07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Atletiko Madrid” klubunun hücumçusu karyerasını “Benfika”da davam etdirəcək

İspaniyanın “Atletiko Madrid” futbol klubunun sabiq hücumçusu Dieqo Kosta karyerasını “Benfika”da davam etdirəcək.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 32 yaşlı hücumçu Portuqaliya təmsilçisi ilə razılığa gəlib. Onun “Benfika” ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.Qeyd edək ki, D.Kosta ötən ilin dekabrında “Ateltiko Madrid”dən ayrıldıqdan sonra sərbəstdir.xeber100.com

Mart 25, 2021 6:22

İdman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək

Aprelin 21-25-də İsveçrənin Bazel şəhərində idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, çempionatda ölkəmizi 5 gimnast təmsil edəcək. Millimizin heyətində Ağamurad Qəhrəmanov, İvan Tixonov, Nikita Simonov, Marina Nekrasova və Milana Minakovskaya birincilik uğrunda mübarizə aparacaqlar.Qeyd edək ki, turnirdə 38 ölkədən 280 idmançı mübarizə aparacaq.xeber100.com

Mart 25, 2021 6:19

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Qətər yığması ilə yoldaşlıq oyununun hakimləri müəyyənləşib.Azərtac xəbər verir ki, matçın əsas referisi açıqlanmasa da, köməkçiləri artıq bilinir. Yan xətt hakimləri Tomaş Somolani və Branislav Hançko olacaq. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirəcək. Hakimlər briqadası Slovakiyanı təmsil edir.Martın 27-də Macarıstanın Debretsen şəhərindəki "Nadyerdeyi" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı "A" qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.xeber100.com

Mart 24, 2021 6:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ən yaxşı klubların siyahısını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı klublarının siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, 2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb.Azərbaycandan siyahıda yalnız bir klub – “Qarabağ” var. Ağdam təmsilçisi 1149,5 xalla 98-ci yerdə qərarlaşıb.Ağdam təmsilçisi siyahıda ÇSKA (Moskva, Rusiya), “Atalanta” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Monako”, “Lill” (hər ikisi Fransa), “Everton” (İngiltərə) kimi klubları qabaqlayır.xeber100.com

Mart 24, 2021 6:37

Azərbaycan Triatlon Federasiyasının məlumatı əsasında…

Triatlon üzrə Azərbaycan millisi koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra növbəti yarışda gücünü sınayıb.Azərbaycan Triatlon Federasiyasından Azərtac-a bildiriblər ki, idmançımız Kseniya Levkovskaya Dubayda keçirilən nüfuzlu “İronman 70.3” turnirində çıxış edib.Təmsilçimiz 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiqment və 21,1 kilometr qaçışın daxil edildiyi bütün məsafəni uğurla keçib. Kseniya 4 saat 18 dəqiqə nəticə göstərib və 11-ci olub. Bir müddət əvvəl Levkovskaya Kiyevdə keçirilən “Triatman İron” turnirində qızıl medal qazanmışdı.Triatlet-həvəskarlarımız da Dubay yarışında iştirak ediblər. Aydın Kərimov 5 saat 17 dəqiqə, Fariz Məmmədov 6 saat 6 dəqiqə nəticə göstəriblər.xeber100.com

Mart 23, 2021 7:28

Avropa Voleybol Konfederasiyası hakimlərə növbəti təyinat göndərib

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.Azərtac Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Əliyev və Konstantin Selin martın 24-də Çağırış kubokunun final matçlarını idarə edəcəklər.Eldar Əliyev kişi voleybolçular arasında “Ziraat Bankası” (Türkiyə) – “Allians” (İtaliya) cavab matçının ikinci hakimi olacaq. Görüş Ankarada Başkent Voleybol salonunda baş tutacaq. Qarşılaşmanın birinci hakimi isə bolqarıstanlı Georgiev İlian olacaq.Digər beynəlxalq dərəcəli hakimimiz K.Selin isə Türkiyədə Burhan Felek Voleybol salonunda qadın voleybolçular arasında “Yeşilyurt” (Türkiyə) - “Alba” (Rumıniya) klublarının ikinci final qarşılaşmasında hakimlik edəcək. Matçda birinci hakim italiyalı Vaqni İlaria iştirak edəcək.xeber100.com

Mart 23, 2021 7:26

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığma komandasına qarşı keçirəcək oyununu idarə edəcək hakimlər açıqlanıb.Azərtac xəbər verir ki, qarşılaşmanı Finlandiyadan olan hakimlər idarə edəcəklər.Matçın baş hakimi Kirill Naishouler olacaq. Ona həmyerlisi Arttu Kyynaeraeinen və slovakiyalı Martin Matula kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Slovakiya Futzal Federasiyasının nümayəndəsi Miroslav Jezik, hakim-inspektoru isə belçikalı Perri Gautier olacaq.Qeyd edək ki, Slovakiya-Azərbaycan oyunu aprelin 8-də Levice şəhərindəki idman zalında keçiriləcək.xeber100.com

Mart 23, 2021 7:24

Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunun matçında

Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunun matçında "Pari Sen-Jermen" (PSJ) "Lion"un qonağı olub.Azərtac xəbər verir ki, görüş Lionda "Stad de Lümer" stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolları Danilu və Anxel Di Mariya vurub. "Lion"un heyətində İslam Slimani və Maksvell Korne fərqləniblər.Bu, 22 yaşlı Mbappe üçün rekord göstərici olub. O, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.Mbappe Birinci Liqanın cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, bununla yanaşı, 6 məhsuldar ötürmə edib.PSJ 63 xal yığaraq Birinci Liqanın yarış cədvəlində birinci yerə yüksəlib. "Lion" 60 xalla üçüncü yerdə qərarlaşıb.xeber100.com

Mart 23, 2021 7:23

Onlayn şahmat seriyasının dördüncü mərhələsində

Aniş Giri “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin qalibi olub.Azərtac xəbər verir ki, dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu yarışın final mərhələsində Niderland təmsilçisi Aniş Giri Rusiya şahmatçısı Yan Nepomnyaşinin üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşıb. Turnirdə üçüncü yeri isə norveçli dünya çempionu Maqnus Karlsen tutub. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi Uesli So üzərində qələbə qazanıb. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 min, finalçı 40 min, 3-cü yerin sahibi isə 25 min ABŞ dolları qazanacaq. Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.xeber100.com

Mart 22, 2021 7:50

İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib

Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin son iki oyunu keçirilib.Azərtac xəbər verir ki, günün ilk matçında "Çelsi" doğma meydanda "Şeffild Yunayted"i 2 cavabsız qolla məğlub edib.Qolları 24-cü dəqiqədə Oliver Norvud öz qapısına, 90-cı dəqiqədə isə Hakim Ziyeş vurub.Digər qarşılaşmada "Lester Siti" evdə "Mançester Yunayted"ini 3:1 hesabı ilə məğlub edib. Matçın 24-cü dəqiqəsində Keleçi İhenaço meydan sahiblərini hesabda önə çıxarsa da, 14 dəqiqə sonra Meyson Qrinvud tarazlığı bərpa edib. Qarşılaşmanın 52-ci dəqiqəsində Yuri Tilemans "qırmızı şeytanlar"ı ikinci dəfə məyus edib. Görüşdə son nöqtəni isə 78-ci dəqiqədə İhenaço qoyub.Beləliklə, qələbə sayəsində "Çelsi" və "Lester Siti" komandaları yarımfinala vəsiqə qazanıblar. Londonlular bu raundda "Mançester Siti" ilə, Lester təmsilçisi isə "Sautgempton"la qarşılaşacaq.Qeyd edək ki, yarımfinal oyunları aprelin 17-də baş tutacaq.xeber100.com

Mart 22, 2021 7:49
    Page 206 of 831« First«...102030...204205206207208...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az