03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək

Aprelin 19-da Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.Aprelin 18-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) yunanıstanlı Yannis Martidis, Əhmədnəbi Qvarzatilov (61 kq) Almaniya təmsilçisi Viktor Lizen, Əli Rəhimzadə (65 kq) ermənistanlı Gevorq Tadevosyan, Turan Bayramov (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya), Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Rəşad Yusifli (79 kq) Polşa güləşçisi Andrey Sokalski, Hacımurad Məhəmmədsəidov (86 kq) Artur Nayfonov (Rusiya), Osman Nurməhəmmədov (92 kq) almaniyalı Robin Ferdinand, Şamil Zubairov (97 kq) isə rumıniyalı Albert Saritov ilə qarşılaşacaq.Qeyd edək ki, aprelin 19-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.xeber100.com

Aprel 18, 2021 11:25

Cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib.Azərtac xəbər verir ki, “Tokio 2020”-yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulsa da, çıxışlarını erkən başa vurublar. Belə ki, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov onaltıdabir finalda almaniyalı Niklas Bloxla qalib gəlsə də, növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə məğlub olub. Onunla eyni çəkidə mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrakla ilk qarşılaşmasında uduzub.Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.xeber100.com

Aprel 17, 2021 11:33

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 47-ci dəqiqəsində çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. Oyunun 74-cü dəqiqəsində Mirabdulla Abbasov ikinci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.Bu nəticə ilə “Neftçi” xallarını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. “Zirə” isə 32 xalla 4-cü pillədə qalıb.Qeyd edək ki, günün ilk matçında “Keşlə” evdə “Sabah”la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə “Qarabağ” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” isə doğma meydanda “Qəbələ”yə 2 cavabsız qolla qalib gəlib.xeber100.com

Aprel 17, 2021 11:31

UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub

Aprelin 15-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.İngiltərənin "Mançester Yunayted" və "Arsenal", İspaniyanın "Vilyarreal" və İtaliyanın "Roma" klubları yarımfinala vəsiqə qazanıblar. "Qırmızı şeytanlar" İspaniyada qalib gəldiyi "Qranada"nı evdə də eyni hesabla məğlub edib. "Topçular" isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın "Slaviya" (Praqa) komandasını səfərdə darmadağın edib - 4:0. "Roma" İtaliyada Niderland "Ayaks"ı ilə bərabərə qalıb - 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan "canavarlar" adını növbəti mərhələyə yazdırıb. "Vilyarreal" isə İspaniyada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.xeber100.com

Aprel 16, 2021 12:13

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edirlər.Yarışda 80-ə yaxın qız və oğlan atlet 8 məsafə üzrə mübarizə aparırlar.Yarışda qalib gələn idmançılar respublika çempionatına vəsiqə qazanacaqlar.

Aprel 16, 2021 12:11

Boks üzrə gənclər arasında dünya birinciliyi davam edir

Polşanın Keltse şəhərində boks üzrə gənclər arasında dünya birinciliyi davam edir.Azərtac xəbər verir ki, turnirin üçüncü günündə üç boksçumuz rinqə çıxacaq. Belə ki, təmsilçilərimizdən Avropa çempionu Əli Zamanov bu gün ikinci görüşünə çıxacaq. Boksçumuz ilk qarşılaşmasında erməni idmançı Ruben Qarboyanı 3:0 hesabı ilə məğlub edərək səkkizdəbir finala vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi tailandlı Tanakon Aonyaem olacaq. Digər boksçularımız Cəlal Qurbanov (60 kq) Ferens Samu (Macarıstan) ilə, Samir Nəsirov (69 kq) isə Petar Knezeviç (Xorvatiya)- Mateus Urban (Polşa) cütünün qalibi ilə ilk qarşılaşmalarında üz-üzə gələcəklər.Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.xeber100.com

Aprel 15, 2021 2:28

UEFA Avropa Liqasında final mərhələsinin cavab görüşləri keçiriləcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin cavab görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, cavab qarşılaşmalarından sonra yarımfinala vəsiqələrin sahibləri bəlli olacaq.Gecənin maraqlı oyunlarından biri İtaliyada baş tutacaq. Niderlandda “Ayaks”a 2:1 hesabı ilə qalib gələn “Roma” cavab qarşılaşmasında üstünlüyünü qorumağa çalışacaq.“Mançester Yunayted” İngiltərədə İspaniyanın “Qranada” komandasını sınağa çəkəcək. İlk görüşdə 2:0 hesablı qələbə qazanmış “Qırmızı şeytanlar” cütün taleyini demək olar ki, həll ediblər.“Qarabağ”la eyni qrupda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubunun da yarımfinala adlamaq üçün yaxşı şansı var. Xorvatiyada “Dinamo Zaqreb” klubunu minimal hesabla məğlub edən La Liqa təmsilçisinə evdə heç-heçə də sərf edəcək.İngiltərənin “Arsenal” klubu isə Çexiyada “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən verən “Topçular” mərhələni keçmək üçün səfərdə ya qələbə qazanmalı, ya da ən azı bol qollu heç-heçə etməlidirlər.xeber100.com

Aprel 15, 2021 2:26

Taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, komandamızı yarışda 3 idmançı təmsil edəcək. Belə ki, qadınların yarışında Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Avropa, dünya və Olimpiya çempionu Radik İsayev (80 kiloqramdan yuxarı) mübarizə aparacaq.Turnir 3 gün davam edəcək.xeber100.com

Aprel 15, 2021 2:24

“Zəfər kuboku” onlayn şahmat turniri keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə 18 yaşadək Bakı və Sumqayıt şahmatçıları arasında “Zəfər kuboku” onlayn turniri keçirilib.BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, www.chess.com şahmat portalında təşkil olunan yarışa nəzarət vaxtı 3 dəqiqə və əlavə 2 saniyə olmaqla, İsveçrə sistemi ilə 9 turdan ibarət olub.Yetmiş səkkiz şahmatçının mübarizə apardığı yarışda Rüstəm Rüstəmov (Sumqayıt) 8 xalla birinci olub. Digər Sumqayıt təmsilçiləri Yunis Mahmudzadə yarışı ikinci, İlknur Məmmədov isə üçüncü pillədə başa vurublar. Qızların yarışında Sumqayıt şahmatçısı Aytac Kərimli bütün rəqiblərini qabaqlayaraq 7,5 xalla birinci olub. Bakı təmsilçisi Xanım İsmayılova gümüş, Nurtən Nuriyeva (Sumqayıt) isə bürünc medala sahib olublar.xeber100.com

Aprel 15, 2021 2:21

UEFA Çempionlar Liqasında final mərhələsinin cavab oyunları keçirilib

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin cavab oyunları keçirilib.Azərtac xəbər verir ki, koronavirus pandemiyası səbəbindən İngiltərənin “Çelsi” klubu Portuqaliyanın “Portu” komandasını İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda qəbul edib. Oyunun sonuna əlavə olunan dəqiqlərdə “Portu” klubunun oyunçusu Mehdi Taremi baxımlı qola imza atıb. Oyun minimal hesabla başa çatıb (0:1). İlk qarşılaşmada “Çelsi” rəqibini 2:0 hesabla məğlub etdiyindən yarımfinala adlayıb.Günün maraqla gözlənilən digər matçı “Bavariya” ilə “Paris Sen-Jermen” arasında baş tutub. İlk qarşılaşmada “Bavariya”nı 3:2 hesabı ilə üstələmiş “Paris Sen-Jermen” bu qarşılaşmada 0:1 hesabı ilə məğlub olub. Oyundakı yeganə qola 40-cı dəqiqədə Erik Maksim imza atıb. Əldə olunan qələbə “Bavariya”nın yarımfinala yüksəlməsi üçün kifayət etməyib.Beləliklə “Çelsi” və “Paris Sen-Jermen” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.xeber100.com

Aprel 14, 2021 9:45
    Page 199 of 830« First«...102030...197198199200201...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az