03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri davam edir.Azərtac xəbər verir ki, yarışın ikinci günündə - martın 19-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.Millimizin heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) səkkizdəbir, Tatyana Omelçenko (76 kq) isə dörddəbir finaldan yarışa başlayacaqlar. Belə ki, L.Qurbanova macarıstanlı Timea Şeker, A.Kolesnik Evelina Nikolova (Bolqarıstan), T.Omelçenko Anastasiya Qriqoryeva (Latviya) - Sara Da Kol (İtaliya) cütünün qalibi ilə, E.Manolova israilli İlana Kratiş, G.Zutova isə Böyük Britaniya təmsilçisi Corcina Neltorp ilə üz-üzə gələcək.Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Təsnifat turniri martın 21-də başa çatacaq.Qeyd edək ki, bu gün eyni zamanda kişi sərbəst güləşçilər arasında medal görüşləri baş tutacaq. Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Abubakr Abakarov (86 kq) isə təsəlliverici görüşə çıxacaq.xeber100.com

Mart 19, 2021 12:56

IFFHS Avropanın ən yaxşı 10 klubunun adını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada son 10 ilin "TOP-10"unu açıqlayıb.Azərtac xəbər verir ki, "İnter", "Milan", "Liverpul", "Borussiya" kimi klubların yer almadığı siyahıda İspaniya təmsilçiləri hegemonluq edir. Belə ki, ilk 5 komandadan 3-ü bu ölkəni təmsil edir. İlk pillədə 2877 xalla "Barselona" qərarlaşıb. İkinci sırada 2782 xalla "Real Madrid", üçüncü pillədə isə 2594,5 xalla "Bavariya" yer alıblar.Növbəti sıralarda PSJ (2354), "Atletiko" (Madrid) (2302) və "Yuventus" (2272) qərarlaşıb.Son dördlüyü İngiltərə klubları qapayır. "Çelsi" 2113 xalla 7-ci, eyni xala malik "Mançester Siti" 8-ci, 2020 xalı olan "Mançester Yunayted" 9-cu, 2016 xala sahib "Arsenal" 10-cudur.xeber100.com

Mart 19, 2021 12:55

“Novruz-2021” şahmat turniri keçiriləcək

Martın 19-da “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə “Novruz-2021” onlayn şahmat turnirinə start verilib.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə təşkil edilən yarış 7 turdan ibarət olacaq. Turnirdə 2004-cü il təvəllüdlü və daha kiçik yaşlı şahmatçılar iştirak edirlər.Yarışda ümumi hesabda ilk üç yeri tutan, eləcə də müxtəlif yaş kateqoriyalarında fərqlənən şahmatçılar təltif olunacaqlar.xeber100.com

Mart 19, 2021 12:52

Şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin yarımfinalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, dörddəbir finalda norveçli Maqnus Karlsen ermənistanlı Levon Aronyanı, amerikalı şahmatçı Uesli So FIDE təmsilçisi Alireza Firuzcanı, rusiyalı Yan Nepomnyaşi amerikalı Hikaru Nakamuranı, niderlandlı Aniş Giri isə fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdırıb.Yarımfinal mərhələsinin görüşləri martın 18-19-da oynanılacaq.Qeyd edək ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.xeber100.com

Mart 18, 2021 1:54

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Martın 18-də UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, mərhələnin ən maraqla gözlənilən görüşü İtaliyada “San Siro” stadionunda oynanılacaq. “Milan” klubu İngiltərədə 1:1 hesablı heç-heçə etdiyi “Mançester Yunayted” ilə üz-üzə gələcək.İngiltərə təmsilçilərindən “Tottenhem” Xorvatiyada “Dinamo Zaqreb”in qonağı olacaq. “Arsenal” isə Londonda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.Gün ərzində dörd oyun saat 21:45-də, digər görüşlər isə 24:00-da baş tutacaq.Səkkizdəbir final mərhələsinin digər oyunları aşağıdakılardır: “Molde” (Norveç) – “Qranada” (İspaniya) - ilk oyun - 0:2; “Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) - ilk oyun - 0:2; “Arsenal” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) - ilk oyun - 3:1; “Şaxtyor Donetsk” (Ukrayna) – “Roma” (İtaliya) - ilk oyun - 0:3; “Qlazqo Reyncers” (Şotlandiya) – “Slaviya Praqa” (Çexiya) - ilk oyun - 1:1; “Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - ilk oyun - 1:1; “Vilyarreal” (İspaniya) – “Dinamo Kiyev” (Ukrayna) - ilk oyun - 2:0; “Yanq Boyz” (İsveçrə) – “Ayaks” (Niderland) - ilk oyun - 0:3.xeber100.com

Mart 18, 2021 1:51

“Çelsi” futbol klubunun baş məşqçisi yeni rekorda imza atıb

İngiltərənin “Çelsi” futbol klubunun baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssis buna UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Atletiko Madrid”ə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra nail olub. Bununla da, T.Tuhel “Çelsi” ilə bütün turnirlərdə ardıcıl 13 matçda uduzmayıb. Bu isə rekord göstəricidir.Qeyd edək ki, almaniyalı çalışdırıcı 2008-ci ildə 12 görüşdə uduzmayan Luis Felipe Skolarinin rekordunu yeniləyib.xeber100.com

Mart 18, 2021 1:48

Güləş üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri start götürüb.Azərtac xəbər verir ki, birinci yarış günündə sərbəst güləşçilər Olimpiadaya lisenziya sahiblərini müəyyənləşdirəcəklər.Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) Niklas Steşele (Almaniya), Hacı Əliyev (65 kq) George Ramm (Böyük Britaniya), Hacımurad Hacıyev (74 kq) fransalı Andre Afa, Abubakr Abakarov (86 kq) macarıstanlı İştvan Vereb, Camaləddin Məhəmmədov (125 kq) isə Finlandiya təmsilçisi Tapani Heyno ilə qarşılaşacaq.xeber100.com

Mart 18, 2021 1:46

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq

Martın 17-də keçiriləcək iki oyunla UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, Londonun “Çelsi” klubu “Atletiko Madrid” komandasını qəbul edəcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi oyuna itkilərlə çıxacaq. Yarımmüdafiəçilər Meyson Maunt və Jorjinyo cəzalı olduqları üçün komandaya kömək edə bilməyəcəklər. Zədəli futbolçulardan Tiaqo Silva və Temmi Abrahamın oyunda iştirakı matç zamanı müəyyənləşəcək. Madrid təmsilçisinin heyətində isə itki yoxdur.Günün digər qarşılaşmasında “Bavariya” Almaniyada “Latsio”nu sınağa çəkəcək. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin dörddəbir finala yüksələcəyini indidən demək olar. Meydan sahiblərinin heyətində Duqlas Kosta və Korenten Tolisso zədəlidir. “Latsio”da isə Manuel Lazzari eyni səbəbdən matçı buraxa bilər.Qeyd edək ki, “Borussiya Dortmund”, “Portu”, “Liverpul”, “Mançester Siti”, “Real Madrid” və “Paris Sen-Jermen” klubları dörddəbir finala vəsiqə qazanıblar.xeber100.com

Mart 17, 2021 2:48

Beynəlxalq Gimnastika Federasiyasının məlumatı əsasında…

Martın 26-28-də Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçiriləcək.Azərtac Beynəlxalq Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycan gimnastları da birincilik uğrunda mübarizə aparacaqlar.Fərdi yarışlarda ölkəmizi Nərminə Səmədova və Arzu Cəlilova təmsil edəcəklər.Turnirdə həmçinin, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız da gücünü nümayiş etdirəcək.xeber100.com

Mart 17, 2021 2:46

“Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi təşkil edilib

Azərbaycan şahmatçılarının da qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi təşkil edilib.Azərtac xəbər verir ki, turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Vüqar Rəsulov göstərib. Təmsilçimiz 11 turdan 8 xal toplayıb.Digər şahmatçılarımızdan Murad İbrahimli 7,5, Fərid Mustafayev, Ümid Aslanov 6, Kamal Ağakişiyev 5,5 xal əldə ediblər. Yarışın qalibi Belarus təmsilçisi Denis Lazavik olub (9,5 xal).Turnirdə 402 şahmatçı iştirak edib.xeber100.com

Mart 17, 2021 2:43
    Page 207 of 830« First«...102030...205206207208209...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az