Fransa millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Futbol üzrə Fransa millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Didye Deşam milliyə 26 nəfər çağırıb. Heyətdə qapıçılardan Uqo Loris (“Tottenhem”, İngiltərə), Mayk Menyan (“Lill”), Stiv Mandanda (“Lion”), müdafiəçilərdən Luka Din (“Everton”), Lukas Hernandes (“Bavariya”), Presnel Kimpembe (“Paris Sen-Jermen”), Jul Künde (“Sevilya”), Benjamin Pavar (“Bavariya”), Kleman Lenqle (“Barselon”), Rafael Varan (“Real Madrid”), Kurt Zuma (“Çelsi”) yer alıblar. Yarımmüdafiəçilərdən Nqolo Kante (“Çelsi”), Toma Lemar (“Atletiko Madrid”), Pol Poqba (“Mançester Yunayted”), Adrien Rabio (“Yuventus”), Missa Sissoko (“Tottenhem”), Korentin Tolisso (“Bavariya”), Kərim Benzema (“Real Madrid”), Kinqsli Koman (“Bavariya”), Usman Dembele (“Barselona”), Olivye Jiru (“Çelsi”), Antuan Qrizman (“Barselona”), Kilyan Mbappe (“Paris Sen-Jermen”), Markus Türam (“Borussiya Mönhenqladbax”) və Visam Ben-Yeder (“Monako”) heyətə çağırılıblar.Qeyd edək ki, İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kərim Benzema uzun müddətdən sonra Fransa millisinin heyətinə daxil edilib.“Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Fransa millisi Portuqaliya, Almaniya və Macarıstanla birlikdə F qrupunda mübarizə aparacaq. Fransızların ilk oyunu iyunun 15-də Almaniya seçməsinə qarşı olacaq.Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com

May 19, 2021 3:51

Futbol üzrə İtaliya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Futbol üzrə İtaliya millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, baş məşqçi Roberto Mançini milliyə 33 futbolçu çağırıb. Heyətdə qapıçılardan Canluici Donnarumma (“Milan”), Alessio Kranyo (“Kalyari”), Aleks Meret (“Napoli”), Salvatore Sirigu (“Torino”), müdafiəçilərdən Françesko Açerbi, Manuel Ladzari (hər ikisi - “Latsio”), Alessandro Bastoni (“İnter”), Kristian Biragi (“Fiorentina”), Leonardo Banuççi, Corco Kiellini (“Yuventus”), Covanni Di Lorenso (“Napoli”), Alessandro Frorenci (“Paris Sen-Jermen”), Canluka Mançini, Leonardo Spinaccola (“Roma”), Rafael Toloi (“Atalanta”) yer alıblar. Yarımmüdafiəçilərdən Nikolo Borella, Stefano Sensi (“İnter”), Qaetano Kastroville (“Fiorentina”), Brayan Kristante, Lorenso Pelleqrini (“Roma”), Manuel Lokatelli (“Sassuolo”), Matteo Pessina (“Atalanta”), Marko Verratti (“Paris Sen-Jermen”), hücumçulardan Andrea Belotti (“Torino”), Domeniko Berardi, Cakomo Raspadori (“Sassuolo), Federiko Bernardeski, Federiko Kieza (“Yuventus”), Vincenço Qrifo (“Frayburq”), Ciro İmmobile (“Latsio”), Lorenso İnsinya, Mateo Politano (“Napoli”) və Moyze Kin (“Paris Sen-Jermen”) heyətə çağırılıblar.R.Mançininin dəvət göndərdiyi futbolçular mayın 24-dən sonra təlim-məşq toplanışına cəlb olunacaqlar. Çağırılan oyunçulardan “Çelsi” klubunun iki futbolçusu – Jorginyo və Emerson Palmieri milli komandaya bu ayın sonunda – UEFA Çempionlar Liqasının final görüşündən sonra qatılacaqlar.Qeyd edək ki, “Avro-2020” bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İtaliya millisi Türkiyə, Uels və İsveçlə birlikdə A qrupunda mübarizə aparacaq. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə qarşılaşmalarına, eləcə də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.xeber100.com

May 18, 2021 7:34

İtaliya A Seriyasının 37-ci turu çərçivəsində digər görüşlər keçiriləcək

Mayın 16-da futbol üzrə İtaliya A Seriyasının 37-ci turu çərçivəsində digər görüşlər keçiriləcək.Azərtac xəbər verir ki, turun ikinci oyun gününün ən maraqlı görüşü “San-Siro” stadionunda baş tutacaq. “Milan” klubu autsayder “Kalyari”ni qəbul etməsinə baxmayaraq, bu oyun Milan təmsilçiləri üçün böyük önəm kəsb edir. Belə ki, klub doqquz illik fasilədən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazana bilər. Bu vəsiqəni əldə etmək üçün milanlılar “Kalyari” klubunu mütləq məğlub etməlidirlər.Hazırda turnir cədvəlində vəziyyət belədir: ötən gün beşinci yerdə qərarlaşan “Yuventus” klubu vaxtından əvvəl çempionluğunu təmin etmiş “İnter”i məğlub edərək xal ehtiyatını 75-ə çatdırıb. Turin təmsilçisi UEFA Çempionlar Liqasına vəsiqəni təmin edən dördüncü pilləyə ən azı bir günlük yüksəlib. Müvəqqəti beşinci pilləyə enən və aktivində 73 xal olan “Napoli” isə bu gün “Fiorentina” komandasının qonağı olacaq. Bu oyunda Neapol təmsilçisi səfər matçında qalib gələrək yenidən “Yuventus”u qabaqlamağa çalışacaq. “Yuventus” ilə eyni xala malik “Milan” isə şəxsi oyunlarda daha üstün olduğundan üçüncü pillədə qərarlaşıb.“Milan” klubu sonuncu dəfə 2012-2013-cü il mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirak edib. Milanlılar İtaliyanın dünyada ən titullu klub komandalarından biri və ən çox beynəlxalq kubok qazanmış futbol klubudur. 1963-cü ildə UEFA Çempionlar Liqasını qazanmaqla bu titulu qazanan ilk İtaliya klubudur. Həmçinin “Milan” UEFA Çempionlar Liqasının kubokunu öz muzeyində əbədi saxlamaq hüququna malik beş Avropa klubundan biridir. UEFA Super Kubokunu ən çox qazanmış iki klubdan biri (6 dəfə) olan “Milan” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının versiyasına görə XX əsrin ən yaxşı üçüncü futbol klubudur.xeber100.com

May 16, 2021 2:08