Gənclər və İdman Nazirliyi gimnastika sahəsində nailiyyətlər qazanmış idmançıların bir qrupunu “İdman ustası” fəxri adı ilə təltif edib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 2020-ci ildə Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkətləri komandamızın üzvləri - Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk dünya çempionatının (2019-ci il) gümüş və bürünc medalçısı - Arzu Cəlilova, həm Avropa, həm də dünya çempionatının finalçısı Nərminə Səmədova bu ada sahib olublar.Təltif olunanlar arasında gimnastikanın daha iki növünün təmsilçiləri də var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, “Tokio-2020” Olimpiya Oyunlarına lisenziya qazanmış İvan Tixonov və Bakıda keçirilmiş aerobika gimnastikası üzrə Avropa çempionatının (2019-cu il) qalibləri, aerodans komandasının üzvləri - Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə “İdman ustası” fəxri adı verilib.xeber100.com