Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada

Futbol üzrə Türkiyə çempionatının XXX turu çərçivəsində keçirilən qarşılaşmada “Başakşəhər” doğma meydanda “Beşiktaş”ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 42-ci dəqiqədə qonaqların hücumçusu Kayl Larin açıb. Daha sonra meydan sahiblərinin yarımmüdafiəçisi Dəniz Türüc hesaba tarazlıq gətirib. Matçın 68-ci dəqiqəsində Velinton "Beşiktaş"ı yenidən hesabda irəli çıxarıb. Lakin "Başakşəhər"in hücumçusu Demba Ba 76-cı dəqiqədə hesabı yenidən bərabərləşdirib. Buna baxmayaraq "Beşiktaş"ın yarımmüdafiəçisi Josef de Souza görüşün 85-ci dəqiqəsində komandasına qələbə qazandıran qolun müəllifi olub.Beləliklə, "Beşiktaş" səfərdə "Başakşəhər"i 3:2 hesabı ilə məğlub edərək İstanbul derbisindən qalib ayrılıb. Turun digər oyunları aşağıdakılardır: “Sivasspor” - “Fatih Karagümrük”; “Alanyaspor” – “Antalyaspor”; “Rizəspor” – “Hatayspor”; “Kayserispor” – “Qalatasaray”; “Ankaragücü” – “Göztəpə”; “Ərzurumspor”– “Trabzonspor”; “Qaziantep” – “Dənizlispor”; “Fənərbağça” – “Gənclərbirliyi”; “Kasımpaşa” - “Konyaspor”; Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 60 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 58 xal toplayan “Qalatasaray”, üçüncü pillədə isə eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXX turda “Yeni Malatyaspor” istirahət edir.xeber100.com    

Mart 13, 2021 7:14

Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçiriləcək

Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçiriləcək.Azərtac xəbər verir ki, martın 12-də Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev hər çəkidə iki idmançının Olimpiadaya lisenziya qazanacağı yarışda iştirak edəcək heyəti açıqlayıb.Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımızın üzvləri ilə görüşən federasiyanın rəhbəri bu ilin ilk lisenziya turnirində əksər çəki dərəcələrində Olimpiya Oyunlarına vəsiqə qazanılacağına inandığını dilə gətirərək, güləşçiləri bu fürsətdən yararlanmağa çağırıb və onlara məsul yarışda uğurlar arzulayıb.Martın 18-19-da xalça üzərinə sərbəst güləşçilər çıxacaqlar. Ölkəmizi İslam Bazarqanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcəklər. Onlar baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştdə uğur qazanmağa çalışacaqlar.Yunan-Roma güləşçilərimiz baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında martın 20-21-də mübarizə aparacaqlar. Heyətdə Murad Məmmədov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) yer alıblar.Xatırladaq ki, qadınlardan ibarət millimizin heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutovanın (76 kq) Macarıstandakı yarışda çıxışı nəzərdə tutulub. Onlar baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun tapşırıqlarını icra edəcəklər.xeber100.com

Mart 13, 2021 6:42