızla yanaşı, turnirdə Maqnus Karlsen, amerikalı qrossmeysterlər Fabiano Karuana, Hikaru Nakamura, Uesli So, Rusiya təmsilçiləri Yan Nepomnyaşi, Pyotr Svidler, Daniil Dubov, Aleksandr Qrişuk, çinli Liren Dinq, niderlandlı Aniş Giri, fransalı Maksim Vaşye-Laqrav, FIDE təmsilçisi iranlı Alireza Firuzca, argentinalı Alan Piçot, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.Turnirin birinci turunda T.Rəcəbov H.Nakamura, Ş.Məmmədyarov M.Karlsenlə mübarizə aparacaq. Hər iki şahmatçımız ağ fiqurlarla oynayacaq.“The FTX Crypto Cup” turnirinin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar dəyərində bitkoin bonus olacaq.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək. Seriyanın ümumi mükafat fondu isə 1 milyon 500 min ABŞ dolları təşkil edir.Qeyd edək ki, Ş.Məmmədyarov seriyanın bundan əvvəlki – beşinci mərhələsində L.Aronyanı məğlub edərək üçüncü yeri tutub. Turnirin qalibi isə M.Karlsen olub.Xatırladaq ki, altıncı dəfə keçirilən yarışda T.Rəcəbov da yüksək nəticələrlə yadda qalıb. Belə ki, təmsilçimiz seriyanın ikinci - “Airthings Masters” turnirinin qalibi olub. O, üçüncü mərhələdə - “Opera Euro Rapid” turnirində üçüncü yeri tutub.xeber100.com

May 23, 2021 7:16

Futbol üzrə İsveçrə millisinin genişləndirilmiş heyəti açıqlanıb

Futbol üzrə İsveçrə millisinin Avropa çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.Azərtac xəbər verir ki baş məşqçi Vladimir Petkoviç milliyə 29 futbolçu dəvət edib. Heyətdə qapıçılardan Yann Zommer ("Borussiya" Münhenqladbax), Yonas Omlin ("Monpelye"), İvon Mvoqo (PSV), Qreqor Kobel ("Ştutqart"), müdafiəçilərdən Rikardo Rodriqes ("Torino"), Niko Elvedi ("Borussiya" Münhenqladbax), Manuel Akandji ("Borussiya" Dortmund), Eray Komert, Silvan Vidmer ("Bazel"), Kevin Mbabu ("Volfsburq"), Fabian Şer ("Nyukasl"), Lorisa Benito ("Bordo"), Cordan Lotomba ("Nitsa"), Beçir Omeraqiç ("Sürix") yer alıblar. Yarımmüdafiəçilərdən Qranit Caka ("Arsenal"), Remo Froyler ("Atalanta"), Denis Zakariya("Borussiya" Münhenqladbax), Cibril Sou, Stiven Zuber ("Ayntraxt" Frankfurt), Kristian Fassnaxt ("Yanq Boyz"), Edimilson Fernandes ("Maynts"), hücumçulardan Ruben Varqas ("Auqsburq"), Cerdan Şakiri ("Liverpul"), Admir Mehmedi ("Volfsburq"), Haris Seferoviç ("Benfika"), Bril Embolo ("Borussiya" Münhenqladbax), Mario Qavranoviç ("Dinamo" Zaqreb), Dan Ndoye ("Nitsa"), Andi Zekiri ("Brayton") genişləndirilmiş heyətə daxil ediliblər.Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İsveçrə millisi A qrupunda Türkiyə, İtaliya və Uelslə birgə mübarizə aparacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com

May 20, 2021 7:31