11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Dünya kuboku yarışları üçün Kolumbiya komandasının heyəti açıqlanıb

Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışları üçün Kolumbiya komandasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, turnirdə fərdi proqramda Lina Dussan və Oriana Vinas çıxış edəcək.Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.xeber100.com

Aprel 27, 2021 2:20

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı əsasında…

Aprelin 24-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 90 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 8830, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 7260 nəfər olub.Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 412 min 481-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 934 min 906, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 477 min 575 nəfərdir.xeber100.com

Aprel 24, 2021 8:33

“Champions Chess Tour” şahmat seriyasının növbəti turniri start götürür

Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürür.Azərtac xəbər verir ki, “New İn Chess Classic” adlanan turnirdə iki şahmatçımız - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizəyə başlayır. Birinci turda Ş.Məmmədyarov Hikaru Nakamura, T.Rəcəbov Qeveyn Consa qarşı mübarizə aparacaqlar.Turnirdə şahmatçılarımız və rəqibləri ilə yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edirlər.Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com

Aprel 24, 2021 8:01

Varşavada güləş üzrə Avropa çempionatı davam edir

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yarışın altıncı günündə - aprelin 24-də daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.Güləşçilərimizdən Murad Bazarov (60 kq) belaruslu Qleb Makaranka, Namaz Rüstəmov (67 kq) Serbiya idmançısı Mate Nemes, Xasay Həsənli (72 kq) moldovalı Valentin Petiç, Tuncay Vəzirzadə (82 kq) Mixail Bradu (Moldova), Zamir Məhəmmədov (97 kq) isə Balaş Kiss (Macarıstan) ilə qarşılaşacaq.Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.xeber100.com

Aprel 24, 2021 7:59

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova təmsil edəcəklər.Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da medallar uğrunda mübarizə aparacaq.Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.xeber100.com

Aprel 23, 2021 2:44

“Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri başlayacaq

Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri başlayacaq.Azərtac xəbər verir ki, “Newin Chess Classic” adlanan turnirdə iki şahmatçımız - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov mübarizə aparacaq.Şahmatçılarımızın rəqibləri Maqnus Karlsen, amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingiltərəli Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha olacaqlar.Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com

Aprel 23, 2021 2:42

Varşavada güləş üzrə Avropa çempionatı davam edir

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimizin rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.Güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddəbir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) ilə qarşılaşacaq.Millimizin üzvü Sənan Süleymanov (77 kq) səkkizdəbir finalda finlandiyalı rəqibini vaxtından əvvəl üstələyib. İdmançımızın növbəti rəqibi Yunus Əmrə Başar (Türkiyə) olacaq.Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.xeber100.com  

Aprel 23, 2021 2:40

Avropa çempionatının keçiriləcəyi şəhərlərin siyahısı təsdiqlənib

UEFA İcraiyyə Komitəsi Avropa çempionatının oyunlarının keçiriləcəyi şəhərlərin siyahısını təsdiqləyib.AZƏRTAC xəbər verir ki, UEFA Almaniyanın Münxen şəhərində əvvəlcədən nəzərdə tutulan matçların keçiriləcəyini təsdiqləyib. Bilbao və Dublində keçirilməsi planlaşdırılan “Avro-2020” qrup mərhələsinin oyunlarının isə müvafiq olaraq Sevilya və Sankt-Peterburqa keçirilməsinə qərar verilib. Orada "E" qrupunun komandaları oynayacaq.İspaniya millisinin İsveç, Polşa və Slovakiyaya qarşı oyunları Sevilyada, Polşa - Slovakiya, İsveç - Slovakiya və İsveç - Polşa oyunları Sankt-Peterburqda baş tutacaq.Beləliklə, “Avro-2020”nin oyunlarına Bakı (Azərbaycan) ilə yanaşı, Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) ev sahibliyi edəcək. Oyunların iyunun 11-dən iyulun 11-dək keçirilməsi planlaşdırılıb.Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.xeber100.com

Aprel 23, 2021 2:38

Şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində sonuncu turun oyunları keçiriləcək

Bu gün Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” turnirində sonuncu turun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, ilk turdan üstünlüyü əlində saxlayan Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbənin bir addımlığındadır. Təmsilçimiz sonuncu turda yerli idmançı Marko Krivokapic ilə qarşılaşacaq. Şahmatçımız ötən turların nəticəsinə görə 6 xalla turnir cədvəlinin vahid lideridir.Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.xeber100.com

Aprel 22, 2021 2:47

“Erzurumspor” klubu 4 futbolçusu ilə müqaviləsinə xitam verib

Türkiyənin “Erzurumspor” klubu 4 futbolçusu ilə müqaviləsinə xitam verib.Azərtac xəbər verir ki, klub Brahim Darri, El Kabir, Manuel da Kosta və Aatif Şaeşue ilə yollarını ayırıb.Qeyd edək ki, “Erzurumspor” 35 oyundan 34 xal toplayaraq turnir cədvəlində 21 komanda arasında 18-ci pillədə qərarlaşıb.xeber100.com

Aprel 22, 2021 2:44
    Page 198 of 831« First«...102030...196197198199200...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az