11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib

Futbol üzrə İtaliya B Seriyasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışın 36-cı turunda “Kozentsa”nı 4:0 hesabı ilə məğlub edən “Empoli” çempionluğu təmin edib.Bu qələbədən sonra xallarını 70-ə çatdıran Toskana təmsilçisi sona 2 tur qalmış ən yaxın izləyicisi “Salernitana”nı 7 xal qabaqlayır.Beləliklə, “Empoli” A Seriyasına yüksələn ilk komanda olub.xeber100.com

May 4, 2021 10:28

Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib

Bu gün Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatının birinci turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, yarışda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparır.Yekun nəticələrə görə, Eltac Səfərli Urfan Sevdimalıyevə qalib gələrək aktivinə 1 xal yazdırıb. Digər oyunlarda - Nicat Abasov Aydın Süleymanlı, Vüqar Əsədli Nicat Məmmədov, Misrətdin İsgəndərov Abdulla Qədimbəyli, Kənan Qarayev Vasif Durarbəyli, Fərid Abbasov Məhəmməd Muradlı ilə heç-heçə ediblər.On bir turdan ibarət olan yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.xeber100.com

May 4, 2021 10:15

Formula 1 Portuqaliya Qran-Prisinin qalibi müəyyənləşib

Mayın 2-də Formula 1 Portuqaliya Qran-Prisinin qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, yarışda “Mercedes”in pilotu Luis Hamilton birinci olub. Maks Ferstappen ("Red Bull Racing") yarışı ikinci, Valtteri Bottas (“Mercedes”) isə üçüncü pillədə başa vurublar.L.Hamilton cari mövsüm ikinci, karyerasında isə 97-ci qələbəsini qazanıb.Pilotların siyahısına 69 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 61 xalla ikinci, Lando Norris ("McLaren") isə 37 xalla üçüncü pillədə yer alıb.Növbəti yarış mayın 9-da Barselonada təşkil olunacaq.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.xeber100.com

May 3, 2021 2:53

Şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək

Sabah Naxçıvanda kişi şahmatçılar arasında Azərbaycan çempionatı start götürəcək.Azərtac xəbər verir ki, turnirdə Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Fərid Abbasov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Urfan Sevdimalıyev və Kənan Qarayev iştirak edəcəklər.Turnirin oyunları saat 14:00-da start götürəcək. On bir turdan ibarət olan dairəvi sistem üzrə keçiriləcək yarışın yarımfinal mərhələsi mayın 15-də başlayacaq. Turnir mayın 18-dək davam edəcək.xeber100.com

May 3, 2021 2:51

Güləş üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək

Mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edəcək sərbəst güləş üzrə millimiz mayın 3-də Bolqarıstana yollanıb.Sonuncu lisenziya turnirində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) çıxış edəcəklər. Yarışın proqramına əsasən, sərbəst güləşçilər mayın 6-7-də Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaqlar.Güləşin bu növündə 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə təmin edilib. Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turnirində olimpiya kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq.xeber100.com

May 3, 2021 2:49

İngiltərə Çempionşipində 2020/2021-ci il mövsümünün qalibi müəyyənləşib

Futbol üzrə İngiltərə Çempionşipində 2020/2021-ci il mövsümünün qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, bu komanda “Norviç Siti” olub. Daniel Farkenin kollektivi 45-ci turda “Ridinq” üzərində 4:1 hesabı ilə qalib gəlməklə aktivindəki xalların sayı 96-ya yüksəlib. Bununla da “Norviç Siti” ən yaxın izləyicisi “Uotford”la fərqi 8-ə çatdırıb. Beləliklə, klub sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib.Komanda gələn mövsüm üçün Premyer Liqaya vəsiqəni də təmin edib. Bu, “Norviç Siti”nin Çempionşipdə son 3 mövsümdə 2-ci qələbəsidir.Ötən mövsüm də ölkənin əsas çempionatında çıxış edən “Norviç Siti” yarışı sonuncu pillədə tamamlayaraq aşağı liqaya düşmüşdü.xeber100.com

May 3, 2021 2:47

Futbol üzrə Türkiyə çempionatının 39-cu turu çərçivəsində

Mayın 1-də futbol üzrə Türkiyə çempionatının 39-cu turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Hatayspor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları 7:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin qollarını Babayide David (öz qapısına, 2-ci dəqiqə), Kayl Larin (11, 14, 55, 65), Georges Kevin Nkoudou (38) və Rıdvan Yılmaz (44) vurublar.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 81 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 73 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 72 xala malik olan “Qalatasaray" qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.xeber100.com

May 2, 2021 2:56

“Champions Chess Tour” şahmat seriyasının “New In Chess Classic” turnirində

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində final mərhələsinin cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yer uğrunda ermənistanlı Levon Aronyanla həlledici mərhələdə mübarizə aparacaq.Qeyd edək ki, təmsilçimiz birinci matçda iki qələbə qazanıb, ikisində isə məğlub olub. Çempionluq uğrunda norveçli Maqnus Karlsen isə birinci matçda ABŞ təmsilçisi Hikaru Nakamuraya 3:1 hesabı ilə qalib gəlib.Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-də başa çatacaq.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabrınadək davam edəcək.xeber100.com

May 2, 2021 2:54

Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb

Futbol üzrə Azərbaycan kubokunda mövsümün ilk het-triki qeydə alınıb.Azərtac xəbər verir ki, “Keşlə”nin futbolçusu Sezar Meza Kolli “Zirə” ilə səfər oyununda 3 qol vuraraq komandasının 3:2 hesablı qələbəsində əsas pay sahibi olub. Paraqvaylı futbolçuyadək kubokda sonuncu het-trik 729 gün öncə gerçəkləşib. Həmin vaxt da indiki kimi yarımfinalın cavab matçına təsadüf edən het-trik “Zirə”nin ev oyununda qonaq komandanın futbolçusunun hesabına yazılıb. “Sumqayıt”ın futbolçusu Peyman Babayi 2019-cu il mayın 1-dəki görüşdə 3 qol vurub və komandası 3:3 hesablı heç-heçədən sonra (ilk oyunda 0:0) finala yüksəlib. Hər iki qarşılaşmada qonaqlar Zirə İdman Kompleksində vurulan səfər qollarının sayəsində mərhələ adlayıblar.Sezar həm də “Keşlə”nin heyətində son 14 ildə kubokda bir matça ən azı 3 qol vuran ilk oyunçu olub.xeber100.com

May 1, 2021 11:03

Dünya Güləş Birliyinin məlumatı əsasında…

Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.Azərtac Dünya Güləş Birliyinin (UWW) saytına istinadla xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.Turnirdə ölkəmizi qadın güləşi yarışlarında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər.Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən isə İslam Abbasov (87 kq) dörd illiyin zirvə yarışında iştirak hüququ qazanıb. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) “Tokio-2020”yə vəsiqəni təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.xeber100.com

May 1, 2021 10:59
    Page 196 of 831« First«...102030...194195196197198...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az