03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Neftçi” futbol klubu legioner futbolçusuna yeni müqavilə təklif edib

“Neftçi” klubu legioner futbolçusu Sabir Buqrinə yeni müqavilə təklif edib.Azərtac xəbər verir ki, baş məşqçi Samir Abasov sözügedən futbolçunun oyunundan tam razıdır və onu növbəti mövsümdə də sərəncamında görmək istəyir. Lakin futbolçu hələlik bu təklifə cavab verməyə tələsmir.Qeyd edək ki, bu mövsümün əvvəlindən “Neftçi”yə cəlb olunan mərakeşli futbolçu 10 oyunda 3 qol vurub.xeber100.com

Aprel 7, 2021 11:11

“Çelsi”nin hücumçusu “İnter” futbol klubuna keçə bilər

“Çelsi”nin hücumçusu Oliviye Jiru “İnter”ə keçə bilər.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 34 yaşlı fransalı futbolçu klubla şəxsi müqaviləsinin detalları barədə artıq razılığa gəlsə də, London klubu ilə transfer qiyməti barədə anlaşa bilmirlər. “İnter” oyunçu üçün 5 milyon avro təklif edir. Lakin “Çelsi” bu transfer üçün ən azı 8 milyon avro istəyir.Cari mövsümdə fransalı Premyer Liqada 14 matçda 4 qol vurub.xeber100.com

Aprel 6, 2021 9:01

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

Moskvada kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, 40 ölkədən 361 idmançının (179 qadın, 182 kişi) iştirak etdiyi yarışda baş məşqçilər Asif Məmmədov (kişilər) və Sərdar Həsənovun (qadınlar) rəhbərliyi altında Azərbaycan yığma komandasının üzvləri də qüvvələrini sınayırlar. Onlardan ilk olaraq Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kiloqram çəki dərəcəsində mübarizə aparıb.Atletimiz birdən qaldırma hərəkətində 95 kiloqram nəticə ilə bürünc, təkanla qaldırma hərəkətində isə 116 kiloqram ilə qızıl medal qazanıb.Toplam 211 (95 + 116) kiloqram nəticə göstərən B.Kostova yekun sıralama da Avropa çempionatının qızıl medalına sahib çıxıb.Xatırladaq ki, B.Kostova 2012-ci, 2015-ci və 2016-cı illərdəki Avropa çempionatlarının və 2015-ci ildəki dünya çempionatının da qalibidir.xeber100.com

Aprel 6, 2021 8:58

Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada

Aprelin 5-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça” doğma meydanda “Dənizlispor”u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Mbvana Samatta olub.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 62 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 61 xala malik olan “Qalatasaray" qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edib.xeber100.com

Aprel 6, 2021 8:55

UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək

Aprelin 6-da qitənin futbol üzrə ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.Azərtac xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.Günün maraqla gözlənilən görüşü İspaniyada “Real Madrid” və İngiltərənin “Liverpul” komandaları arasında olacaq.Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. “Kral klubu”nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı dəqiqdir. Qonaqlarda isə Vircil van Dayk, Cordan Henderson və Divok Origi zədəlidir.Günün digər matçı İngiltərədə gerçəkləşəcək. “Mançester Siti” Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək. “Şəhərlilər”in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.xeber100.com

Aprel 6, 2021 8:54

Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada

Aprelin 4-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri qonaqları minimal hesabla üstələyiblər. Oyunda vurulan yeganə qolun müəllifi Aytac Kara olub.Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb: “Ərzurumspor” - "Konyaspor" - 1:2; "Alanyaspor" - "Gənclərbirliyi" - 1:2; "Ankaragücü" - "Antalyaspor" - 1:0; "Başakşəhər" - "Yeni Malatyaspor" - 3:1. Tura aprelin 5-də keçiriləcək "Fənərbağça" - "Dənizlispor" matçı ilə yekun vurulacaq. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb. Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.xeber100.com

Aprel 5, 2021 2:55

Onlayn şahmat turnirin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi Taleh Mustafazadənin xatirəsinə həsr olunan onlayn şahmat turnirin qalibləri müəyyənləşib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, İsveçrə sistemi üzrə təşkil olunan yarışda Amin Qurbanov birinci olub. Yunis Mahmudzadə yarışı ikinci, Allahverdi Həmidov isə üçüncü pillədə başa vurublar.Qızların yarışında Şəms Fərzəli, Leyla Mirzəliyeva və Röya Çantayeva ilk üçlükdə qərarlaşıblar.Şəhid Taleh Mustafazadə “Vətən Uğrunda”, ”Cəsur Döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.xeber100.com

Aprel 5, 2021 2:53

“Tottenhem” futbol klubunun hücumçusu yeni rekorda imza atıb

İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, 27 yaşlı hücumçu buna ötən gün “Nyukasl” komandası ilə matçda (2:2) nail olub. O, görüşdə dubl etməklə (4 dəqiqədə 2 qol) səfər oyunlarında vurduğu qolların sayını 84-ə çatdırıb. Bu isə Premyer Liqada çıxış edən futbolçular arasında ən yüksək göstərici hesab edilir.Qeyd edək ki, Harri Keyn cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə 41 matçda 29 qol vurub və 16 məhsuldar ötürmə edib.xeber100.com

Aprel 5, 2021 2:50

“Qarabağ” futbol klubu “Keşlə”nin müdafiəçisini transfer etmək istəyir

“Qarabağ” klubu “Keşlə”nin müdafiəçisi Azər Salahlını transfer etmək istəyir.Azərtac xəbər verir ki, hazırda sol cinahda problemi olan Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu mövqedəki boşluğu A.Salahlı ilə doldurmaq istəyir.Qeyd edək ki, A.Salahlı son vaxtlar yaxşı formadadır və artıq millinin də əsas heyət üzvünə çevirilməyə başlayıb. Mövsümün sonunda “Keşlə” ilə müqaviləsi başa çatacaq oyunçu ilə artıq indidən ilkin razılığın əldə edildiyi bildirilir.xeber100.com

Aprel 5, 2021 2:39

Futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində

Aprelin 3-də futbol üzrə Türkiyə çempionatının XXXII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” səfərdə “Hatayspor”un qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Hatay təmsilçiləri qonaqların qapısından üç cavabsız top keçirib. Meydan sahiblərinin qollarını Mame Briam Diouf (21, 73) və Ruben Ribeiro (29) vurub.Günün digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb: “Kayserispor” - "Göztəpə" - 1:1; "Rizəspor" - "Fatih Karagümrük" - 0:0; "Sivasspor" - "Trabzonspor" - 0:0. Turun digər oyunları aprelin 4 və 5-də keçiriləcək. Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 64 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 61 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə 59 xala malik olan “Fənərbağça” qərarlaşıb. Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXXII turda “Qaziantep” istirahət edir.xeber100.com

Aprel 4, 2021 5:32
    Page 202 of 830« First«...102030...200201202203204...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az