07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Mayın 1-2-də cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək

Mayın 1-2-də Kazanda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.Azərtac xəbər verir ki, turnirdə Azərbaycanın 10 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) gücünü sınayacaqlar.xeber100.com

Aprel 20, 2021 2:58

Varşavada güləş üzrə Avropa çempionatı davam edir

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın ikinci günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparırlar.Millimizin üzvü Əhmədnəbi Qvarzatilov (61 kq) startda Almaniya güləşçisi Viktor Lizeni vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimizin rəqibi ukraynalı Andrey Celep olacaq.Əşrəf Aşırov (74 kq)üçün Avropa çempionatında debüt uğurlu alınmayıb. Həmyerlimiz ilk mərhələdə türk həmkarı Fazlı Eryılmaza minimal fərqlə uduzub.Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) səkkizdəbir finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub.Osman Nurməhəmmədov (92 kq) ilk görüşdə alman güləşçi Robin Ferdinand üzərində inamlı qələbə qazanıb. Dörddəbir finalda təmsilçimiz Bolqarıstan güləşçisi Axmed Maqamayev ilə qarşılaşacaq.Qeyd edək ki, millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.xeber100.com

Aprel 20, 2021 2:55

“Champions Chess Tour” şahmat seriyasının beşinci turniri start götürəcək

Aprelin 24-də dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci turniri start götürəcək.Azərtac xəbər verir ki, mayın 2-dək davam edəcək “Newin Chess Classic” adlı turnirdə ölkəmizi iki şahmatçı təmsil edəcək. Bunlar seriyanın ümumi hesabında üçüncü pillənin sahibi Teymur Rəcəbov və Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarovdur.Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatılacağı turnirin mükafat fondu 100 min ABŞ dolları təşkil edəcək. Şahmatçılarımızın rəqibləri isə turnirin təşkilatçısı və ümumi hesabın lideri Maqnus Karlsendən başqa, amerikalı şahmatçılar Hikaru Nakamura, Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem, ingiltərəli Qeveyn Cons və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha olacaqlar.Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.xeber100.com

Aprel 19, 2021 11:25

Bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib

Özbəkistanın paytaxtı Daşkənddə bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi bədii gimnastika üzrə yığma komandamızın üzvləri Arzu Cəlilova və Nərminə Səmədova təmsil ediblər.Gənc gimnastlarımızın çoxnövçülük üzrə çıxışlarının toplam nəticələrinə əsasən, N.Səmədova 33-cü, A.Cəlilova isə 37-ci yerdə qərarlaşıblar.Alətlər üzrə yarışlarda N.Səmədova ən yaxşı nəticəni halqa ilə (24-cü yer), A.Cəlilova isə gürzlərlə (18-ci yer) nümayiş etdirib.xeber100.com  

Aprel 19, 2021 11:22

Formula 1 Emiliya-Romanya Qran-Prisinin qalibi müəyyənləşib

Aprelin 18-də Formula 1 Emiliya-Romanya Qran-Prisinin qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, İtaliyada təşkil olunan mövsümün ikinci yarışında “Red Bull”un pilotu Maks Ferstappen birinci olub. İlk üçlüyü “Mercedes”in pilotu Luis Hamilton və “McLaren”in üzvü Lando Norris tamamlayıb.M.Ferstappen cari mövsüm ilk, karyerasında isə 11-ci qələbəsini qazanıb.Pilotların siyahısına 44 xalla L.Hamilton başçılıq edir. M.Ferstappen 43 xalla ikinci, L.Norris isə 27 xalla üçüncü pillədə yer alıb.Növbəti yarış mayın 2-də Portuqaliyada təşkil olunacaq.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da Bakı şəhər halqasında keçiriləcək.xeber100.com

Aprel 18, 2021 11:29

Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək

Aprelin 19-da Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı start götürəcək.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.Aprelin 18-də güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.Güləşçilərimizdən Əfqan Xaşalov (57 kq) yunanıstanlı Yannis Martidis, Əhmədnəbi Qvarzatilov (61 kq) Almaniya təmsilçisi Viktor Lizen, Əli Rəhimzadə (65 kq) ermənistanlı Gevorq Tadevosyan, Turan Bayramov (70 kq) Nikolae Koyokaru (Böyük Britaniya), Əşrəf Aşırov (74 kq) türkiyəli Fazlı Eryılmaz, Rəşad Yusifli (79 kq) Polşa güləşçisi Andrey Sokalski, Hacımurad Məhəmmədsəidov (86 kq) Artur Nayfonov (Rusiya), Osman Nurməhəmmədov (92 kq) almaniyalı Robin Ferdinand, Şamil Zubairov (97 kq) isə rumıniyalı Albert Saritov ilə qarşılaşacaq.Qeyd edək ki, aprelin 19-da 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start veriləcək. Digər çəkidə güləşənlər isə növbəti gün xalça üzərinə çıxacaqlar.xeber100.com

Aprel 18, 2021 11:25

Cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib

Portuqaliyanın paytaxtı Lissabonda cüdo üzrə Avropa çempionatında ikinci günün yarışları keçirilib.Azərtac xəbər verir ki, “Tokio 2020”-yə lisenziya xarakterli yarışın ikinci günündə iki idmançımız mübarizəyə qoşulsa da, çıxışlarını erkən başa vurublar. Belə ki, kişilər arasında 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov onaltıdabir finalda almaniyalı Niklas Bloxla qalib gəlsə də, növbəti mərhələdə Belçika təmsilçisi Matias Kasseyə məğlub olub. Onunla eyni çəkidə mübarizə aparan Murad Fətiyev türkiyəli Vedat Albayrakla ilk qarşılaşmasında uduzub.Qeyd edək ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Kəramət Hüseynov bürünc medal qazanıb.Qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Yarışda Azərbaycanı 9 idmançı təmsil edir.xeber100.com

Aprel 17, 2021 11:33

Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Neftçi” klubu “Zirə”ni qəbul edib. “Bakcell Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.Görüşdə bütün qollar ikinci hissədə vurulub. Matçın 47-ci dəqiqəsində çempionatın bombardiri Namik Ələskərov hesabı açıb. Oyunun 74-cü dəqiqəsində Mirabdulla Abbasov ikinci topu rəqibin qapısından keçirib. Cəmi 3 dəqiqə sonra Ələskərov dubl edib. Bu, onun Premyer Liqada 16-cı qolu olub. Son nöqtəni isə matçın əsas vaxtına əlavə olunmuş sonuncu - 2-ci dəqiqədə Stiven Jozef-Monroz qoyub.Bu nəticə ilə “Neftçi” xallarını 46-ya çatdıraraq lider “Qarabağ”la fərqi minimuma endirib. “Zirə” isə 32 xalla 4-cü pillədə qalıb.Qeyd edək ki, günün ilk matçında “Keşlə” evdə “Sabah”la qolsuz bərabərliyə razılaşıb. İlk oyun günündə “Qarabağ” səfərdə “Səbail”lə 1:1 hesablı heç-heçə edib. “Sumqayıt” isə doğma meydanda “Qəbələ”yə 2 cavabsız qolla qalib gəlib.xeber100.com

Aprel 17, 2021 11:31

UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub

Aprelin 15-də futbol üzrə UEFA Avropa Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, bununla da növbəti raunda adlayan komandalar müəyyənləşib.İngiltərənin "Mançester Yunayted" və "Arsenal", İspaniyanın "Vilyarreal" və İtaliyanın "Roma" klubları yarımfinala vəsiqə qazanıblar. "Qırmızı şeytanlar" İspaniyada qalib gəldiyi "Qranada"nı evdə də eyni hesabla məğlub edib. "Topçular" isə Londonda 1:1 hesablı heç-heçəyə razılaşdığı Çexiyanın "Slaviya" (Praqa) komandasını səfərdə darmadağın edib - 4:0. "Roma" İtaliyada Niderland "Ayaks"ı ilə bərabərə qalıb - 1:1. İlk oyunda 2:1 hesablı qələbə qazanan "canavarlar" adını növbəti mərhələyə yazdırıb. "Vilyarreal" isə İspaniyada Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna heç bir şans verməyib. Səfər oyununda minimal hesablı qələbəyə sevinən La Liqa təmsilçisi evdə də rəqibini məğlub edib.xeber100.com

Aprel 16, 2021 12:13

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib

Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatına start verilib.Azərtac xəbər verir ki, Azərbaycan Atletika Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda yeniyetmələr, gənclər və böyüklər iştirak edirlər.Yarışda 80-ə yaxın qız və oğlan atlet 8 məsafə üzrə mübarizə aparırlar.Yarışda qalib gələn idmançılar respublika çempionatına vəsiqə qazanacaqlar.

Aprel 16, 2021 12:11
    Page 199 of 831« First«...102030...197198199200201...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az