İtaliya A Seriyasının 28-ci turun növbəti oyunu keçirilib

Futbol üzrə İtaliya A Seriyasının 28-ci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, cari mövsüm iddialı oyunu ilə diqqət çəkən, turnir cədvəlində ikinci pillədə yer alan “Milan” səfərdə “Fiorentina” klubunun qonağı olub. Oyunda hesabı “Milan” matçın 9-cu dəqiqədə açıb. Milanlıların əsas qol silahı Zlatan İbrahimoviç qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb. Qarşılaşmanın 17-ci dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Erik Pulqar cərimə zərbəsindən sonra baxımlı qola imza atıb. Birinci hissə 1:1 hesablı heç-heçə ilə başa çatıb.Fasilədən dərhal sonra “Fiorentina” yenidən rəqibin qapısına yol tapa bilib. Frank Riberi Dusan Vlahoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Hücumların kəsərin artıran “Milan” altı dəqiqə sonra fərqlənməyə nail olub. Brahim Diaz adını tabloya yazdırıb. Bu da oyunda son qol olmayıb. Matçın 73-cü dəqiqəsində Türkiyə millisinin futbolçusu Hakan Çalxanoğlu komandasına qələbə qazandıran qola imza atıb. Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişməyib.Bu qələbə sayəsində xal ehtiyatını 59-a çatdıran “Milan” turnir cədvəlində ikinci yerini möhkəmləndirib. “Fiorentina” isə 29 xalla 14-cü yerdə qərarlaşıb.İtaliya A Seriyasının növbəti turunda "Milan” öz meydanında “Sampdoriya”nı qəbul edəcək. “Fiorentina” isə səfərdə “Genoa”nın qonağı olacaq.xeber100.com

Mart 21, 2021 8:04

Güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, turnirin üçüncü yarış günündə - martın 20-də yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Turnirdə 6 güləşçimiz iştirak edəcək. Onlardan biri təsnifat, beşi isə 1/8 finaldan turnirdən mübarizəyə qoşulacaq. Belə ki, Murad Məmmədov (60 kq) litvalı Justas Petraviçyus, İslambek Dadov (67 kq) Mihay Mihut (Rumıniya), Sənan Süleymanov (77 kq) Moldova idmançısı Aleksandrin Qutu, İslam Abbasov (87 kq) Şimon Şimonoviç (Polşa) - Daniel Aleksandrov (Bolqarıstan) cütünün qalibi ilə, Murad Lokyayev (97 kq) yunanıstanlı Laokratis Kesidis, Beka Kandelaki (130 kq) isə Aleksandros Papadatos (Yunanıstan) ilə qarşılaşacaq.Bu gün, həmçinin qadın güləşçilər arasında medal görüşləri keçiriləcək. Leyla Qurbanova (53 kq) və Elis Manolova (68 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar. Alyona Kolesnik (57 kq) və Tatyana Omelçenko (62 kq) isə təsəlliverici görüşlərdə iştirak edəcəklər.Azərbaycan millisi Avropa Olimpiya təsnifat turnirində 4 medal qazanıb. Sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) isə bürünc medala yiyələniblər. H.Əliyev və H.Hacıyev, eyni zamanda, "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər.xeber100.com

Mart 20, 2021 8:49