İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib

Aprelin 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Tottenhem Xotspur” stadionunda oynanılan görüşdə iki əzəli rəqib - “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb.Görüşdə ilk qol matçın 33-cü dəqiqəsində vurulub. Edison Kavanin qolunu baş hakim videonəzarət (VAR) sisteminə baxdıqdan sonra ləğv edib.Gərgin keçən birinci hissənin başa çatmasına beş dəqiqə qalmış hesab açılıb. Son Xin-Min meydan sahiblərini hesabda önə çıxarıb.Fasilədən sonra hücumları artıran “Mançester Yunayted” matçın 57-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Fred adını tabloya yazdırıb.Qarşılaşmanın 79-cu dəqiqəsində Mançester təmsilçisi ikinci dəfə fərqlənib. Edison Kavani Bruno Fernandeşin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi endirib. Bu da oyunda son qol olmayıb. Oyunun əsas vaxta əlavə olunmuş altıncı dəqiqədə “Mançester Yuneyted” üçüncü dəfə meydan sahiblərinin qapısına yol tapıb. Meyson Qrinvud oyunda son nöqtəni qoyub.Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Mançester Yuneyted” turnir cədvəlində ikinci, “Tottenhem” isə 49 xalla yeddinci yerdə qərarlaşıb.Çempionluğa iddialı “Mançester Siti” öz meydanında “Lids Yunayted” komandasını qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Lids Yunayted” bu qələbə sayəsində xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində iki pillə irəliləyib və 9-cu yerdə qərarlaşıb. “Mançester Siti” məğlub olmağına baxmayaraq, 74 xalla Premyer Liqada liderliyinə davam edir.Digər iddialı klub “Liverpul” isə əzəli rəqibindən fərqli olaraq bu turda qələbə qazanıb. Mersessayd təmsilçisi səfərdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. “Liverpul” 52 xalla dördüncü, “Aston Villa” isə 44 xalla 10-cü yerdə qərarlaşıb.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Kristal Palas” - “Çelsi” - 1:4; “Börnli” - “Nyukasl Yunayted” - 1:2; “Vest Ham” - “Lester Siti” - 3:2; “Fulhem” - “Volverhemton” - 0:1.

Aprel 11, 2021 10:53

UEFA Çempionlar Liqasında final mərhələsinin növbəti görüşü keçiriləcək

Bu gün qitənin futbol üzrə ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin daha iki görüşü keçiriləcək.Azərtac xəbər verir ki, gecənin böyük maraqla gözlənilən görüşü Almaniyada turnirin son finalçıları “Bavariya” ilə Fransanın “Paris Sen-Jermen” komandaları arasında olacaq.Qarşılaşmadan əvvəl hər iki komandanın heyətində ciddi itkilər var. Münhen təmsilçisində Robert Levandovski, Duqlas Kosta, Mark Roka, Korentin Tolisso zədə, Serj Qnabri isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcək. Qonaqların heyətində isə Leyvin Kurzava və Mauro İkardi zədəli, Leandro Paredes cəzalıdır. Marko Verratti və Alessandro Florenzidə isə koronavirus aşkarlanıb. Danilonun da oynayıb-oynamayacağı sual altındadır.Gecənin digər oyunu İspaniyada təşkil olunacaq. Səkkizdəbir finalda İtaliyanın “Yuventus” klubunu mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” komandası pandemiya ilə bağlı səyahət məhdudiyyətlərinə görə İngiltərənin “Çelsi” klubunu, “Sevilya”nın ev oyunlarını keçirdiyi “Ramon Sançes Pisxuan” stadionunda qəbul edəcək.Nominal meydan sahiblərinin heyətində Məhəmməd Mbaye zədəli, Serjiu Oliveyra və Mehdi Taremi cəzalı olduqları üçün oynamayacaqlar. London təmsilçisində yeganə itki zədəli Nqolo Kantenin yoxluğudur. Kristian Pulişiçin meydana çıxıb-çıxmayacağı isə bəlli deyil.Bu komandalar arasında cavab qarşılaşmaları aprelin 13-də gerçəkləşəcək.Qeyd edək ki, ilk oyun günündə keçirilən matçlarda İngiltərə klublarından “Liverpul” İspaniyada “Real Madrid”ə 1:3 hesabı ilə uduzub, “Mançester Siti” isə evdə Almaniyanın “Borussiya” (Dortmund) klubuna qalib gəlib - 2:1.xeber100.com

Aprel 7, 2021 11:17