07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Siti” futbol klubu yeni rekord müəyyənləşdirib

İngiltərənin “Mançester Siti” futbol klubu UEFA Çempionlar Liqasının finalına çıxmaqla yeni rekord müəyyənləşdirib.Azərtac xəbər verir ki, “Mançester Siti” turnirin tarixində həlledici oyuna vəsiqə qazanan doqquzuncu İngiltərə klubu olub. Bu, UEFA Çempionlar Liqasında rekord sayılır. İndiyədək heç bir ölkədən bu qədər klubu finala yüksəlməyib.“Mançester Siti”dən əvvəl “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Mançester Yunayted”, “Arsenal”, “Aston Villa”, “Nottinqem Forest” və “Lids” klubları qitənin ən nüfuzlu klub turnirinin finalında iştirak edib.Xatırladaq ki, “Mançester Siti” klubu “Paris Sen-Jermen” komandasını səfərdə 2:1, ev oyununda isə 2:0 hesabı ilə məğlub edərək ilk dəfə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazanıb.xeber100.com

May 5, 2021 10:27

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək

Mayın 5-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, bununla da turnirin ikinci finalçısı müəyyənləşəcək. İngiltərənin “Çelsi” və İspaniyanın “Real Madrid” komandaları həlledici qarşılaşmaya sonuncu vəsiqə uğrunda cavab matçına çıxacaqlar. İlk oyunda 1:1 hesablı heç-heçəyə nail olan “zadəganlar” Londonda bu üstünlükdən yararlanmağa çalışacaqlar.İtaliyalı FIFA referisi Daniele Orsatonun idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.Meydan sahiblərinin heyətində ciddi itki yoxdur. Mateo Kovaçiçin oynayıb-oynamayacağı sual altındadır. Qonaqlarda isə zədədən əziyyət çəkən Dani Karvahal və Lukas Vaskesin matçı buraxacaqları dəqiqləşib. Rafael Varanla Ferlan Mendinin meydana çıxıb-çıxmayacağı isə bilinmir.Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin ilk finalçısı ötən gün “Paris Sen-Jermen”i iki oyunun nəticəsinə əsasən məğlub edən (2:1, 2:0) “Mançester Siti”dir. Mançester təmsilçisi klub tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb.xeber100.com

May 5, 2021 10:14

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb

Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.Azərtac xəbər verir ki, yarışın birinci günündə kişilər arasında Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq) tatami üzərinə çıxacaqlar. Mübarizəyə onaltıdabir finaldan qoşulan D.Məmmədsoy Rusiya təmsilçisi Albert Oğuzov ilə qarşılaşacaq. Yarışa otuzikidəbir finaldan başlayan E.Hüseynovun birinci görüşdə rəqibi italiyalı Karmine Maria Di Loreto (İtaliya) olacaq.Qadınların yarışında isə startda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) müvafiq olaraq Katarina Mens (Almaniya) və Melani Vieun (Fransa) ilə üz-üzə gələcəklər. Digər qadın güləşçimiz Gültac Məmmədəliyeva (52 kq) Lus Olveyra (Meksika) ilə gücünü sınayacaq. Qadın cüdoçularımızın hər üçü yarışa onaltıdabir finaldan başlayacaqlar.Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.xeber100.com

May 5, 2021 10:09

Macarıstan Tennis Assosiasiyası kubok yarışlarını keçirməkdən imtina edib

Macarıstan Tennis Assosiasiyası Billi Cin Kinq kuboku yarışlarını keçirməkdən imtina edib.Azərtac assosiasiyaya istinadla xəbər verir ki, Budapeştdə təşkili nəzərdə tutulan yarış çətin epidemioloji vəziyyətə görə ləğv edilib. Məlumatı Beynəlxalq Tennis Federasiyasının prezidenti Devid Heqqerti də təsdiqləyib.Budapeşt turnirə ev sahibliyi etmək hüququna 2020-ci ildən sahib olsa da, həmin vaxt yarış koronavirus infeksiyasına görə təxirə salınmışdı.Qeyd edək ki, Billi Cin Kinq kuboku əvvəllər Federasiya kuboku adı ilə təşkil olunub.xeber100.com

May 5, 2021 10:04

Voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində

Xəbər verdiyimiz kimi, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandası mayın 4-də Gürcüstana yola düşüb.Azərtac Azərbaycan  Voleybol Federasiyasına istinadla xəbər verir ki, millimiz “F” qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmalarına qarşı mübarizə aparacaq.Millimizin heyətində Emil Abdullayev, Ramazan Ağabəyov, Aqil Ağazadə, Ruslan Əliyev, Elmin Alişanov, Kənan Allahverdiyev, Dimitriy Baranov, Sənan Dünyamalıyev, Tural Həsənli, Yegor Nikulenko, Mirəşrəf Rzazadə, Andrey Vasilenko və Roman Qurskiy yer alıblar.xeber100.com

May 4, 2021 2:43

İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib

Bu mövsüm İtaliya A seriyasını tərk edəcək ikinci klub müəyyənləşib.Azərtac xəbər verir ki, bu, “Parma”dır. Komandanın 34-cü turda “Torino”ya 0:1 hesablı məğlubiyyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Belə ki, turnirin bitməsinə 4 tur qalmış “Parma” 17-ci pillədə qərarlaşan “Kalyari” ilə xal fərqini 12-yə çatdırıb. Komanda şəxsi görüşlərin nəticələrində “Kalyari”yə uduzduğu üçün son turlarda qələbə qazansa belə, A seriyasında qala bilməyəcək.Qeyd edək ki, bundan əvvəl “Krotone”nin elitanı tərk edəcəyi dəqiqləşib.xeber100.com

May 4, 2021 10:34

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın 36-cı turunda “Kozentsa”nı 4:0 hesabı ilə məğlub edən “Empoli” çempionluğu təmin edib.Bu qələbədən sonra xallarını 70-ə çatdıran Toskana təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi “Salernitana”nı 7 xal qabaqlayır.Beləliklə, “Empoli” A Seriyasına yüksələn ilk komanda olub.xeber100.com

May 4, 2021 10:28

Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib

Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır.Yekun nəticələrə görə, Eltac Səfərli Urfan Sevdimalıyevə qalib gələrək aktivinə 1 xal yazdırıb. Digər oyunlarda - Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Misrətdin İsgəndərov Abdulla Qədimbəyli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı ilə heç-heçə ediblər.On bir turdan ibarət olan yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.xeber100.com

May 4, 2021 10:15

Formula 1 Portuqaliya Qran-Prisinin qalibi müəyyənləşib

Mayın 2-də Formula 1 Portuqaliya Qran-Prisinin qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışda “Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.L.Hamilton cari mövsüm ikinci, karyerasında isə 97-ci qələbəsini qazanıb.Pilotların siyahısına 69 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 61 xalla ikinci, Lando Norris ("McLaren") isə 37 xalla üçüncü pillədə yer alıb.Növbəti yarış mayın 9-da Barselonada təşkil olunacaq.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.xeber100.com

May 3, 2021 2:53

Şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək

Sabah Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək.Azərtac xəbər verir ki, turnirdə Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Fərid Abbasov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Urfan Sevdimalıyev və Kənan Qarayev iştirak edəcəklər.Turnirin oyunları saat 14:00-da start götürəcək. On bir turdan ibarət olan dairəvi sistem üzrə keçiriləcək yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.xeber100.com

May 3, 2021 2:51
    Page 195 of 831« First«...102030...193194195196197...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az