07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Carlin” komandası yeni mövsüm üçün heyətini açıqlayıb

Formula 3 yarışında çıxış edən “Carlin” komandası yeni mövsüm üçün heyətini açıqlayıb.Azərtac xəbər verir ki, komanda İdo Koen və Conni Edqardan sonra Kaylen Frederik ilə müqavilə imzalayıb.Qeyd edək ki, Formula 3 yarışının 2021-ci il mövsümü 7 mərhələdən ibarət olacaq. Mayın 7-də Barselonada start götürəcək yarışa oktyabrın 22-24-də Ostin şəhərində keçiriləcək ABŞ Qran-Prisi ilə yekun vurulacaq.xeber100.com

Aprel 2, 2021 3:35

2021-ci ilin ən məhsuldar futbolçularının siyahısı tərtib edilib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən məhsuldar futbolçularının siyahısını tərtib edib.Azərtac xəbər verir ki, siyahıda 34 oyunçu yer alıb. Aktivində 18 qol olan “Bavariya”nın hücumçusu Robert Levandovski cədvəldə birincidir. “Barselona”nın kapitanı Lionel Messi 16 topla ikinci, Tardeli Reis (“Samut Prakan”, Tailand) isə 15 qolla üçüncüdür.Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo 11 qolla 17-ci yerdədir.Qeyd edək ki, siyahıya milli və beynəlxalq səviyyəli turnirlərdə ən azı 10 qol vuran futbolçuların adı daxil edilib.xeber100.com

Aprel 2, 2021 3:32

İdman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.xeber100.com

Aprel 1, 2021 9:01

Cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci yarış günündə

Antalyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin birinci yarış günündə 7 cüdoçumuz mübarizəyə başlayır.Azərtac xəbər verir ki, kişilər arasında keçirilən yarışda Davud Məmmədsoy türkiyəli Emirhan Qarahan, Kəramət Hüseynov (hər ikisi 60 kq) moldovalı Nikolae Foka ilə görüşəcəklər. Nicat Şıxəlizadə Nazon Burns (İrlandiya) - Çingizxan Saqinalıyev (Qazaxıstan) cütünün, Orxan Səfərov (hər ikisi 66 kq) Kennez Qansbeke (Belçika) - Jeremi Sayvell (Malta) cütünün qalibi ilə qarşılaşacaqlar.Qadınların turnirində isə Leyla Əliyeva avstriyalı Katerina Tanzer, Aişə Qurbanlı (hər ikisi 48 kq) türkiyəli Hanife Özcan-rusiyalı Anastasiya Pavlenko cütünün qalibi, Gültac Məmmədəliyeva (52 kq) isə çinli Kexin Zang ilə güclərini sınayacaqlar.Doxsan üç ölkədən 440 cüdoçunun mübarizə apardığı turnirdə Azərbaycan 13 idmançı ilə təmsil olunur. Yarış aprelin 3-dək davam edəcək.xeber100.com

Aprel 1, 2021 8:53

2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo millidə 103-cü qolunu vurub.Azərtac xəbər verir ki, 36 yaşlı futbolçu 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Lüksemburqla qarşılaşmada vurduğu qolla (3: 1) dünya rekorduna daha da yaxınlaşıb. Belə ki, dünya rekordunu qırmaq üçün Ronaldo Portuqaliya millisində daha 7 qol vurmalıdır.K.Ronaldo 2004-cü ildən indiyədək hər təqvim ilində milli komandada qol vurub.xeber100.com

Mart 31, 2021 2:22

Cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək

Aprelin 1-də Antalyada cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.Azərtac xəbər verir ki, yarışda 13 cüdoçumuz mübarizə aparacaq. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Elmar Qasımov, Zelim Katsoyev (hər ikisi 100 kq) və Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.Qadınların turnirində isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Günel Həsənli (hər ikisi 52 kq) qüvvəsini sınayacaqlar.xeber100.com

Mart 31, 2021 2:20

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını təqdim edir

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il aprelin 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeləri dəyişməz qalıb. Belə ki, Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu yerdədir. Digər şahmatçılarımız – 3 pillə irəliləyən Nicat Abbasov 2665 xalla 72-ci pilləyə yüksəlib, Qədir Hüseynov isə 1 pillə geriləyərək 2665 xalla 73-cü pillədə qərarlaşıb. Rauf Məmmədov (2654 xal) isə 90-cı sıradadır.Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.Qadın şahmatçılardan Günay Məmmədzadə (2443) 28-ci, Gülnar Məmmədova (2382) 79-cu, Xanım Balacayeva (2376) 89-cu yerdədirlər.Qadın şahmatçılar arasında isə çinli Yifan Hou (2658) ən yüksək reytinq xalına malikdir.xeber100.com

Mart 31, 2021 2:17

Azərbaycan Premyer Liqasının təqvimi açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunun təqvimi açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu ilə start veriləcək. Oyun saat 16:00-da başlayacaq.Turun ikinci görüşü həmin gün “Bank Respublika Arena”da baş tutacaq. “Sabah” klubu öz meydanında “Səbail” komandasını qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.Daha iki görüşü aprelin 11-də baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda “Zirə” komandası “Keşlə” klubunu qəbul edəcək. Hakimin start fiti saat 17:00-da səslənəcək.Turun son oyunu isə saat 19:15-də çempion “Qarabağ” və “Sumqayıt” komandaları arasında baş tutacaq.XII turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.İyirmi turdan sonra turnir cədvəlində iki liderlik hökm sürür. “Neftçi” və “Qarabağ” klubları 42 xalla ilk iki pillədə qərarlaşıblar. Otuz xalı olan “Zirə” üçüncü, 26 xalla “Sumqayıt” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq “Qəbələ” (23), “Səbail” (18), “Keşlə” (17) və “Sabah” (16) klubları qərarlaşıblar.xeber100.com

Mart 31, 2021 2:15

İtaliya A seriyasında ötən mövsümün ən yaxşı məşqçisi müəyyənləşib

İtaliya A seriyasında ötən mövsümün ən yaxşı məşqçisi müəyyənləşib.Azərtac xəbər verir ki, İtaliya Məşqçilər Birliyinin seçiminə əsasən, qalib “Atalanta” futbol klubunun çalışdırıcısı Can Pyero Qasperini olub. Altmış üç yaşlı mütəxəssisin birinci seçilməsinə onun komandasının 2019-2020-ci il mövsümündə UEFA Çempionlar Liqasının dörddəbir final oyunlarındakı çıxışı da təsir edib.Qasperini ardıcıl 2-ci dəfə bu mükafatı qazanıb.Qeyd edək ki, mütəxəssis 2016-cı ildən “Atalanta”nı çalışdırır. Komanda onun baş məşqçiliyi altında ardıcıl 3 il UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.xeber100.com

Mart 30, 2021 3:01

“İnter” futbol klubu yeni loqosunu ictimaiyyətə təqdim edib

İtaliyanın “İnter” futbol klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.Azərtac klubun “Twitter” hesabına istinadla xəbər verir ki, loqo 3 rəngdən ibarətdir. Emblemdə qara rəngli dairənin içərisində mavi və ağ rənglər yer alıb. Loqonun tam mərkəzində isə İ və M hərfləri (“İnter”, Milan) qeyd olunub. “F” və “C” hərfləri də klubun adında saxlanılıb.Qeyd edək ki, “İnter” İtaliya A seriyasında hazırda 65 xalla liderdir.xeber100.com

Mart 30, 2021 2:22
    Page 204 of 831« First«...102030...202203204205206...210220230...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az