15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ukrayna kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib

Futbol üzrə Ukrayna kubokunda dörddəbir final mərhələsinin oyunları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” səfərdə “Dnepr”lə qarşılaşıb.Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan “Aleksandriya” 4:3 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.P.Paşayev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.xeber100.com

Mart 5, 2021 1:38

Beynəlxalq Qılıncoynatma Federasiyasının məlumatı əsasında…

Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) dünyanın ən güclü 64 qadın sablyaçısının siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, siyahıda milli komandamızın üzvləri Səbinə Kərimova və Anna Başta da yer alıblar.Qeyd edək ki, A.Başta cari ildə Rusiyanın Novoqorsk şəhərindəki İlqar Məmmədov adına Qılıncoynatma Mərkəzində keçirilən sablyaçıların ümumrusiya açıq turnirində qızıl medal qazanıb.xeber100.com

Mart 5, 2021 1:36

Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında

Martın 3-də futbol üzrə Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Qalatasaray"ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib. "Ankaragücü"nün qollarını İbrahim Akdağ və Saba Lobzanidze vurub. İstanbul təmsilçisinin heyətində isə Kərəm Aktürkoğlu fərqlənib.Günün digər matçında "Kayserispor" öz meydanında "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" - "Fatih Karagümrük" (2:2), "Başakşəhər" - "Konyaspor" (1:1) və "Sivasspor" - "Hatayspor" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.Turun digər oyunları martın 4-də keçiriləcək.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 54 xal toplayan "Fənərbağça" qərarlaşıb.xeber100.com

Mart 4, 2021 12:34

Martın 24-də Portuqaliya-Azərbaycan oyunu keçiriləcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.Azərtac xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib. AFFA tərəfindən isə razılıq verilib.Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib.xeber100.com

Mart 4, 2021 12:32

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Bakı İdman Sarayında Azərbaycan–Moldova oyunu keçiriləcək.Azərtac xəbər verir ki, matçı italiyalı baş hakim Giulio Kolombin idarə edəcək. Ona san-marinolu Daniel Dadamo və azərbaycanlı Əli Cəbrayılov kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Azərbaycan Futzal Federasiyasının nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Görüşün hakim inspektoru Petrou Antonis (Kipr), UEFA nümayəndəsi isə Assem Kujanovadır.Azarkeşlər və media üçün qapalı olan görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç saat 19:00-da start götürəcək.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Yunanıstan yığmalarını məğlub edən yığmamız turnir cədvəlinin vahid lideridir.xeber100.com

Mart 4, 2021 12:28

Atletika üzrə qış Avropa çempionatına start verilib

Martın 4-də Polşanın Torun şəhərində atletika üzrə qış Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, çempionatda Azərbaycanı üçtəkanla tullanma yarışlarında Aleksis Kopello təmsil edir. Avropa çempionu olan Nazim Babayev zədə səbəbindən yarışda iştirak edə bilmir.Qitə çempionatı martın 7-dək davam edəcək.xeber100.com

Mart 4, 2021 12:26

Formula 1 Azərbaycan Qran-Prisinə tamaşaçılar buraxılmayacaq

Bu il Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin tribunalardan izləməsinə icazə verilməyəcək.Azərtac xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf deyib.O bildirib ki, belə bir qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.A.Nəcəf martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikinti prosesinin yekunlaşacağını əlavə edib.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.xeber100.com

Mart 2, 2021 11:50

XVIII turun daha iki matçına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun daha iki matçına hakim təyinatları açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, martın 3-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu İnqilab Məmmədov idarə edəcək. Turun sonuncu - “Neftçi” – “Sabah” matçında isə baş hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.Qeyd edək ki, XVIII turun ilk iki oyunu bu gün keçiriləcək. “Səbail” öz meydanında “Keşlə”, lider “Qarabağ” isə “Qəbələ” klubu ilə qarşılaşacaqlar. Həmin oyunları müvafiq olaraq, FIFA referiləri Əliyar Ağayev və Kamal Umudlu idarə edəcəklər.xeber100.com

Mart 2, 2021 11:47

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.Azərtac xəbər verir ki, turun açılış matçında “Səbail” klubu “Keşlə”ni qəbul edib.“ASCO Arena”dakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Keşlə”nin heyətində Tural Axundov 54-cü dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola 75-ci dəqiqədə cavab verə bilib. İranlı futbolçu Peyman Keşavarzi dəqiq oynayıb.Bu nəticədən sonra “Səbail” 17-ci, “Keşlə” isə 16-cı xalını qazanıb. Komandalar müvafiq olaraq 6-7-ci yerdədirlər.Qeyd edək ki, günün digər matçında “Qarabağ” klubu “Qəbələ” ilə üz-üzə gələcək. XVIII tura martın 3-də keçiriləcək “Sumqayıt”–“Zirə” və “Neftçi”–“Sabah” matçları ilə yekun vurulacaq.xeber100.com

Mart 2, 2021 11:46

“Bavariya”nın futbolçusu PSJ-nin prezidenti ilə danışıqlar aparıb

Avstraliyalı futbolçu David Alaba PSJ-yə keçə bilər.Xarici KİV-lərə istinadla xəbər verir ki, “Bavariya”nın futbolçusu PSJ-nin prezidenti Nasser əl-Xelaifi ilə danışıqlar aparıb.Futbolçu keçən ay klubundan sərbəst agent kimi yay transfer pəncərəsinə gedəcəyini açıqlamışdı. D.Alaba bu mövsüm 32 matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.Avstriyalı özü üçün yarımmüdafiədə oynaya biləcəyi klub axtarır.xeber100.com

Mart 2, 2021 11:44
    Page 211 of 830« First«...102030...209210211212213...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az